QƏZET YALNIZ KOLLEKTİV TƏBLİĞATÇI VƏ
KOLLEKTİV TƏŞVİQATÇI DEYİL,
HABELƏ KOLLEKTİV TƏŞKİLATÇIDIR
.
V.İ.LENİN
YARIM
ƏSRLİK YUBİLEYİN MÜBARƏK “İPƏKÇİ”!
BÜTÜN ÖLKƏLƏRİN PROLETARLARI BİRLƏŞİN!
İpəkçi
V.İ.LENİN ADINA ŞƏKİ İPƏK İSTEHSALAT
BİRLİYİ PARTİYA, HƏMKARLAR İTTİFAQI, KOMSOMOL
KOMİTƏLƏRİNİN VƏ BAŞ DİREKTORLUĞUN ORQANI
«ИПЕКЧИ» («ШЕЛКОВИК») – ОРГАН ПАРТКОМА,
ПРОФКОМА,
КОМИТЕТА КОМСОМОЛА И
ГЕНЕРАЛЬНОЙ ДИРЕКЦИИ ШЕКИНСКОГО ШЕЛКОВОГО ПРОИЗВОДСТВЕННОГО ОБЪЕДИНЕНИЯ
им.В.И.ЛЕНИНА
№15 – 16 (1411)
ŞƏNBƏ, 28 MAY 1983-cü İL
QİYMƏTİ 2 QƏPİK
“İPƏKÇİ” QƏZETİNİNREDAKSİYASINA
Nurəddin MUSTAFAYEV, Şəki Şəhər Partiya Komitəsinin birinci katibi.
Yusif ABDURAHMANOV – V.İ.Lenin adınaŞəki İpək İstehsalat Birliyinin baş direktoru, Xalidə MƏMMƏDOVA – PartiyaKomitəsinin katibi, Nəcibə MAHMUDOVA – Həmkarlar ittifaqı komitəsinin sədri,Təranə Lətifova – komsomol komitəsinin katibi.
Həsən ABDULLAYEV, Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti, SSRİ Ali Sovetinin deputatı.
Nəbi XƏZRİ, Azərbaycanın Xarici Ölkələrdə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti rəyasət heyətininsədri, Azərbaycan SSR Ali Sovetinin deputatı.
Əkrəm ŞƏKİNSKİ, Azərbaycan SSR Geologiya idarəsinin rəisi, Azərbaycan SSRAli Sovetinin deputatı.
VAHİD AİLƏ HİSSİ
Dostluğun gücü ilə...
Naum ARANOVİÇ, Moskvadaçıxan “Çelenok” qəzetinin redaktoru.
XATİRƏLƏRİM
QƏZET BELƏ YARANDI
Zəkəriyyə MƏMMƏDOV, əmək veteranı.
QƏZETİ YARADANLAR
TARİXİMİZDƏN SƏHİFƏLƏR
Qoşa vuran iki ürək
(“İpəkçi” 1934-cü il)
(“İpəkçi”, 1933-cü il
TƏBRİK EDİRLƏR
Sov.İKP MK-nın “SOSİALİSTEÇESKAYAİNDUSTİYA” qəzeti redaksiyasının kollektivi.
AZƏRBAYCAN SSR JURNALİSTLƏRİTTİFAQININ İDARƏ HEYƏTİ
Söhrab İBRAHİMOV, Azərbaycan SSRYüngül Sənaye naziri.
Ənvər HÜSEYNOV, SSR Nazirlər Soveti yanında Azərbaycan SSR NazirlərSovetinin Moskvadakı daimi nümayəndəsi.
Nəriman ZEYNALOV, “SOVET KƏNDİ” qəzetinin redaktoru.
“MÜXBİR” bulletini, Azərbaycan SSR Jurnalistlər İttifaqının orqanı.
AzərİNFORMun kollektivi.
Əlisahib MƏMMƏDOV, Azərbaycan SSR Daxili İşlər Nazirliyində çıxan “MÜBARİZKEŞİKDƏ” qəzetinin redaktoru.
Bəxtiyar VAHABZADƏ.
Mirzə MİRZƏYEV, Şəki Şəhər Daxili İşlər Şöbəsinin rəisi.
Sabir ƏFƏNDİYEV, rayon mətbuat mərkəzinin sədri, filologiya elmlərinamizədi.
“İPƏKÇİ” İŞIQLI QƏZETDİR
Əziz ƏFƏNDİZADƏ, pedaqoji elmlər doktoru, professor, respublikanın əməkdarmüəllimi.
Zaman QARAYEV, filologiya elmləri namizədi
MƏN FƏHLƏ MÜXBİRİYƏM
Məmməd RZAYEV, Baramaaçan istehsalatının fəhləsi, “İpəkçi”nin fəhləmüxbiri.
QƏLƏMİ ƏLİNDƏDİR
Ə.ŞAMİL.
QƏZETİN İLK TƏRTİBÇİSİ
“İPƏKÇİ”
Qurtuluş SÜLEYMANLI.
