Son əlavələr‎ > ‎

Şəkidə 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə İcra hakimiyyəti başçısı yerli jurnalistlərlə görüşmüşdür

24 Tem 2013 11:36 tarihinde Aydın Məmmədov tarafından yayınlandı

    


       İyulun 22-də Şəki Olimpiya İdman Kompleksinin konfrans zalında Azərbaycan milli mətbuatının yaranmasının 138-ci ildönümü ilə əlaqədar Şəki şəhərinin İcra hakimiyyəti başçısı Elxan Usubov yerli qəzetlərin redaktorları və bir qrup yerli jurnalislə görüşmüşdür.

 Elxan Usubov çıxış edərək zəngin tarixi və şanlı ənənələri olan Azərbaycan milli mətbuatının keçdiyi şərəfli yola qısa nəzər salmış, mətbuat işçilərini peşə bayramları münasibətilə təbrik etmiş, onlara yaradıcılıq uğurları arzulamışdır.

Jurnalistlərdən isə yalnız Telman Həmidli çıxış üçün söz istədi və jurnalistlər adından görüşün təşkil olunmasına görə İcra hakimiyyəti başçısına təşəkkür etdi. 

Sonda görüşə dəvət olunmuş 20-25 nəfər media təmsilçisinin hər birinə Milli Mətbuat Günü münasibəti ilə 100 manat nağd pul  mükafatı verildi.