28 Ara 2013 13:00 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
Bəli, siyasi-analitiklər yox, biz bəyan etdik ki, Qarabağ qazisinin dəfn mərasimi ümumxalq mitinqinə çevrilir, siyasətçilər isə bunu ya görmədilər, ya da görüb deməyə cəsarət etmədilər...
“Azadlıq”ın əməkdaşının verdiyi məlumata görə artıq Qarabağ qaziləri
Göy Məscidin qarşısına toplaşıblar. İctimai fəallar da məscidin önünə gəlməkdədirlər.
Məscidin qarşısına polislər cəlb olunub. Qarabağ qaziləri İctimai Birliyinin sədri
Etimad Əsədov bildirib ki, Zaur Həsənovun nəşi yaşadığı Lökbatan qəsəbəsinə
aparılır. Sabah saat 14.30-da Zaur Həsənov Bibiheybətdə dəfn olunacaq.
Vəkil Aslan İsmayılov bildirib ki, konkret cinayət hadisəsi baş verib
və bu hadisədə təqsiri olanların cəzalandırılması tələb olunmalıdır.
Qeyd edək ki, Həmkarlar İttifaqının sədri, deputat Səttar
Mehbalıyevin onun əmlakını əlindən alınmasına etiraz olaraq özünü yandıran Zaur
Həsənov süni nəfəs aparatına qoşulmuşdu. Bir neçə dəqiqə bundan öncə 5 saylı xəstəxanada
dünyasını dəyişib. Hazırda mərhum cənazəsi Göy Məscidə aparılıb.
Z.Həsənovun ölüm xəbəri yayılandan sonra xəstəxanaya gedən jurnalistlərə
bir müddət bu barədə məlumat verilməyib. Təxminən bir saat ölüm faktı
açıqlanmayıb, hətta Səhiyyə Nazirliyi məlumatı təkzib edib.
Şəhidin - haqsızlığa etiraz etmək üçün özünü yandırmış Zaur Həsənovun, cənazəsi evinə gətirilərkən (video)
Hüquqşünas Aslan İsmayilov: bu
gün ölkədə matəm elan olunmalı...
Bu
gün ləyaqətimizin tapdalanmasına etiraz edən Qarabağ qazisi Zaur Həsənovun dəfnidir.
Əgər
bu hakimiyyətin Azərbaycan xalqının ləyaqətinə hörməti, xalqın isə ləyaqətini
qoruyacaq qüruru varsa bu gün ölkədə matəm elan olunmalı, Zaur Həsənovun faciəsində
əli olan bütün günahkarlar, birinci növbədə Səttar Mehbalıyev cinayət məsuliyyətinə
cəlb edilməli, ona bu özbaşınalıqlarında havadarlıq edən qudası Prezident
Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və qanunsuz məhkəmə
qərarlarının alınmasında yardımçısı olan Ali Məhkəmənin sədri Ramiz Rzayev ən
azı vəzifələrindən azad olunmalıdırlar.
Ancaq
əvvəl torpaqları, sonra milli ləyaqəti uğrunda mübarizə aparıb həlak olan
oğlunun fədakarlığına, faciəsinə dəyər verə bilən xalq – XALQ ola və 31
dekabrda Azərbaycanlıların Milli Həmrəylik gününü qeyd etməyi haqq edə bilər!
Fəvvarələr Meydanında mitinq təyin olundu
Həmkarlar İttifaqının sədri Səttar
Mehbaliyevin süründürməçiliyi ucbatından özünü yandıran Qarabağ qazisi Zaur Həsənova
görə Facebook sosial şəbəkəsində event yaradılıb. "Hamı Meydana"
adlı eventdə xalq bu gün saat 16:00-da Fəvvarələr
Meydanına mitinqə çağırılır.
"Bildiyiniz kimi Qarabağ qazisi bu gün axşam saatların da, dünyasını dəyişdi.
Sabah hami saat 16:00 da Fəvvarələr meydanına.
Mənbə: Avropa.info>>
|
|