Son əlavələr‎ > ‎

2015-ci il üçün Şəkidə nəqliyyat və rabitənin işi haqqında

9 May 2016 19:47 tarihinde Admin Sheki.city tarafından yayınlandı
Ölkələr,  şəhərlər arasında iqtisadi və sosial əlaqələrin qurulmasında və inkişafında, xam və ya istehsal olunmuş məhsulların daşınmasında və nəqlində nəqliyyat sisteminin rolu əvəzedilməzdir.

Ölkə iqtisadiyyatının əsas infrastrukturlarından biri olan nəqliyyat sektorunun dayanıqlı inkişaf davam edir. Əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də nəqliyyat sektoruna investisiyaların yönəldilməsi, nəqliyyatın hərəkət heyətinin yeniləşməsi, yeni avtomobil yollarının çəkilişi, yenidənqurulması və s. işlər davam etdirilmiş, həyata keçirilmiş,  transmilli layihələr sahənin inkişafına öz müsbət təsirini göstərmişdir.     

Nəqliyyat sistemi ölkə  iqtisadiyyatının ən mühüm sahələrindən biridir. O ölkənin iqtisadi inkişafını və əhalinin sosial rifahını xarakterizə edən sahələrdən biri olmaqla, fəaliyyəti ilbəil  artmaqdadır.

Rayonda əhaliyə  3  nəqliyyat müəssisəsi və “Şəki-Avtovağzal” ATSC-si xidmət edir.

2015-ci il ərzində nəqliyyat sektoru üzrə faktiki qiymətlərlə məhsul buraxılışının həcmi 5820,4 min manat olmuşdur. 
Hesabat dövründə  nəqliyyat  və anbar təsərrüfatı üzrə əhaliyə cəmi 6299,5  min manatlıq nəqliyyat xidməti göstərilmişdir ki, bunun da  1009,3  min manatı  nəqliyyat və anbar təsərrüfatı müəssisələrinin, 5290,2 min manatı  isə fiziki şəxslərin payına düşür.

Müddət ərzində “Şəki-Sərnişin” ATSC-e tərəfindən 46,4  min  sərnişin  daşınmış, sərnişin  daşınmadan  əldə  olunan  gəlir  isə  36,5  min  manat  olmuşdur. 

Daşınmış  sərnişinlərin  16,1  mini  şəhərlərarası , 29,8  mini  şəhərətrafı və şəhər  daxili  daşımalar təşkil etmişdir. 

Müddət  ərzində  şəhər-rayon  daxili  sərnişin  daşıma  fəaliyyəti  ilə  məşğul  olan fiziki  şəxslər  tərəfindən   23000  min  sərnişin, 1657  min  ton  yük  daşınmışdır  ki,  bu  da əvvəlki  ilin  müvafiq dövrü  ilə  müqayisədə 1464  min  sərnişin, 95 min ton yük çoxdur.  
                                                                Rabitə  
         
2015-ci ilin 9 ayı ərzində Şəki  rayonu  üzrə  cəmi  1729,8  min  manatlıq   rabitə və informasiya  xidməti göstərilmişdir ki,  bunun da 1675,4 min manatı  Şəki  Telekommunikasiya  Qovşağının,  54,4  min manatı informasiya xidmətlərinin payına düşür. 

Rabitə və informasiya sahəsi üzrə ümumi məhsul buraxılışı aşağıdakı kimidir.
Şəki  rayonunda  əhaliyə  38 elektron  sistemli  ATS  və  38  poçt  şöbəsi  xidmət  göstərir. Bunlardan  da  4 ATS  və  8  poçt  şöbəsi şəhərdə,  34 ATS və 30 poçt şöbələri kəndlərdədir.  ATS-in  ümumi  tutumu 26156 ədəddir  (şəhərdə  15107 ədəd, kənddə  11049 ədəd). Hesabat  dövründə 290  ədəd telefon çəkilişi  olmuşdur. Rayonda  8917  internet – ADSL, 8 peyk rabitəsi, 1300 SDMA  abunəçisi  vardır.

Müddət  ərzində  cəmi  telefon  danışıqlarının sayı  1999  min danışıq olmuşdur ki, bunun da 627,1  mini respublika daxili, 42,6 mini beynəlxalq  danışıqlardır, mobil telefon  şəbəkəsinə çıxışların  sayı  isə  1329,3  min  ədəd olmuşdur.

Əhaliyə  göstərilən  rabitə  xidmətinin  əsas  göstəriciləri  aşağıdakı  kimidir

Müddət  ərzində  nəqliyyat anbar təsərrüfatı, rabitə  və informasiya sistemində  çalışan  işçilərin    orta isçi sayı 390 nəfər¸ orta  aylıq  əmək  haqqı 240,4 manat  olmuşdur.
R.Rəhimli,
Şəki Statistika idarəsinin  məsləhətçisi