Əziz yoldaşlar!
Azərbaycan KP Şəki Şəhər Komitəsi ölkəmizin
və respublikamızın çoxtirajlı qəzetlərinin veteranlarından biri olan
“İpəkçi”nin ilk nömrəsinin çapdan çıxmasının 50 illiyi və səmərəli işinə görə
onun Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin Fəxri fərmanı ilə təltif
olunması münasibətilə sizi, qəzetinizin fəhlə müxbirlərini, fəallarını,
oxucularını, bütün Şəki ipəkçilərini hərarətlə təbrik edir.
“İpəkçi” öz varlığının 50 ili ərzində həmişə
Şəki Şəhər Partiya Komitəsinin mübariz köməkçilərindən biri olmuş, Azərbaycan
ipək sənayesinin formalaşmasında və inkişaf etdirilməsində səmərəli iş
görmüşdür. Qəzetin səhifələrində respublika ipək sənayesi əməkçilərinin yarım
əsrlik mübariz yolu unudulmaz salnaməyə çevrilmişdir. Bu qəzet fəhlə sözünün,
fəhlə əməyinin, fəhlə əzmkarlığının tərənnümçüsü kimi çıxış edir, ipəkçilərin
qüvvəsini partiyanın qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsinə bacarıqla
səfərbər edir. Sov. İKP noyabr (1982-ci
il) plenumunda müəyyən etdiyi vəzifələrin həyata keçirilməsi üçün “İpəkçi”
zəhmət adamlarını yüksək intizama çağırır, plan və öhdəliklərin yerinə
yetirilməsi uğrunda mübarizədə mətbu sözünün qüdrətindən bacarıqla istifadə
edir, problem məsələlər qaldırır və onun həllinə nail olur.
Mübariz fəhlə qəzeti “İpəkçi”mizin 50 illik
yubileyi rayonumuzun ictimaisiyasi və mədəni həyatında əlamətdar hadisələrdən
biridir. Şəhərin partiya, sovet və komsomol təşkilatları adından möhkəm əmin
olduğumuzu bildiririk ki, “İpəkçi” bundan sonra da öz şanlı ənənələrinə sadiq
qalacaq, özək ilinin, bütövlükdə 11-ci beşilliyin vəzifələrinin ləyaqətlə
yerinə yetirilməsində bizə yaxından kömək edəcəkdir.
Yusif ABDURAHMANOV – V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyinin baş direktoru, Xalidə MƏMMƏDOVA – Partiya Komitəsinin katibi, Nəcibə MAHMUDOVA – Həmkarlar ittifaqı komitəsinin sədri, Təranə Lətifova – komsomol komitəsinin katibi.
Yarım əsr bundan əvvəl Azərbaycan
ipəkçilərinin ilk çoxtirajlı “İpəkçi” qəzetinin birinci nömrəsi çapdan çıxdı. O
dövrdə ölkəmizin bir sıra digər iri müəssisələrində də belə qəzetlər
buraxılırdı. Lakin onların bir çoxunun adı sonradan dəyişildi. Bəzilərinin
nəşri isə dayandırıldı. Lakin “İpəkçi” 50 ildir ki özünün şairanə adını şərəflə
daşıyır. Bu gün isə köhnə çoxtirajlı qəzetlərdən biri hesab olunur.
“İpəkçi” ilk beşilliklər dövründə meydana
gəlmiş, döyüşkən təbliğatçı və təşviqatçı kimi şanlı bir yol keçmişdir. Qəzet
bütün bu illər ərzində Şəki Şəhər partiya komitəsinin, ipək birliyi partiya
komitəsinin, müəssisənin ictimai təşkilatlarının, direktorluğunun mübariz
köməkçisi olmuş, bolşevik mətbuatının ənənələrinə həmişə sadiq qalmışdır.
“İpəkçi”nin indiyədək buraxılmış bütün nömrələri Azərbaycan ipəkçilərinin
diqqətəlayiq işlərinin və nailiyyətlərinin parlaq salnaməsidir.
Əlli ildən artıqdır ki, qəzet Şəki
mətbuatının mübariz sıralarındadır. Özünün alovlu bolşevik sözü ilə kommunizm
işi uğrunda mübarizə aparır. Onun yarım əsrlik yolu Azərbaycan ipəkçilərinin
həyat və mübarizə yolu ilə sıx bağlıdır.
Bütün sovet mətbuatı kimi, “İpəkçi”nin də
gücü marksizm-leninizm ideyalarına sədaqətdə, oxuculara, zəhmətkeş kütlələrlə
qırılmaz əlaqədədir. Öz işində qəzetimiz geniş müəlliflər ordusuna, fəhlə
kollektivinə arxalanır. Qəzetin sədaqətli dostlarından – fəhlə müxbirlərindən,
baramaaçan Məmməd Rzayev, respublikanın əməkdar səmərələşdiricisi, çilingər
Seyran Kərimov, Azərbaycan SSR Ali Sovetinin deputatı, toxucu Əmanət Abbasova,
əmək və müharibə veteranı, fərdi təqaüdçü Zəkəriyyə Məmmədov və başqaları uzun
illərdir ki, “İpəkçi” ilə işgüzar əlaqə saxlayırlar. Oxucuların məktubları və
yazıları qəzeti günün vacib mövzuları ilə təmin edir, təhlil və düşüncələr üçün
zəngin material verir, bir çox problem məsələlərin həllində köməyə gəlir.
