25.10.1964-cü il tarixdə indiki Şəki rayonunun Aşağı Şabalıd kəndində anadan olmuşdur. 1982-ci ildə Şəki Tibb məktəbinə daxil olmuş, lakin elə həmin il əsgəri xidmətə çağırılmışdır. 1982-1984-cü illərdə hərbi xidmət borcunu yerinə yetirdikdən sonra Şəki Tibb məktəbində təhsilini davam etdirmiş və 1987-cı ildə orta ixtisas təhsilini fərqlənmə diplomu ilə başa çatdırmışdır. 1988-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1994-cü ildə bu ali təhsil ocağının fərqlənmə diplomu ilə bitirmişdir. 1994-cü ildə Şəkidə, 1995-97-ci illərdə Ukraynanın Dnepropetrovsk şəhərində, 2004-2009-cu illərdə isə 5 il Səudiyyə Ərəbistanının ər-Riyad şəhərində həkim işləmişdir. 2010-cu ildə doktoranturaya
daxil olmuş və 2013-cü ilin 3 iyulunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi
almışdır. |
Son əlavələr >