Son əlavələr‎ > ‎

"Facebook" sosial şəbəkəsindən istifadə etmək nə üçün haramdır? - Ayətullah əl-uzma Məkarim Şirazi izah edir

12 Oca 2014 16:14 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
"Facebook" sosial şəbəkəsi darvazasız bir şəhərə bənzəyir. Alim və ziyalılarla yanaşı, dələduzluq, fırıldaqçılıq və hər növ çirkaba bulaşmış insanların hər biri, bu şəhərdə özlərinə dükan açıb. Onlar bəzən həyatın zəruri avadanlığını insanların ixtiyarında qoysalar da, əksər hallarda ictimaiyyətə günah və mənəvi puçluq vasitələri təqdim olunur.   

Qardaş və bacılardan bir qrupu çoxsaylı məktublarla soruşurlar: Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi Facebook şəbəkəsindən istifadə etməyin nə üçün haram olmasına görə aydınlıq gətirsəydi, çox minnətdar olardıq və soruşanlar üçün də bir cavab olardı. Mərcəyi-təqlid məktubları belə cavablandırdı:

    Mənim əzizlərim! Bunun səbəbi aydındır. Çünki bu şəbəkə fəsad və müxtəlif günah növlərinin geniş yayılmasına xidmət edir. "Facebook" sosial şəbəkəsi darvazasız bir şəhərə bənzəyir. Alim və ziyalılarla yanaşı, dələduzluq, fırıldaqçılıq və hər növ çirkaba bulaşmış insanların hər biri, bu şəhərdə özlərinə dükan açıb. Onlar bəzən həyatın zəruri avadanlığını insanların ixtiyarında qoysalar da, əksər hallarda bərbəzəkli reklamlar donunda, günah və mənəvi puçluq vasitələrini təqdim edir, millətlər arasında konflikt yaradır, beləliklə də kütləvi şəkildə cəmiyyəti mənəviyyatsızlığa sürükləryirlər.
   Əgər bu şəhərə giriş - azyaşlı gənclərdən tutmuş məlumatsız yaşlılaradək - hamı üçün mümkündürsə, hansı aqil olan şəxs belə bir şəhərə girişi hamı üçün azad edər?
   Hətta casuslar və yer üzündə fitnə-fəsad törədənlər bu qapısız-bacasız şəhərdə informasiya mübadiləsi edə, rəmz və işarələrlə fitnə toxumu səpə bilirlər.
   Hesab edirik ki, mətbuat və informasiya vasitələrinə ümumi nəzarət olmalıdır ki, əxlaqsızlar və fitnəkarlar bu yolla ictimaiyyəti zəhərləməsinlər.
   "Facebook" sosial şəbəkəsi hər növ qeyd və şərtdən necə uzaq ola bilər? Dünyada qeydsiz və şərtsiz azadlıq varmı? Qərbin qoyduğu cüzi məhdudiyyətlər problemləri heç bir vəchlə həll etmir. Eybi yaymaq eybin həlli deyil.
   Bəli, əgər bu şəhərə daxil olmaq yalnız yaxşını pisdən, düzü əyridən tam ayıra bilən alim və ziyalılara aid olsaydı və bu saytdan sosial araşdırmalar üçün istifadə olunsaydı, heç bir maneəsi olmazdı. Bu, eynilə azdırıcı kitablar kimidir. Din alimləri onların mütaliəsini ümumi kütləyə haram etmişlər. Lakin dini tədqiqatçılar üçün onların mütaliəsi azad sayılır.

Mənbə: Həzrət Ayətullah əl-uzma Məkarim Şirazinin informasiya bloku >>