Fəhlə qəzetimiz özünün ikinci yarım əsrinə
qədəm qoymuşdur. Möhkəm əminik ki, “İpəkçi” Sovet mətbuatının gözəl ənənələrinə
bundan sonra da sadiq qalacaq, bu ənənələri inkişaf etdirəcək, kommunizm
quruculuğunda yeni zirvələr fəth edən Şəki ipəkçilərinin ən yaxın köməkçisi
olacaqdır.
– Əziz yoldaşlar!
50 illik yubileyini böyük sevinclə qeyd
etdiyimiz “İpəkçi” qəzeti şərəfli bir yol keçmiş, hələ orta əsrlərdən Şərqin
mühüm sənətkarlıq və ticarət mərkəzlərindən biri kimi şöhrət qazanmış Şəkinin,
onun zəngin tarixi təcrübəyə malik ipəkçilərinin zəhmət salnaməsini yaratmaqda
böyük uğurlar qazanmışdır. Azərbaycanda sosializm quruculuğunun qızğın dövründə
həyata qədəm qoyan “İpəkçi” çox qısa bir müddətdə Lenin ideyalarının alovlu
carçısına çevrilmiş, yeni şüur uğrunda ümumxalq mübarizəsinin məqsəd və mahiyyətini
Azərbaycan ipəkçilərinə çatdırmaqda yerli partiya təşkilatının mübariz
köməkçilərindən biri olmuşdur.
50 illik fəaliyyəti ərzində “İpəkçi” qəzeti
mütərəqqi texniki üsulların yayılmasına, ipəkçiliyin və digər sənaye
sahələrinin inkişaf etdirilməsinə yorulmadan və partiyalı mövqedən kömək
göstərmişdir. Böyük Vətən müharibəsi illərində və müharibədən sonrakı
beşilliklərdə dahi Leninin adını daşıyan Şəki İpək Kombinatının çoxminli
kollektivinin ideyasiyasi və mənəvi tərbiyəsi sahəsində “İpəkçi” qəzeti zəngin
təcrübə qazanmışdır. Respublikamızın son beşilliklərdə qazandığı böyük
nailiyyətlərdə Şəki zəhmətkeşlərinin də payı vardır.
Bu gün Sov.İKP MK noyabr (1982-ci il)
plenumu qərarlarının həyata keçirilməsi uğrunda mübarizədə “İpəkçi” qəzeti də
təşkilatçı, təbliğatçı və təşviqatçı kimi çıxış edir. Partiyamızın daxili və
xarici siyasətinin zəhmətkeşlərə aydınlaşdırılması, mədəni həyatımızın bugünkü
yüksəliş səviyyəsinin əyani səviyyədə əks etdirilməsi, ictimai həyatımızın
vacib məsələlərinə cəsarətli müdaxilə ona haqlı olaraq geniş oxucu hörmətini
qazandırmışdır.
Azərbaycan SSR Elmlər Akademiyası 50 yaşlı
“İpəkçi” qəzetinin kollektivini yubileyi və yüksək mükafata layiq görülməsi
münasibəti ilə təbrik edir, böyük inkişaf yolu keçmiş sovet elmimizlə sosialist
həyatımızın qırılmaz vəhdətini daha yüksək səviyyədə işıqlandırmaq işində ona
yeniyeni uğurlar arzulayır.
– Həmişə maraqla oxuduğum “İpəkçi” qəzetinin
50 yaşı tamam olmuşdur. Bu müdriklik yaşında qəzet öz amalına sadiq qalmışdır.
“İpəkçi”nin səhifələrini çevirdikdə böyük bir kollektivin əmək coşqunluğu,
qələbə əzmi, zərif Şəki ipəyi qədər mülayim, həlim təbiətli, incə yumorlu əmək
adamlarının fədakarlığı, ən gözəl insani keyfiyyətləri aşkar hiss olunur.
Bütün varlığınla duyursan ki, fəhlə
qəzetinin müxbirləri Sov. İKP XXVI qurultayının tarixi qərarlarını, partiyanın
ərzaq proqramını müvəffəqiyyətlə həyata keçirən Şəki şəhər partiya Komitəsinin
ən yaxın, etibarlı köməkçiləridirlər. Düşünürsən ki, bu, belə də olmalıdır. Ona
görə ki, “İpəkçi” qəzeti öz peşəsinin vurğunu
olan, nöqsanlara qarşı barışmaz mövqe tutan, fədakar, prinsipial, mənən
saf dostluğa can atan, büllur təbiətli yaradıcı bir kollektivin bəhrəsidir.
