Son əlavələr‎ > ‎

1000 nəfər işini itirə bilər; Abşeron qazma işləri idarəsinin işçiləri saat 5-də Prezidentin qəbul otağına getməyi planlaşdırırlar...

28 Ara 2013 00:10 tarihinde Aydın Məmmədov tarafından yayınlandı

Mirvari Qəhramanli,
Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri 

Kompleks Qazma İşləri Trestindən məlumat daxil oldu. İdarə işçilərinə ARDNŞ prezidentinin əmri barədə məlumat verilib. Yanvardan Trestin tabeliyində olan 7 idarə ləğv olunur (Abşeron qazma işləri idarəsi, Sahil qazma işləri idarəsi, Neft daşları qazma işləri idarəsi, Loqistika və qazma servisi idarəsi, Maddi-texniki təchizat idarəsi, Nəqliyyat idarəsi, Tompanaj idarəsi) və bu idarələr bölməyə çevrilirlər.

Əvvəllər də yazdığım kimi 1100-nəfər insan işsiz qalacaq. Aldığım məlumata görə ləğv olunana idarələrin işçiləri prezident aparatı qarşısında piket keçirməyi planlaşdırırlar.

 Çox təəssüf olsun ki, arabanın 5-ci təkəri olan həmkarlar təşkilatı yenə də susur.

Abşeron qazma işləri idarəsinin işçiləri saat 5-də Prezidentin qəbul otağına getməyi planlaşdırırlar. ARDNŞ əmri yenə də işçilərin ziyanına tərtib olunub. Yəni əmrdə qeyd olunub ki, idarələr (qeyd etdiyim kimi 7 idarə) 01.01.2014-cü ildən ləğv olunub. Amma belə deyil axı?! Qazma idarələri Kompleks Qazma İşləri trestinin tərkibindədir. Bu trestdə struktur islahatları aparılır, idarələr sahələrə çevrilir. Bu halda işçilərə iki ay qabaq xəbərdarlıq edilir, bir aylıq kompensasiya verilir. ARDNŞ ixtisardan qaçmaq üçün, düzgün olmayan yol seçib. Yəni idarələr ləğv olunur, işçilərə bir aylıq kompensasiya verib yanvarın 7-dən işdən azad edirlər! Razı deyiləm!!! Bu idarələr, sərbəst idarə deyil ki, yerli köklü ləğv edilsin! Vallah bu şirkətdə o qədər səriştəsiz, savadsız insan işləyir ki. Başda mətbuat xidməti olmaqla.