Bu gün 4
nəfər dindirildi. Elşən İsmayılov, Mirkazım Abdullayev, Tofiq Yaqublu və İlqar
Məmmədli. Elşən İsmayılov Ona verilən
ittihamla razılaşmadı və qeyd etdi ki, onu qardaşı Elçinə görə tutublar. Qardaşını
tuta bilmədikləri üçün. Ona görə ki, qardaşı Azadlıq radiosunda işləyir. Mirkazım
Abdullayev isə bildirdi ki, Onu döyərək izahat alıblar. Ancaq heç bir izahata
qol çəkməyib. Ona görə ki, onun savadı yoxdur. Bu insan oxuya bilmir. Hadisə
zamanı orda olmayıb.
İlqar Məmmədov isə bildirib ki, o İsmayıllıya hadisələrdən sonra gəlib. Gəlməkdə məqsədi hadisələrə siyasi qiymət vermək olub. Tofiq Yaqublu
qeyd edib ki, o İsmayıllıda hadisələrdən sonra cəmi 10-15 dəqiqə olub. Onu
polislər saxlayıblar, sonra Bakıya qədər
ötürüblər. Hadisələrlə əlaqəsi yoxdur. Sadəcə bir jurnalist kimi material
hazırlamaq istəyib. Ona verilən ittihamla razılaşmayıb və qeyd edib ki, bu
siyasi sifarişdir. Sabah saat 10-da məhkəmə prosesi davam etdiriləcəkdir. Sadıq Fətəliyev
|
Son əlavələr >