Qəzetin adı da çox şairanədir: “İpəkçi”.
İpək adlı, ipək xarakterli bu qəzetimiz yeri gələndə çox kəskin və qəti olmağı
da bacarır. Mövcud nöqsanları prinsipial və barışmaz partiyalı mövqedən tənqid
atəşinə tutur. Bununla da yerlərdə
mənəvi saflığın və təmizliyin bərqərar olmasında yerli partiya
təşkilatına yaxından kömək edir.
Mən sevimli qəzetimizə böyük uğurlar
arzulayıram.
Fərəhləndirici haldır ki, respublika
ipəkçilərinin kəskin ideya silahı olan 50 yaşlı “İpəkçi”miz bu illər ərzində
mənalı, yaddaqalan bir yol keçmiş, Azərbaycan ipək sənayesinin təşəkkülünü,
inkişafını və gələcək perspektivlərini öz səhifələrində mükəmməl bir
dolğunluqla əks etdirən mübariz orqan kimi böyük nüfuz, layiqli hörmət və
ehtiram qazanmışdır. Özünün yarım əsrlik yubileyi ərəfəsində qəzetin Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilməsi bunu bir daha
təsdiq edir.
Sevimli qəzetimizin 50 yaşı ölkəmizdə nəşr
olunan çoxtirajlı qəzetlərin, Azərbaycan ipəkçilərinin, Şəki mətbuatının
ictimai-siyasi və mədəni həyatında görkəmli hadisə olmaqla yanaşı,
respublikamızın əməksevər geoloqları üçün də çox təqdirəlayiq və fərəhləndirici
yubileydir.
Mən “İpəkçi”nin oxucularına – öz
seçicilərimə geoloqlarımızın diqqətəlayiq işləri barədə məlumat verməyi borc bilirəm. Bir neçə ildir ki, mineral
sərvət kəşfiyyatçılarımız respublikanın dilbər guşəsi olan Böyük Qafqazın cənub
yamaclarının Şəki, Zaqatala, Balakən rayonlarının ərazisini əhatə edən
hissələrində planauyğun ardıcıl geoloji işlər aparır. Nəticə etibarı ilə, bir sıra tikinti materialları yataqları
təsərrüfat dövriyyəsinə daxil edilmiş, böyük polimetal filizi yatağı
öyrənilmiş, Alazan-Əyriçay vadisinin yeraltı şirin su ehtiyatı təsdiq
edilmişdir.
Əmin ola bilərsiniz ki, geoloqlarımız bundan
sonra da aparılan işlərin məzmununa və keyfiyyətinə lazımı diqqət yetirəcək,
Şəki və digər Böyük Qafqaz zonası rayonlarının gələcək coşqun inkişafına öz
töhfəsini verəcəklər
Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin
24 mart 1983-cü il tarixli Fərmanı ilə zəhmətkeşlərin kommunist tərbiyəsi,
istehsal planlarının yerinə yetirilməsinə onların səfərbər edilməsi sahəsində
fəal işinə görə və birinci nömrəsinin çapdan çıxmasının 50 illiyi ilə əlaqədar
olaraq “İpəkçi” qəzeti Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin Fəxri
fərmanı ilə təltif olunmuşdur.
***
Kiyev şəhərindəki Lenin ordenli Darnitsa
İpək Kombinatının direktorluğu, partiya, həmkarlar ittifaqı və komsomol
komitələri Azərbaycan və Ukrayna ipəkçilərinin kommunist tərbiyəsində fəal
işinə, dostluq əlaqələrinin möhkəmləndirilməsində böyük xidmətlərinə görə və
birinci nömrəsinin çapdan çıxmasının 50 illiyi ilə əlaqədar olaraq “İpəkçi”
qəzetini Fəxri fərmanla təltif etmişlər.
***
Azərbaycan SSR Ali və Orta ixtisas Təhsili
Nazirliynin kollegiyası tələbə gənclərin kommunist tərbiyəsində fəal iştirakına
və ilk nömrəsinin çapdan çıxmasının 50 illiyi ilə əlaqədar olaraq “İpəkçi”
qəzetini Fəxri fərmanla təltif etmişdir.
***
Azərbaycan Jurnalistlər ittifaqı mətbuatda
uzun illər səmərəli fəaliyyətinə, jurnalistlər ittifaqı təşkilatının işində
fəal iştirakına görə və “İpəkçi”nin ilk nömrəsinin çapdan çıxmasının 50 illiyi
ilə əlaqədar olaraq qəzetin redaktoru Salis Məmmədov yoldaşı Fəxri fərmanla
təltif etmişdir.
VAHİD AİLƏ HİSSİ
Əziz həmkarlarımız, yaradıcılıq qüvvənizi
çiçəklənməsi bayramınız mübarək olsun! Qəzetinizin yüksək mükafata – fəxri
fərmana layiq görülməsi Ukrayna ipəkçilərini də ürəkdən sevindirmişdir.
