Son əlavələr‎ > ‎

Zaur Həsənovun ölümünə etiraz olaraq “Fəvvarələr Meydanı”nda aksiya

29 Ara 2013 04:46 tarihinde Aydın Məmmədov tarafından yayınlandı

6:33

Bu dəqiqələrə olan məlumata görə, artıq polis 10-a yaxın aksiya iştirakçısını saxlayıb. Onların arasında AXCP gənclər təşkilatının fəal üzvləri də var.

 "Fəvvarələr meydanı"na daha dörd maşın polis əməkdaşı gətirilib. Artıq saxlanılanlar var. Onların sırasında üz gənc fəal - Orxan Eyyubzadə, Rüfət Hacıbəyli və Tural Sadıqlı da yer alır. Saxlanılanların hara aparıldıqları hələ məlum deyil. "Fəvvarələr meydanı"nda yüzlərlə mülki geyimli polis əməkdaşının olduğu bildirilir. Əllərində plakatlar olan gənclər "Fəvvarələr" meydanında oturaraq "Qazimiz ölməsin, vətən morqa dönməsin" şüarları səsləndirirlər. 




15:08

Qarabağ qazisi Zaur Həsənovun ölümünə etiraz olaraq Bakıda keçiriləcək qanunsuz aksiya ilə əlaqədar polis qüvvələri “Fəvvarələr Meydanı”nı nəzarətə götürüb. Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, çoxlu sayda polis avtomobilləri və mülki geyimli şəxslər var. Meydana təzyiqli su vuran maşınlar da gətirilib.

Daxili İşlər Nazirliyindən isə bildirilib ki, razılaşdırılmamış aksiyanın qarşısı alınacaq.

Qeyd edək ki, Qarabağ qazisi Zaur Həsənovun ölümü ilə əlaqədar sosial şəbəkələrdə bu gün saat 16:00-a razılaşdırılmamış aksiya təyin edilib.