Son əlavələr‎ > ‎

Milli Qvardiyanın keçmiş komandiri Zakir Həsənova səsləndi

1 May 2016 16:08 tarihinde Admin Sheki.city tarafından yayınlandı
“Polkovniklər Murad Həmidov və Əzizağa Qənizadə, general Qabil Məmmədov ordu sıralarına çağırılsın”
Əzizağa Qənizadə: “Rüfət Əmirov korrupsiya ilə məşğul olmur, ağıllı və dəyərli zabitdir”

Polkovnik Rüfət Əmirovun müdafiə naziri Zakir Həsənovun əmriylə yenidən ordu sıralarına qəbul olunmasını onun cəbhə dostları sevinclə qarşılayıblar.

Milli Qvardiyanın keçmiş komandiri, polkovnik Əzizağa Süleymanov Rüfət Əmirovla Füzuli bölgəsində ağır döyüşlərdə birgə iştirak edib və bir müddət öncə Moderator.az-da onun silsilə yazıları gedəndə də dəfələrlə Rüfət Əmirovun xidmətlərini xüsusi vurğulayıb. Ə. Süleymanov Moderator.az-a açıqlamasında Rüfət Əmirovun yenidən orduya təyinat almasına belə münasibət sərgiləyib:

“Polkovnik Rüfət Əmirov kimi hərbi savadlı, müharibə təcrübəsi keçmiş, Milli Ordumuzun 1992-1993-cü illər ərzində bir çox uğurlu əməliyyatlatında bilavastə iştirakı olmuş bir zabitin yenidən Müdafiə Nazirliyinin tərkibinə qatılmasını müsbət hal kimi qəbul edirəm. O cümlədən də polkovnik Murad Həmidovun, general Qabil Məmmədovun, polkovnik Əzizağa Qənizadənin və bir çox müharibə təcübəsi olan peşəkar zabitlərmizin də yenidən ordu sıralarına qayıtmasını arzulayıram. Mən Rüfət Əmirovun rəhbərliyi altında bir çox cəbhə bölgələrində gedən ağır döyüşlərdə iştirak etmişəm. Şəxsən polkovnik Rüfət Əmirovun ordu rəhbərliyindəki idarəetmə qabiliyyətinə bələdəm. Tam əminliklə deyə bilərəm ki, Rüfət müəllim orduda hansı sahəyə rəhbərlik edəcəksə həmin sahədə Müdafiə Nazirliyi tərəfindən ona göstərlilən etimadı doğruldacaq.” Moderator.az polkovnik Əzizağa Qənizadənin də adıçəkilən təyinata münasibətini öyrənib: “Yaxşı zabitdir. Müdafiə Nazirliyinin Əməliyyat İdarəsində işləyib. 2-ci Ordu Korpusunun komandiri olub. Hərb Tarixi muzeyinin rəisi vəzifəsində çalışıb. Korrupsiya ilə məşğul olmur. Ağıllı və dəyərli zabitdir.Əsas xidmətini qərargahlarda başa vurub. Rüfət Əmirov Ordu korpusunun komandiri olub və o vaxt tabeliyində 12 min doyuşcu var idi. Əminəm ki, o yeni təyinatında nahaq yerə gəlmədiyini sübut edəcək.”