Ötən yarım əsrdə “İpəkçi” Azərbaycan ipək
sənayesi ilə birgə böyük və şərəfli yol keçmişdir. Yəqin ki, Şəki veteranları o
illəri, hələ təzə boyaq iyi gələn “İpəkçi”nin ilk nüsxələrinin proletar
himninin – “İnternasional”ın, sədaları altında oxuculara təqdim edildiyi günü
yaxşı xatırlayırlar.
Və bu gün də siz ümumi işimizə – xalq
istehlakı mallarını artırmaq işinə çoxlu enerji, bilik, yaradıcılıq axtarışları
sərf edirsiniz.
“İpəkçi” ilə “Darnitski şovk”u uzun illərin
dostluğu birləşdirir. Qəzetlər öz səlahiyyətli nümayəndələri olan fəhlə
müxbirləri vasitəsilə Ukrayna və Azərbaycan ipəkçiləri arasında sosializm
yarışının getdikcə daha geniş vüsət almasında, qabaqcılların iş təcrübəsinin
yayılmasında mühüm rol oynayırlar. Qəzetlərin vaxtaşırı səhifə mübadiləsi
keçirmələri və birləşmiş dostluq nömrələri buraxmaları təqdirəlayiqdir.
“Vahid ailə hissi” rubrikası altında
buraxılan birləşmiş nömrələrimiz Azərbaycan qəzetləri “Bakinski raboçi”,
“Kommunist”, “Sovet kəndi” və Ukrayna qəzetləri “Pravda Ukrayna”, “Raboşaya
qazeta” tərəfindən yüksək qiymətləndirilmişdir. İpəkçilərin vətənpərvərlik və beynəlmiləlçilik
ruhunda tərbiyə edilməsi sahəsində qəzetlərimizin səyinə Şəki Şəhər və Kiyevin
Dnepr Rayon Partiya Komitələri yüksək qiymət vermişlər. Bu yaxınlarda aldığım
“Xalqlar dostluğu” ordenini isə ümumi işimizə verilən mükafat hesab edirəm.
***
Naum ARANOVİÇ,
Keçən ilin
oktyabr ayında Moskvada Azərbaycan SSR günləri keçirilirdi.
Respublikanızın elçiləri paytaxta qonaq gəlmişdilər. Nümayəndə heyətinə
Azərbaycan KP MK-nın katibi Həsən Həsənov yoldaş başçılıq edirdi. Azərbaycanın
elçiləri bizim “Krasnaya Roza”da oldular, kollektivimizin üzvləri ilə
görüşdülər. Görüş zamanı azərbaycanlı dostlarımıza sürpriz hədiyyələr təqdim
etdik. Bu, “İpəkçi” və “Çelenok”un bir gün əvvəl həm Moskvada və həm də Şəkidə birgə
buraxdıqları birləşmiş dostluq nömrələri idi. Qəzetlər maraqla qarşılandı,
hətta bəziləri heyrətləndilər ki, necə olub ki, “İpəkçi” və “Çelenok”un Şəkidə
buraxılmış dostluq nömrəsi 24 saat ərzində Moskvaya gəlib çatmışdır?
Kombinatımızın direktoru A.M.Dubinin yoldaş bu “sirri” açdı. O, söhbətində
bildirdi ki, redaksiyalarımız birbiri ilə sız işgüzar əlaqə yaratmışlar.
Qəzetlərimizin birləşmiş nömrəsi Şəkidən Moskvaya təyyarə ilə yola salınmışdır.
Redaktorumuz təyyarə meydanına getmiş, qəzetin nömrəsini qəbul etmişdir.
Azərbaycan LKGİ MK-nın birinci katibi C. Müslümzadə yoldaş “Çelenok”la və
“İpəkçi”nin bu işgüzar əlaqələrinə yüksək qiymət verdi.
Qəzetlərimizin birləşmiş nömrələri SSRİ Xalq
Təsərrüfatı Nailiyyətləri Sərgisində də hamının marağına səbəb oldu, hər yerdə
geniş əks-səda doğurdu. “Veçernaya Moskva” qəzeti bu təşəbbüsümüzü alqışladı.
Azərbaycanda çıxan “Sovet kəndi” qəzeti işimizi bəyəndi, “Kommunist” qəzeti
dostluğumuzun gücündən, bəhrəsindən söhbət açdı.
Azərbaycan televiziyası və radiosunun
Moskvadakı müxbiri Altay Zahidov redaksiyamıza gəldi. O, “İpəkçi” ilə
“Çelenok”un dostluq əlaqələri barədə məndən intervü aldı. Görünür, “Günün
ekranı” xəbərlər proqramındakı çıxışım respublikanızda maraqla qarşılandı.
Mənim adıma Şəkidən minnətdarlıqla dolu teleqramlar gəldi.
