Son əlavələr‎ > ‎

2015-ci ildə məmə deyəndən, pəpə deyənə qədər hər bir Azərbaycan vətəndaşı 4 min 380 manat 10 qəpik pul qazanıbmış?!

23 Oca 2016 13:49 tarihinde Admin Sheki.city tarafından yayınlandı
Dövlət Statistika Komitəsi məlumat verir ki, 

2015-ci ildə ölkə əhalisinin gəlirləri əvvəlki illə müqayisədə nominal ifadədə 5,7 faiz artaraq 41,7 milyard manata çatmışdır. Gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə orta hesabla 4380,1 manat və ya ayda 365,0 manat təşkil edərək 4,5 faiz artmışdır.
Bu dövrdə gəlirlərin 72,1 faizi son istehlak xərclərinə, 9,1 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 15,9 faizi isə yığıma yönəldilmişdir.
Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 37,9 milyard manat və ya əvvəlki ilin eyni dövründəkindən 5,6 faiz çox vəsait qalmışdır.