Son əlavələr‎ > ‎

Bakıda hər 100 ailəyə 116 avtomobil düşürmış?!

31 Ara 2013 06:36 tarihinde Aydın Məmmədov tarafından yayınlandı

   Azərbaycanda avtomobillərin sayının kəskin artması şəxsi avtomobili olan ailələrin sayının da ciddi surətdə artımına səbəb olub.

    Son məlumatlara görə, son 10 ildə ölkədə şəxsi avtomobili olan ailələrin sayı 2,5 dəfə artıb. Belə ki, 2002-ci ilin sonunda ölkədə hər 100 ailədən 19-nun şəxsi avtomobili vardısa, indi 100 ailədən 46-da avtomobil var.

    Virtualaz.org yerli mediaya istinadən hər 100 ailəyə düşən şəxsi avtomobillərin sayını (2002-2012-ci illər) təqdim edir.

İllər

Avtomobillərin sayı

2002

19

2003

22

2004

24

2005

25

2006

29

2007

32

2008

35

2009

38

2010

40

2011

42

2012

46

    Respublikanın bölgələrində şəxsi avtomobili olan ailələrin sayı da bu sürətlə olmasa da, yüksələn templə artıb. Belə ki, 2002-ci ildə respublikanın regionlarında hər 100 ailəyə orta hesabla təqribən 16 avtomobil düşürdüsə, hazırda bu göstərici 23-dür. Başqa sözlə, son 10 ildə 100 ailəyə düşən avtomobillərin sayı 44% artıb. Təbii ki, ailə başına şəxsi avtomobillərin olması üzrə ən yüksək göstərici Bakıdadır. Burada hər 100 ailəyə 116 avtomobil düşür. Son 10 ildə paytaxtda şəxsi avtomobili olan ailələrin sayı 4 dəfədən çox artaraq 27-dən 116-ya çatıb. Burada iki və daha artıq avtomobili olan ailələrin sayı digər bölgələrə nisbətən xeyli artıqdır.

   Ayrı-ayrı bölgələr üzrə götürəndə hər 100 ailəyə düşən avtomobillərin sayına görə ən yüksək göstəricilər Gəncə, Şəmkir, Sumqayıt, Göygöl və Qazaxdadır.

   Qeyd edək ki, ailə başına düşən şəxsi avtomobillərin sayı həyat şəraitinin mühüm göstəricilərindən sayılır. Bu göstərici ilə bağlı ən maraqlı cəhətlərdən biri ölkənin ayrı-ayrı bölgələrinin avtomobillərin sayına görə iri şəhərləri geridə qoymasıdır. Özü də bu həm şəxsə görə avtomobillərin ümumi sayında, həm də ailə başına düşən avtomobil sayında görünür. Bura Şəmkir, Masallı, Cəlilabad, Tovuz və digər bölgələri misal göstərmək olar.

    Hər 100 ailəyə düşən şəxsi avtomobillərin ən çox olduğu bölgələr:

 

Bölgələr

Avtomobillərin sayı

1.

Bakı

116

2.

Gəncə

53

3.

Şəmkir

35

4.

Sumqayıt

34

5.

Göygöl

31

6.

Qazax

30

7.

Masallı

29

8.

Tovuz

29

9.

Ağcabədi

28

10.

Cəlilabad

28

11.

Lənkəran

28

Mənbə: Virtual Azərbaycan >>