Son əlavələr‎ > ‎

Ulu öndər Heydər Əliyevin 20 il əvvəl "İpəkçi" qəzetinə göndərdiyi təbrik məktubunun mətni

24 Kas 2013 04:07 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
   №1/1328    14 dekabr 1993-cü il           
 
 İpəkçi” qəzetinə

     Dünya şöhrətli ipəkçilərimizin əmək rəşadətlərinin yorulmaz tərənnümçüsü “İpəkçi” qəzeti 60 illik yaradıcılıq yolunu şərəflə keçmiş, respublikamızın ictimai-siyasi həyatını dolğun əks etdirməklə öz oxucularının rəğbətini qazanmışdır.
    Bu əlamətdar hadisə - 60 illik yubiley münasibəti ilə qəzeti və onun əməkdaşlarını ürəkdən təbrik edir, onların hər birinə cansağlığı, xoşbəxtlik və bundan sonra da oxucu etibarına layiq olmağı arzulayıram.
    Taleyi sınanan xalqımızın bu ağır çağlarında “İpəkçi”nin yaradıcı kollektivinə  haqq-ədalət uğrunda mübarizə aparmaqda, bütün qüvvələri səfərbər etməkdə, hər bir oxucuda müstəqil Azərbaycanın sabahına inam yaratmaqda böyük uğurlar diləyirəm.

                                  Azərbaycan Respublikasının 
                                              Prezidenti H.Ə.Əliyev