Son əlavələr‎ > ‎

28 aprel tarixində, saat 15:30-da Şəki şəhərindəki qalada Şəkinin 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı təntənəli tədbirlərə start veriləcək...

27 Nis 2016 06:07 tarihinde Admin Sheki.city tarafından yayınlandı
Qalada Şərq bazarı, sərgilər, satış yarmarkaları təşkil olunacaq. Folklor və musiqi kollektivləri, el sənətkarları çıxış edəcək. Ləziz Şəki mətbəxi nümayiş olunacaq... 

18:00 radələrində isə qalanın qarşısındakı 600 yerlik amfiteatrda tədbirin rəsmi açılışı mərasimi keçiriləcəkdir. Açılışda TÜRKSOY ölkələrinin folklor qrupları, ölkəmizin tanınmış incəsənət xadimləri çıxış edəcək. Tədbirdə həmçinin TÜRKSOY-a üzv olan ölkələrin mətbuat nümayəndələrinin mükafatlandırılması mərasimi keçiriləcək. Çoxsaylı yerli və xarici qonaqların iştirak edəcəyi tədbirdə unikal Azərbaycan mədəniyyəti, Şəkinin əsrarəngiz təbiəti, tarixi abidələri təbliğ olunacaq.