Məndən soruşsalar ki, müdrik yaşlı
“İpəkçi”də orijinal, daha çox diqqəti cəlb edən nədir? Tərəddüd etmədən
deyərdim: ilk növbədə xalqlar dostluğunun tərənnümü. Sosializm yarışının, onun
ən yaxşı formalarının geniş yayılmasına yer verilməsi. Bir məqsəd, bir amal
uğrunda yarış meydanında xariqələr yaradan əmək adamlarının ən gözəl
keyfiyyətlərinin yayılmasında, təbliğ edilməsində, onları bir-birinə
yaxınlaşmasında “İpəkçi” mühüm rol oynayır.
Bu əmək adamları Şəkidən nə qədər uzaqda:
istər Moskvada, Ukraynada, Gürcüstanda, istərsə də Özbəkistanda... olursa
olsun, fərqi yoxdur, “İpəkçi” onların iş təcrübələrindən vaxtaşırı söz açır,
Şəki ipəkçilərinin qüvvə və bacarıqlarını ümumi işin xeyrinə səfərbər etməyi
bacarır.
Zəkəriyyə MƏMMƏDOV, əmək veteranı.
“İpəkçi”nin birinci nömrəsinin çapdan
çıxdığı gün – 1933-cü ilin 13 mart günü yaddaşıma ömrümün xoş, ən əziz günü
kimi həmişəlik həkk olunub. O gün əsl toy-bayram idi. Hamı qəzetin ilk
nömrəsinin nömrəsinin çap olunmasını səbirsizliklə gözləyirdi. Həyəcanlı idik.
Mətbəə işçiləri də bizimlə birgə şən əhval-ruhiyə ilə çalışırdılar.
Qəzetin korrektura işi mənə həvalə
edilmişdi. Səhifələrdəki materialları dönə-dönə, ürək çırpıntısı ilə oxumuşdum.
Gənc fəhlə Əsabəli Ağamirzəyev ilk nömrənin
tərtibinə gərgin əmək sərf etmişdi. Qəzetin yaradıcı heyəti çox məsul, şərəfli
bir iş gördüyünü başa düşürdü. Ölkəmizin çoxtirajlı qəzetlərinin müjdəçilərindən
biri olan “İpəkçi”, Azərbaycan ipəkçilərinin yeni həyat uğrunda mübarizəsinin
təbliğatçısı və təşviqatçısı kimi belə yarandı.
Nəhayət, çapçılar – Cahangir Ağamirzəyev və
Yusif Hacıyev çap maşınının arxasına
keçdilər. Az keçmədi ki, Azərbaycan ipəkçilərinin çoxtirajlı qəzeti olan
“İpəkçi”nin birinci nömrəsinin nüsxələri göründü. Redaktor Rəsul Rəsullu mətbəə
qoxulu təzə nömrəni ehtiyatla əlinə götürdü. Birgə anda redaktorun başına cəm
olduq. Sevincdən, şadlıqdan gözlərimiz yaşarmışdı. Çoxdan gözlədiyimiz gün
gəlib çatmış, yuxusuz, narahat keçirdiyimiz gecələr ən gözəl bəhrəsini vermişdi.
“İpəkçi” çox qısa bir müddətdə əməkçilərin
dərin rəğbətini qazandı. Onun hər yeni nömrəsi kollektivin həyatında əlamətdar hadisəyə çevrildi. Tezliklə,
qəzetin ətrafına prinsipial, sözü, qələmi
kəsərli müxbirlərin böyük bir dəstəsi toplandı. “İpəkçi”nin fəhlə
müxbirlərindən Əhməd İmanov, Mikayıl Hüseynov, Camaləddin Əfəndiyev, Sariyyə
Kərimova, Veysəl Babayev, İsaq Məmmədov, Zivər Xəlilova və başqaları qəzet
səhifələrində tez-tez çıxış edir, öz həmkarlarının nailiyyətlərindən yazır,
nöqsanları tənqid edirdilər.
“İpəkçi” qəzeti uzun illərdən bəri yaşatdığı
gözəl ənənələrinə bu gün də sadiqdir. Fəhlə qəzetimiz coşqun ilhamla
qurub-yaradan böyük bir kollektivin həqiqi həyat güzgüsüdür.
“İpəkçi” qəzetinin ilk oxucuları ilə ancaq
Şəki mətbəəsinin sexlərində görüşmək olar. Təəccüblənməyin. Qəzetin hər nömrəsi
burada yaranır və həyata vəsiqə alır. Hamıdan əvvəl qəzetin materialları
linotipçilərə etibar olunur. Onların səmərəli işindən çox şey asılıdır. Ömrünün
30 ilini bu peşəyə həsr etmiş Şamil Əhmədov linotip maşınının arxasına keçəndə
əsl iş başlanır.
Şamil dayının iş zamanı öz sevimli
“məşğələsi”ndən ayırmaq mümkün deyildir. Yetişdirməsi Sıracəddin Heydərovun
dediyi kimi, bu zaman o, sanki “sehrli” bir aləmdə olur.
