Son əlavələr‎ > ‎

Azərbaycan Respublikasının bayraqları

9 Kas 2013 03:34 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
21 iyun 1918 
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının Dövlət bayrağı haqqında qərarı

Gəncə şəhəri

П о с т а н о в л е н и е
об установлении государственного
флага Азербайджанской Республики
21 июня 1918 г.,
г. Гянджа

Признать флагом Азербайджана флаг, изготовленный из красной материи с изображением белого полумесяца и белой восьмигранной звезды на красном фоне.

(Mənbə: Азербайджанская Демократическая Республика (1918-1920).
Законодательные акты (Сборник документов). Баку, 1998, с. 188.)


 
9 noyabr 1918 
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının milli bayraq haqqında qərarı
Bakı şəhəri

П о с т а н о в л е н и е
о национальном флаге
Азербайджанской Республики

9 ноября 1918 г., г. Баку

Национальным флагом признать флаг, состоящий из зеленного, красного и голубого цветов с белым полумесяцем и восьмигранной звездой.

(Mənbə: Азербайджанская Демократическая Республика (1918-1920).
Законодательные акты (Сборник документов). Баку, 1998, с. 250.)

 
 
28 aprel 1920-19 may 1921

19 may 1921-30 dekabr 1922

30 dekabr 1922-14 mart 1925

14 mart 1925- 192?

192?-14 mart 1937

14 mart 1937-20 mart 1940

5 fevral 1991-ci ilə qədər 
(əslində 29 noyabr 1990-cı ilə qədər)

5 fevral 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti bu bayraqla bağlı Azərbaycan Respublikası prezidentinin 29 noyabr 1990-cı il tarixli fərmanını ratifikasi etmişdir
 AZƏRBAYCAN SSR-in ADININ VƏ DÖVLƏT BAYRAĞININ DƏYİŞDİRİLMƏSİ HAQQINDA

Azərbaycan Sovet Sosialist Respublikası Prezidentinin Fərmanı

   Respublikanın ictimai həyatında baş verən dəyişiklikləri, milli mənlik şüurunun artdığını, Azərbaycanın dövlət quruluşunun inkişafını, habelə rəsmi adların və rəmzlərin mənəvi və siyasi əhəmiyyətini nəzərə alaraq, Azərbaycan SSR-in adının və dövlət bayrağının dəyişdirilməsini zəruri hesab edirəm.

   Bu məqsədlə respublika Ali Sovetinə tövsiyyə olunsun ki, Azərbaycan SSR Konstitusiyasında dəyişikliklər edilməsi haqqında  qanun qəbul etsin, həmin qanunda respublikanın adı dəyişdirilsin və o,"Azərbaycan Respublikası" adlandırılsın, dövlət bayrağı eni bərabər rəngli üç üfiqi zolaqdan ibarət düzbucaqlı parça şəklində nəzərdə tutulsun: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdə olsun, qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri verilsin.

Azərbaycan Sovet Sosialist Respublikasının prezidenti

A. MÜTƏLLİBOV.

Bakı şəhəri, 29 noyabr 1990-cı il

“Azərbaycan SSR-in adının və Dövlət bayrağının dəyişdirilməsi haqqında” Azərbaycan SSR Prezidentinin 1990-cı il 29 noyabr tarixli Fərmanı barəsində Azərbaycan Respublikası Ali Sovetinin Qərarı

   Azərbaycan Respublikasının Ali Soveti qərara alır:
1. “Azərbaycan SSR-in adının və Dövlət bayrağının dəyişdirilməsi haqqında” Azərbaycan SSR Prezidentinin Fərmanı bəyənilsin.
2. “Azərbaycan SSR-in adının və Dövlət bayrağının dəyişdirilməsi haqqında” qanunlar qəbul edilsin.

Azərbaycan Respublikası Ali Sovetinin sədri
 
Bakı şəhəri, 5 fevral 1991-ci il, № 16-XII
 
 
Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu
    Azərbaycan Respublikasının Ali Soveti qərara alır:
1. Azərbaycan Respublikasının Dövlət bayrağının təsviri təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə təsdiq edilsin.
3. "Azərbaycan SSR-in Dövlət bayrağı haqqında Əsasnamənin təsdiq edilməsi barəsində" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1956-cı il 5 may tarixli Fərmanı (Azərbaycan SSR qanunları toplusu, 1938-1966-cı illər, c. I, səh. 221; Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1981-ci il, № 5-6, maddə 71, № 12, maddə 161) qüvvəsini itirmiş hesab edilsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 fevral 1991-ci il, № 17-XII
 
 
Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə 
Azərbaycan Respublikasının 5 fevral 1991-ci il tarixli 17-XII saylı qanunu ilə təsdiq edilmişdir

(8 iyun 2004-cü il, 683-IIQD saylı qanunla edilmiş əlavə və dəyişikliklərlə

1. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.
2. Azərbaycan Respublikasının Dövlət bayrağı eni bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir.
Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir.
Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-ə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir.
Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.
3. Qüvvədən düşmüş hesab edilmişdir.
4. Qüvvədən düşmüş hesab edilmişdir.
5. Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq bu Əsasnaməyə əlavə edilən rəngli və sxematik təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir.
6. Qüvvədən düşmüş hesab edilmişdir.
7. Qüvvədən düşmüş hesab edilmişdir.
göstərən qrafik.

      Azərbaycan Respublikasının əvvəlki Dövlət bayrağı haqqında Azərbaycan Respublikası Ali Sovetinin Qərarı

   Azərbaycan Respublikasının əvvəlki Dövlət bayrağının bir çox onilliklər ərzində Azərbaycan xalqının milli dövlət quruluşunun rəmzi olduğunu, bu bayraq altında xalqın böyük və mürəkkəb təşəkkül və inkişaf yolu keçdiyini nəzərə alaraq, öz tarixinə, əvvəlki nəsillərin keçdiyi yola ehtiram əlaməti olaraq Azərbaycan Respublikasının Ali Soveti qərara alır:
- Azərbaycan Respublikasının əvvəlki Dövlət bayrağı respublikanın milli tarixi sərvəti kimi saxlansın;
- bu bayraqdan ümumxalq bayramları, mitinqlər və nümayişlər zamanı istifadə edilə bilər.
Azərbaycan Respublikası Ali Sovetinin sədri
Bakı şəhəri, 5 fevral 1991-ci il,№ 19-XII.
 
Mənbələr:
 1
 
Comments