Son əlavələr‎ > ‎

Tarif Şurası bizə qəti cavab verdi: İşsizlik müavinəti almaq üçün heç bir arayışa pul verməli deyilsiniz!

23 Şub 2016 07:24 tarihinde Admin Sheki.city tarafından yayınlandı   [ 23 Şub 2016 12:45 güncellendi ]
Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətininə belə bir sorğu göndərmişdik: 

İşsizliyə görə müavinət ala bilmək üçün Şəki rayon məşğulluq mərkəzi  reystr xidmətindən pay torpağının olub-olmaması ilə bağlı arayış tələb edir.

12 saylı Ərazi İdarəsinə müraciət etdikdə 1 gün ərzində müraciət edənin adına heç bir torpaq sahasinin olmaması barədə arayış verirlər. Lakin əlavə olaraq 11 manat rüsum ödəməsini də tələb edirlər.

Bilmək istəyirik, işsizin adına torpaq sahəsinin omaması barədə arayışa görə doğrudanmı və hansı əsasla 11 manat rüsum ödəməlidir?


Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinindən isə bizə belə cavab verilmişdi: 

Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin dəyərinin hesablanması Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş tariflərin III bəndinə uyğun olaraq daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi (daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi istisna olmaqla) üçün 10 (on) manat xidmət haqqının ödənilməsi nəzərdə tutulur.


Bu cavab bizi qane etmədi və Tarif şurasına "şanlı" məktub yazdıq:

Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin dəyərinin hesablanması Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş tariflərin III bəndinə uyğun olaraq daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi (daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi istisna olmaqla) üçün 10 (on) manat xidmət haqqının ödənilməsi nəzərdə tutulur.

Bunu əsas götürərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinində müraciət edən vətəndaşa işsizliyə görə müavinət almaq üçün arayışın verilməsinə 10 manat miqdarında rüsum tələb olunur.

İşsizliyə görə müavinət cəmi 77 manatdır və 6 ay müddətinə verilir. Bu zavallı işsizin axı pulu yoxdur, 10 manatı haradan tapıb ödəsin? Üstəlik, sizin qanunda da bu kateqoriyadan olan vətəndaşların rüsum ödəməli olduqları haqqında heç bir bənd yoxdur. 

Mümkünsə, 31 iyul 2009-cu il tarixli 4 nömrəli Qərarınızda ya bunu açıq-aşkar qeyd edin, ya da işsizliyə görə müavinət almaq üçün işsizin adına pay torpağının olmaması barədə arayışların verilməsində rüsumu ləğv edin.

Əvvəlcədən təşəkkür edirik.

Tarif şurası müraciətimizə baxdı və 23.02.2016-cı il tarixdə cavab bildirdi ki, işsizliyə görə müavinət almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətininə getmək lazım deyil, bu arayışı İH verməlidir. Baxın: >>



Ċ
Admin Sheki.city,
23 Şub 2016 08:20