Son əlavələr‎ > ‎

Balaxanıdakı 1-ci neft quyusunun yerində ucaldılmış abidənin yazıları niyə suvaqlandı?!

12 Kas 2013 02:16 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
   Bu abidə 20-30 il əvvəl qoyulmuşdu. Üstündəki yazıda isə göstərilirdi ki, həmin yerdə 19-cu əsrdə mexaniki üsulla ilk neft quyusu qazılmışdır. 20-30 il əvvəl abidənin təntənəli açılışı olmuşdu. Bir neçə il əvvəl isə abidəni hasara alıb yaxınlığındakı idarənin həyətinə saldılar. Bir neçə gün əvvəl isə abidənin üzərindəki yazılar suvaqlandı, suvağın üstündə isə Azərbaycan Respublikasının bayrağı təsvir edildi.
    Yazıların silinməsini vandalizm kimi qiymətləndiririk. Hesab edirik ki, bu Azərbaycanın şanlı neft istehsalı tarıxinin yaddaşlardan silinməsi üçün edilmişdir.


Aydın Məmmədov.