Belə "müsabiqə"lər Azərbaycanda internetin inkişafına ağır zərbə vurmaqdadır.
"Müsabiqə"nin gedişində əvvəlcə aşkar etdik ki, "Millinet"in "gül-bala"larından birinin 2011-ci ildə "müsabiqə"də qalib edilmiş az.salamnews.org/az saytı, qaydalara zidd olaraq bu dəfə yenidən müsabiqəyə qatılmışdır?! Bu barədə "Milli Net" adlandırılan saytlar müsabiqəsinin e-poçtuna yazdığımız məktubdan sonra həmin sayt "müsabiqə"dən çıxarıldı. Lakin saytların kateqoriyalarının düzgün seçilməməsi ilə bağlı müraciətlərimizə baxılmadı. Məsəllən, oyun saytı "Media və irformasiya" nominasiyasında yer aldı və s.
Nominantların sihahısı elan olunarkən isə məlum oldu ki "Bloqlar" nominasiyası üzrə nominant seçilmiş http://mobustan.com/ saytı borcdan bağlı imiş?! Bu sayt işləyəndə isə məlum oldu ki, ana səhifəsinin horizontal naviqasiya panelindəki keçidlərin bir çoxu işləmir (məsələn Ana səhifə / WinPhone / Oyun, Ana səhifə / Digər ƏS-ləri / Ubuntu ƏS, Ana səhifə / Digər ƏS-ləri / BlackBerry ƏS, Ana səhifə / Digər ƏS-ləri / Symbian ƏS, Ana səhifə / Digər ƏS-ləri / Bada ƏS, Ana səhifə / Development). "Münsiflər"in bu sayta nəyə görə səs vermələri isə müəmmalıdır...
“Müsabiqə"nin təşkilat komitəsi adından "Azadlıq" radiosu efirində çıxış edən Vaqif Qasımovadlı birisi isə iddia edirdi ki "internetin məqsədi ordan-burdan yazıları götürüb dərc etməkdir", biz müəllif hüquqlarını qorumağa borclu deyilik?! Sağlam təfəkkürə malik olmayan bu şəxs, öz məntiqsiz fikrinə haqq qazandırmaq üçün vikipedianı misal çəkir: "Onda, vikipedia resurs deyil, vikipedia məqalələri ordan-budan kopyələrdən ibarətdir", - deyir və hətta gülür də?! Nəyə güldüyünü biz bilmirik, amma bu videoya tamaşa edənlər, Vaqif müəllimin ağlına doyunca gülə bilərlər.