Səhifənin tərtibi üçün qəliblərə yığılmış
gümüş sətirlər özlüyündə qəzet üçün xammaldır. Burada incə ruhlu, yüksək zövqlü
düşünülmüş tərtibçi əli gəzməlidir. Ənvər İsmayılov da beləcə dəst-xətti olan
yaradıcı tərtibçidir. Onun üzə çıxardığı səhifələr həmişə öz səliqəsi,
aydınlığı, düşünülmüş kompozisiyası ilə seçilir. Gənc tərtibçi Əşrəf Rəsulov ustasından çox
şey görüb-götürmüş, öyrənmişdir. İndi peşəsinə yaradıcılıqla, diqqətlə
yanaşmağı bacarır.
Səhifələrin maketi tutularkən mətbəənin
işçilərindən Həvva Salahova, Kamal Xudiyev, Sıracəddin Heydərov, Şirəli və
Nömraz İbrahimovlar da öz peşələrinə yaradıcılıqla yanaşırlar.
Elə ki, səhifələr “təmiz”ə çıxıb hazır oldu,
“İpəkçi” son əməliyyatdan keçir. Çap maşınına “bənd” edilmiş gümüş sətirlər
axırıncı dəfə diqqətlə nəzərdən keçirilir. Çapçı Həqiqət Mmmədcanova çap
maşınının arxasına keçir. Az keçmədən maşının barmaqları ilə gümüş səhifələrə
toxunan ağ kağızlar birgə anda kollektivin səmərəli əməyini göz önündə
canlandırır. Yaraşıqlı, incə zövqlə tərtib olunmuş “İpəkçi”nin rəng qoxulu təzə
nömrəsi beləcə üzə çıxır.
Mətbəənin direktoru Fərhad Süleymanov, usta
Əli Hüseynov da yeni nömrənin həyata vəsiqə almasında yaxından iştirak edirlər.
(“İpəkçi” 1934-cü il).
“1931-ci ildə kombinatın fabrik-zavod
təhsili məktəbinin əvvəlinci buraxılışı olmuşdur. Məktəbi 16 müsəlman qızı
qurtarmışdır. Qara çadranı cəsarətlə atıb mədəni həyata atılan bu qızlardan
biri də Zivər Xəlilovadır. Orta boylu. Qarayanız bir qız olan Zivər xeyli vaxt
barama çarxında işləmişdir. O çox diribaş, qoçaq qızdır. Zivərin təklifi ilə
kombinatda ipəyi elmi cəhətdən sınaqdan çıxaran laboratoriya düzəldilmişdir. Bu
laboratoriyanın faydası böyükdür...”
“Xam ipəkdən atlas kimi parça toxunacaqdır!
İndi bir çoxları bu sözlərə bəlkə də
kəmetiqad olurlar. Fəqət, yaxın zamanlarda parça hasılatı bir şirin həqiqət
olacaqdır. Kombinata 7 dənə parça toxuyan dəzgah gətirilmişdir. Bu dəzgahalr
dərhal quraşdırılacaqdır. Quraşdıranlara ixtisas sahibi Ənvər Sultanov başçılıq
edəcək. Ənvər Gəncə şəhərindəki toxuculuq texnikumunu (yəni məktəbini)
qurtarmışdır. O, çox zirək, ayıq mühəndisdir...”
Şəki ipək sənayesinin veteranlarından
sayılan Zivər Xəlilova və Ənvər Sultanov bu gün də ruhən, qəlbən doğma
kollektivlə bir sıradadır. Ürəkləri həmişə qurub-yaratmaq həvəsi ilə çırpınan
Z.Xəlilova və Ə.Sultanov Böyük Vətən müharibəsindən bir az əvvəl bir-birinə
könül vermiş, xoşbəxt ailə qurmuşlar. Onlar 50 illik zəhmət yollarının
eniş-yoxuşunda tək özlərinə yox, əmək
meydanına atılan onlarla insana dayaq, çətin gündə həyan olmuşlar.
“İpəkçi” qəzeti özünün bu ilk oxucularının –
müxbirlərinin, həyat yolunu həmişə izləmiş, onların xoş sorağından xəbər
vermişdir. Bu gün Ənvər dayı baş mexanika şöbəsində usta, ömür gün dostu Zivər
xanım isə ipək birliyindəki 69 nömrəli texniki peşə məktəbinin direktorudur.
Sov.İKP MK-nın “SOSİALİSTEÇESKAYA İNDUSTİYA” qəzeti redaksiyasının kollektivi.
Ölkəmizin ən yaşlı çoxtirajlı qəzetlərindən
biri olan “İpəkçi”nin şanlı 50 illiyi və qəzetin Azərbaycan SSR Ali Soveti
Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif olunması münasibətilə sizi ürəkdən
təbrik edirik.
“İpəkçi” qəzetinin keçdiyi şanlı yol bizə
çox yaxşı məlumdur. Xalqlar dostluğu mövzusu qəzetin ənənəvi mövzusudur. Bu
mövzu qəzetin son 10 ildəki nömrələrində özünə daha möhkəm yer tapmışdır.
