"İpəkçi" qəzetinin 1933-1934-cü ildə çap
olunmuş nüsxələrinin 2 komplekti, təsadüfən Salis Məmmıdov tərəfindən aşkar
edilmişdir. 1975-ci ildə S.Məmmədov "İpəkçi"nin 1-ci redaktoru mərhum
Rəsul Rəsullunun evinin qabağından keçərkən, görür ki bu komplektləri lazımsız şey kimi küçəyə
atıblar, götürüb gəlir evə.
S.Məmmədovun ölümündən sonra "İpəkçi" qəzetinin redaksiya ofisi zəbt edildi, bütün arxivi məhv edildi. 4 ildir bu komplektləri itmiş hesab edirdik. Bir neçə gün əvvəl yenidən tapdıq. Məlumat üçün əlavə edək ki, Axundov adına Milli kitabxanada biz "İpəkçi"nin ən tezi 1935-ci ildə çap edilmiş 3-4 sayının saxlanıldığını aşkar etmişdik. Məlum olduğu kimi, İkinci dünya
müharibəsi illərində - 1943-cü ildə "İpəkçi" qəzetinin nəşri
dayandırılmış, 1958-ci ildə isə yenidən bərpa edilmişdi. İlk 15 nömrə istisna
olmaqla, bərpadan sonrakı bütün nömrələrin hər hər birindən azı 2-3
nüsxəni indiyə qədər saxlaya bilmişik. İndi isə buraxılış ardıcıllığı ilə
"İpəkçi"nin bütün nömrələrini PDF/şəkil formatda internetə
yerləşdirmək fikrindəyik və ən azı 1 ay müddətində "İpəkçi"nin
1933-1934-cü illərdə çap olunmuş bütün nömrələrinin PDF/şəkil variantını
bu sayta yükləyəcəyik. |
Son əlavələr >