Yanvarın 30-u, saat
13:00 radələrində Baş nazirin müavini Abid Şərifov və Şəkidən seçilmiş millət
vəkilləri - Əli Məsimov, Cavanşir Feyziyev və Yaqub Mahmudov Şəki İcra
hakimiyyəti binasının akt zalında ictimaiyyətin nümayəndələri ilə görüşdə
iştirak etmişlər.
Görüş 4 saatdan artıq davam etmişdir. Görüşdə əvvəlcə Abid Şərifov büdcə təşkilatlarında əlavə iş yerlərinin yaradılması ilə bağlı çıxış etmiş və bir sıra idarə rəhbərlərini ayağa qaldırıb 1 həftə müddətinə yeni işçilər götürmələrini və nəticə barədə şəxsən ona məlumat verlmələrini tələb etmişdir. Bundan sonra sahibkarlardan bəziləri tütün və taxılın dövlətə satışında problemlərlə bağlı çıxış etmişlər. Daha sonra “Şəki-İpək” ASC idarə heyətinin sədri Nizami Qəribov müəssisənin nəyə görə işləməməsi barədə hesabat vermək üçün kürsüyə dəvət edilmişdir. Sədr 200 nəfərin işlədiyini dedikdə Abid Şərifov “daha deyin ki, kombinat ölübdür”, deyə reaksiya verdi və Nizami Qəribova 10 gün müddətində ipəkçiliyin bərpası üçün tədbirlər planı hazırlamasını tapşıraraq çıxış etməsinə ehtiyac görmədi. Bir qədər sonra çıxış edən millət vəkili Əli Məsimov isə “Şəki-İpək” ASC-də hal-hazırda 200 nəfərin işləməsi barədə Nizami Qəribovun iddiasına şübhə ilə yanaşdığını vurğuladı. Bu zaman yerlərdən “cəmi 60”, yaxud “cəmi 40 nəfər işləyir” replikaları səsləndi. “İpəkçi” qəzetinin redaktoru Aydın Məmmədov isə ondan əvvəl çıxış üçün söz alaraq ipəkçiliyin məhv olmasının əsas səbəbi kimi mütəxəssislərin işdən uzaqlaşdırıldığını, onların yerinə isə toxuculuq və ipəkçilik sahəsi üzrə anlayışı olmayanların “Şəki-İpək” ASC rəhbərliyinə gətirilməsini vurğulamışdı. Xüsusilə qeyd etmişdi ki, “Şəki-İpək” ASC idarə heyətinin sədri Nizami Qəribov toxuculuq və ipəkçilik səhəsinə yad adamdır, o nə ipəkçiliyi inkişaf etdirməyə qadirdir, nə də buna marağı var, müəssisə işləsə də, işləməsə də o və onun yan-yörəsindəki qeyri-mütəxəssislər 2 min manatdan yüksək əmək haqlarını aybaay alacaqlar. Şəkidə işləməyən digər müəssisələrin, məsələn kərpic zavodunun işləməməsinin isə bir səbəbi var - sahibsizlik! A. Məmmədov üzünü zala tutaraq soruşdu: Hanı kərpic zavodunun sahibi? Niyə gəlib hesabat vermək istəmir ki, zavod niyə işləmir? Zaldan səs çıxmadığını görəndən sonra üzünü Abid Şərifova tutaraq dedi: "görürsünüz, sahibi yoxdur, sahibi olmadığına görə də işləmir, işlədəni yoxdur".
Həmçinin, bax:
|
Son əlavələr >