Son əlavələr‎ > ‎

“Şəki-İpək” ASC-nin mühəndis və fəhlə kollektivi adından Prezidentə müraciət

29 Oca 2016 00:39 tarihinde Admin Sheki.city tarafından yayınlandı

Çox hörmətli prezidentimiz

 İlham Əliyev cənablarına

“Şəki-İpək” ASC-nin mühəndis və fəhlə kollektivi adından

Müraciət

Cənab Prezident.

          Bildiyiniz kimi, ipəkçilik bütün dövrlərdə şəkililərin həyatında, məişətində özünəməxsus yer tutub. Şəki yaxın keçmişdə nəinki Azərbaycanın, eləcə də dünyanın ən böyük toxuculuq  və  ipək istehsalı mərkəzlərindən biri hesab olunurdu. Şəkidə təbii ipəkdən hazırlanmış al-əlvan kəlağayılar, zərif parçalar dünyanın bir sıra ölkələrinə ixrac olunurdu. Şəki bu gün də öz təbii ipək məhsulları ilə tanınır. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri  Mehriban xanım Əliyevanın səyləri nəticəsində 2014-cü ilin noyabrında Azərbaycan kəlağayı  sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsindən sonra dünyada kəlağayıya olan maraq daha da artdı. Birinci Avropa oyunları ilə əlaqədar Azərbaycana gəlmiş xarici ölkə vətəndaşları da Şəki kəlağayısına böyük maraq göstərmişdilər. Bu kəlağayılar respublikamızın ən böyük sənaye müəssisələrindən birində  – 1931-ci ildə fəaliyyətə başlamış Şəki İpək kombinatının bazasında yaradılmış “Şəki-İpək” ASC-nin baş müəssisəsində istehsal edilirdi.  Baş müəssisədə 6 istehsal sahəsi vardı:

1.               Baramaaçan;

2.               Toxucu;

3.               Boyaq-bəzək;

4.               Burucu;

5.               Xalçaçılıq;

6.               Pambıq əyirmə.

Baramaaçan istehsalatı 2011-ci ildən işləmir. 01.07.2015-ci il tarixdən isə müəssisənin digər aparıcı sahələri –  toxucu, burucu, boyaq-bəzək və xalçaçılıq sex və istehsalatlarının fəaliyyəti də tamamilə dayandırılmışdır. Nəticədə 2002-ci ildə müəssisədə çalışan 1500-1800 nəfər işçi, bugünkü gün işsiz qalıb.  Xüsusilə, yüz illər ərzində yaranıb inkişaf etmiş baramaçılıq tamamilə məhv olub  və təbii Şəki ipəyi  artıq muzey eksponatına çevrilmişdir.  Bu sahələrin mühəndis və fəhlə kollektivi adından Sizdən artıq dərəcədə xahiş edirik ki, şəkililərə hər zaman dayaq olduğunuz kimi, ipəkçiliyin bərpası üçün  biz ipəkçi kollektivinə də öz köməyinizi əsirgəməyəsiniz. Biz Şəki zəhmətkeşləri inanırıq ki, bizim tarixi ipəkçilik ənənələrimiz dövlətimiz tərəfindən daim qorunub saxlanılacaqdır. Bu sahələrdə çalışmış və uzun müddət ərzində mükəmməl kadr kimi yetişmiş yüzlərlə mühəndis və ixtisaslı işçi Sizin köməyinizi səbirsizliklə gözləyir və Sizin etimadınızı doğrultmağa söz verir.

Hörmətlə,

1.     M. Məsimov,   Baramaaçan istehsalatının meneceri:

2.       A. İsrafilov, Toxucu istehsalatının meneceri;                                              

3.       A. Abduləzimova, Toxucu istehsalatının texnoloqu;

4.      R. Səmədov, Burucu istehsalatının meneceri;

5.        F. Həşimova, Burucu istehsalatının texnoloqu;

6.      N. Mövsümova, Xam mal və hazır mal üzrə nəzarət deportamentinin sədri;

7.       Q. Quliyev, Boyaq-bəzək istehsalatının meneceri;

8.       A. Məmmədov, “İpəkçi” qəzetinin baş redaktoru.                                             .