Son əlavələr‎ > ‎

Bakının Xətai rayonunda, Xocalı prospektində inşa edilməkdə olan 16 mərtəbəli binadan özünü atmaq istəyən şəxs xilas edilib

11 Oca 2014 08:32 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
Həkim-psixoloqları həmin şəxslə söhbət apararaq onu bu hərəkətindən döndərməyə nail olublar.

Fövqəladə Hallar Nazirliyi (FHN) yanvarın 10-da Bakıda baş vermiş intihara cəhdlə bağlı məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin saytında məlumat verilir ki, Xətai rayonunda 1 nəfər intihar etmək məqsədilə tikilməkdə olan 16 mərtəbəli binanın damına çıxıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər tərəfindən intihar cəhdinin qarşısını almaq üçün təhlükəsizlik yastığı quraşdırılıb, alpinist ləvazimatlarının və müvafiq xilasetmə avadanlıqlarının hazırlanması işləri, vətəndaşların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilib.

Xilasedicilər intihar etmək istəyən şəxslə müvafiq psixoloji söhbətlər aparıb. Aparılmış danışıqlar nəticəsində xilasedicilər tərəfindən intihara cəhdin qarşısı alınıb. İntihar etmək istəyən şəxs aidiyyəti üzrə təhvil verilib.

Mənbə: Oxu.az>>



Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə gələn şikayətçi intihara cəhd edib

11 Yanvar 2014 12:31 

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dünən baş verib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə gələn şikayətçi, 1990-cı il təvəllüdlü Qərənfil Nağıyeva özünü ikinci mərtəbədən atmağa cəhd edib. Lakin binada olan şəxslərin və polis əməkdaşlarının səyi nəticəsində cəhdin qarşısı alınıb. 39-cu Polis Bölməsinə gətirilən Q. Nağıyevanın izahatı alındıqdan sonra o, sərbəst buraxılıb.

Ailə, Qadın və Uçaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva APA-ya faktı təsdiqləyib və bu qadının psixoloji problemlərinin olduğunu bildirib: “Həmin qadına dəfələrlə komitə tərəfindən müxtəlif yardımlar göstərilib. Buna baxmayaraq, o, hər dəfə komitəyə gələrək aqressiv hərəkətlər edib. O qadının problemləri sosial məsələlərlə deyil, sırf psixoloji durumla bağlıdır. Bunu onun həyat yoldaşı və digər ailə üzvləri də təsdiq edər. Hələ üç il əvvəl o, ərinin yanında özünü dənizə ataraq intihara cəhd edib. Xoşbəxtlikdən əri yanında olub və onu xilas edə bilib. Qadının psixoloji problemlərinin olması onun azyaşlı uşağına da mənfi təsir göstərir. Qadın özü bir neçə dəfə bizim yanımızda 2 yaşlı övladını döydüyünü etiraf edib. Dünən də gələrək ailəsində problemlərinin olduğunu və azyaşlı uşağı ilə birlikdə intihar edəcəyini dedi. Biz də onun həyat yoldaşını komitəyə dəvət etdik. Həyat yoldaşı da dedi ki, qadın uşaq dünyaya gətirəndən sonra onda belə psixoloji problemlər yaranıb. Ərinin təkidli xahişi ilə biz həmin qadını məcburi müalicəyə göndərdik, uşağı da atasının himayəsinə verdik”

Mənbə: APA>>


Həmçinin, baxın: Azərbaycanda bir ilin əsgəri intihar edib>>