"Hədəf"
veb-studiyası ilə "S Group" Reklam və Dizayn Xidmətlərinin birgə
proyekti olan Şəkinin veb-ensiklopediyasının təqdimat mərasimi 1 dekabr 2013 cü il tarixində “Sheki Palace” otelində təşkil olunacaqdır.
Veb-ensiklopediyanın
yaradılmasında əsas məqsəd
Azərbaycanın qədim diyarı olan Şəkiyə dair əhəmiyyətli məlumatları, o cümlədən burada dünyaya göz açmış,
fəaliyyət göstərmiş görkəmli şəxslər haqqında məlumatları toplamaq və internetə yerləşdirməkdir. Təqdimat
mərasiminin “Kanal S” yerli televiziya kanalı vasitəsi ilə yayımlanması, mərasiminin
sonunda isə Şəkinin
veb-ensiklopediyasına mənəvi dəstək olmuş şəxslərin veb-ensiklopediyanın təsisçiləri və redaksiya heyəti üzvləri tərəfindən mükafatlandırılması nəzərdə tutulur.
Yeri
gəlmişkən, əlavə edək ki, Şəkinin veb-ensiklopediyası www.sheki.tv, www.sheki.biz və www.sheki.name ünvanlarında fəaliyyət göstərəcəkdir. Veb-ensiklopediyanın Feysbuk sosial şəbəkəsində də səhifəsi var.
|
Son əlavələr >