Son əlavələr‎ > ‎

İlin ilk 2 həftəsində 3 əsgərimiz intihar edib!!!

14 Oca 2014 03:23 tarihinde Aydın Məmmədov tarafından yayınlandı


Yanvarın 1-də əsgər Rahim İsmayılov intihar etdi

    Yanvarın 1-də Müdafiə Nazirliyinin hərbi hissələrindən birində Göygöl rayonunun Dozular kəndindən olan əsgər Rahim İsmayılov intihar edib. Hadisənin təfərrüatları hələ bəlli deyil. Bayram günləri olduğundan Müdafiə Nazirliyinin və Hərbi Prokuroluğun mətbuat xidmətlərindən məlumatı təfsilatı ilə dəqiqləşdirmək mümkün olmayıb. Bununla yanaşı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl şöbəsi əsgərin ölümünü təsdiqləyib, amma ətraflı məlumat verməyib.
    Rahim İsmayılov 2013-cü ilin oktyabrında Göygöl rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
Mənbə: Contact.az>>


Yanvarın 11-də əsgər  Məzahir  Abdullayev intihar etdi


   Hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 1992-ci il təvəllüdlü Məzahir Mahir oğlu Abdullayev intihar edib.
   Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı hərbi prokurorluq tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.
   Müdafiə Nazirliyinin rəhbərliyi əsgərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verib və səbir diləyib.
   Qeyd edək ki, M.Abdullayev 2013-cü ilin yanvarında Bakının Sabunçu rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
Mənbə: APA>>

     Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləsə də,əsgərin hansı səbəbdən intihar etdiyini açıqlamayıb.
     Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində əsgər, 1992-ci il təvəllüdlü Məzahir Abdullayev intihar edib.
     Bu barədə Amerikaın Səsinə Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləsə də,əsgərin hansı səbəbdən intihar etdiyini açıqlamayıb.
     Nazirlik məsələ ilə bağlı Hərbi prokurorluqla əlaqə saxlamağı tövsiyyə edib.
     Faktla bağlı hərbi prokurorluq tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.
     M.Abdullayev 2013-cü ilin yanvarında Bakının Sabunçu rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
     Yanvarın 1-də Müdafiə Nazirliyinin hərbi hissələrindən birində Göygöl rayonunun Dozular kəndindən olan əsgər Rahim İsmayılov intihar edib.
     Bununla bağlı Müdafiə Nazirliyi faktı təsdiqləyib.
    “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin ötən ilin hesabatınagörə, Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunun itkiləri 81 nəfər təşkil edib. 96 nəfər yaralanıb və ya xəsarət alıb.
    Müvafiq dövrdə dünyalarını dəyişənlərin 11-u döyüş ,70-i isə qeyri-döyüş itkiləridir.


Yanvarın 13-də əsgər Rüstəm Quliyev intihar etdi; əsgərin qardaşı deyir ki, “Qardaşıma işgəncə verilib”


     İntihar etmiş əsgər Quliyev Rüstəm Firudin oğlunun qardaşı Quliyev Emin İnterpress.az-a açıqlama verib. “Qardaşımın xidmət etdiyi hərbi hissəyə sonuncu dəfə yanvarın 6-da getmişdim.
   
     Qardaşım vəziyyətindən şikayətlənirdi. Məndən xahiş edirdi ki, onun yerini dəyişdirək. Bu isə mümkün deyildi. Emin yeniyetmə olduğu zaman bağırsaqlarından əməliyyat olunmuşdu. Ona soyuq olmazdı. Əsgərlikdən təxris oluna bilərdi, lakin imtina etdi. O, çox şikayətlənirdi, qardaşımı incidirdilər. Qardaşımı xilas edə bilmədim. Onu kimlərin incitdiyini bilmirəm. Yanvar ayının 9-da qardaşımı hərbi hissənin daxilindəki tibbi məntəqəyə apardılar.

     Ancaq düşünürəm ki, onun özünü öldürməsinə səbəb səhhətindəki problem deyildi. Qardaşıma hərbi hissədə işgəncə verilirdi. Hazırda hərbi hissədən bir neçə çavuş və əsgəri dindirmək üçün istintaqa cəlb ediblər.

    Mən çox istəyirəm ki, Müdafiə Nazirliyi qardaşıma qarşı olanlarla bağlı açıqlama versin. Mətbuat nümayəndələrindən xahiş edirəm, hüquqlarımızı müdafiə etmək üçün bizə kömək etsinlər. Qardaşımı həkim tibbi ekspertiza yarıb. Bizə ilkin məlumat verilməyib.”


«Doktrina» Mərkəzi: «Son 2 ildə Azərbaycan ordusu 150 hərbçi itirib»


      «2012-ci ilin yanvarından bu günədək Azərbaycan ordusu 150-yə yaxın hərbçi itirib. Onlardan 120 nəfəri döyüşdənkənar itki sayılır» – «Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur SümərinliAzadlıqRadiosuna belə deyir.

      O, Müdafiə Nazirliyinin hərbi hissələrində 2012-ci ildə 84, ötən il 61 hərbçinin ölüm faktını qeydə aldıqlarını bildirir:

      «84 hərbçinin 68-i qeyri-döyüş şəraitində həlak olub. Onlar müxtəlif səbəblərdən ölüblər. Məsələn, intihar, avtoqəza, silahla ehtiyatsız davranma, xəstəliklər, qeyri-nizamnamə halları səbəb kimi göstərilə bilər. Ötən il həlak olmuş 61 nəfərin 50-si qeyri-döyüş şəraitində həyatını itirib. Səbəblər eynidir».
2014-cü ilin ilk iki həftəsində 4 hərbçinin döyüşdənkənar şəraitdə həlak olduğu bildirilir. Onlardan üçü Müdafiə Nazirliyinin hərbi qulluqçusu olub:

     «İlkin rəsmi məlumatlara görə, dörd ölümün də səbəbi intihardır».
     Son iki əsgər ölümü yanvarın 11 və 13-də baş verib.

     Yanvarın 13-də baş verən bir başqa ölüm olayı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mühafizə alayında qeydə alınıb. Penitensiar xidmət hadisənin silahla ehtiyatsız davranma nəticəsində baş verdiyini bildirsə də, Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünüöldürmə həddinə çatdırma) cinayət işi açılıb.

     Müdafiə Nazirliyinin hərbi hissələrində son iki ildə baş verən ölüm faktlarının 140-dan çoxu sabiq müdafiə naziri Səfər Əbiyevin, 6-sı yeni nazir Zakir Həsənovun dövrünə təsadüf edir.

     Əbiyev dövründə Müdafiə Nazirliyi bir çox hərbi qulluqçunun məzuniyyətdə olduğu müddətdə vəfat etdiyini əsas gətirərək «Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin statistikasını hər zaman şübhə altına alıb və bunu «şişirtmə» rəqəmlər kimi qiymətləndirib. Müdafiə Nazirliyi ictimaiyyətə hər hansı alternativ statistika təqdim etməyib.
Mənbə: Azadliq.org>>