“İpəkçi” Moskva, Kiyev, Kutaisi, Tbilisi və ölkənin bir çox şəhərlərinin
ipəkçiləri ilə Azərbaycan ipəkçilərinin dostluq əlaqələrinin möhkəmləndirilməsində
mühüm rol oynayır.
Sizə şərəfli və çətin işinizdə yeni-yeni
yaradıcılıq nailiyyətləri, möhkəm cansağlığı və tükənməz ilham arzulayırıq.
***
Azərbaycan SSR Jurnalistlər İttifaqının
idarə heyəti Sizi və Sizin şəxsinizdə qəzetinizin fəhlə müxbirlərini,
müəlliflərini və bütün oxucularını “İpəkçi” qəzetinin birinci nömrəsinin çapdan
çıxmasının 50 illiyi münasibəti ilə qızğın təbrik edir.
Qoy, qəzetinizin nüfuzu daha da artsın! Sov.
İKP XXVI qurultayının, Azərbaycan KP XXX qurultayının qarşıya qoyduğu
vəzifələrin yerinə yetirilməsində o, Şəki ipəkçilərinin mübariz tribunası,
yaxın köməkçisi olsun!
***
Söhrab İBRAHİMOV, Azərbaycan SSR Yüngül Sənaye naziri.
“İpəkçi”nin respublikamızın Yüngül Sənaye
nazirliyində buraxılan çoxtirajlı qəzetlərin pioneri adlandırırlar. Ölkəmizin
ilk çoxtirajlı qəzetlərindən biri kimi tanınan “İpəkçi”, həmişə Azərbaycan
ipəkçilərinin ön cərgələrində cəsarətlə addımlamış, böyük bir əmək ordusuna “sərkərdəlik”
etmişdir.
Şəki ipəkçilərinin öz qəzetləri ilə
öyünməyə, onun barəsində iftixarla danışmağa mənəvi haqları vardır. “İpəkçi” bu
haqqı yarım əsrlik gərgin, səmərəli, diqqətəlayiq işi ilə qazanmışdır. Öz
mövqeyində həmişə ayıq dayanan “İpəkçi”, sükançısı olduğu kollektivin qaynar
həyatına dərindən nüfuz etməyi, fəhlələri yeni müvəffəqiyyətlərə, qələbələr
uğrunda yarışa səsləməməyi yaxşı bacarır. “İpəkçi” həmişə çətin işlərə girişir.
Kollektivin mənafeyi ilə bağlı elə problem məsələlərə toxunur ki, kiçik qəzetin
bu cəsarətli, alovlu çıxışları hər yerdə rəğbətlə qarşılanır. Qəzetin yarım
əsrlik fəaliyyəti Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə
qiymətləndirilmişdir.
Fəhlələrin qüvvə və bacarıqlarını Sov.İKP
XXVI qurultayının qərarlarını yerinə yetirməyə səfərbər etmək işində “İpəkçi”yə
daha böyük müvəffəqiyyətlər arzulayırıq.
***
Həmyerlimiz, peşəkar inqilabçı Həkim
Babayevi ailəsində dünyaya göz açmış, burada böyüyüb boya-başa çatmış Pyotr
Babayevin adı moskvalılar üçün də doğma və əzizdir. O, üç inqilabın iştirakçısı
olmuşdur. İnqilabdan sora Moskvanın Sokolniki Rayon Sovetinin sədri vəzifəsində
işləmişdir. V.İ.Leninin iştirakı ilə ölkəmizdə ilk dəfə kommunist iməciliyi bu
rayonda keçirilmişdir.
“İpəkçi” qəzeti Babayevlər ailəsinin üzvləri
haqqında vaxtaşırı seriya ilə məktublar dərc etməklə yaxşı iş görür. Bu
yaxınlarda qəzet Pyotrun atasının inqilabi fəaliyyəti haqında maraqlı bir
materialla çıxış etmişdir.
Şəki ipək istehsalat birliyinin kollektivi
beynəlmiləl kollektivdir. İpəkçilərin, xüsusilə gənclərin sosialist
beynəlmiləlçiliyi ruhunda tərbiyə edilməsində qəzet çox iş görür. “İpəkçi” və
“Çelenok”un Moskvada və Şəkidə tez-tez buraxdıqları birləşmiş dostluq nömrələri
Vətənimizin paytaxtında da böyük maraqla qarşılanır.
Daimi nümayəndəlik şanlı yubileyiniz
münasibəti ilə Sizi qızğın təbrik edir. Gələcəkdə də Azərbaycan ipəkçilərinin
mübariz ideya silahı bayrağını yüksək tutmağınızı arzulayırıq.
***
Nəriman ZEYNALOV,
“SOVET KƏNDİ” qəzetinin redaktoru.
Zəhmətkeşlərin kommunist tərbiyəsində
“İpəkçi” qəzetinin gördüyü iş hər cürə tərifə layiqdir. Təsadüfi deyil ki,
partiya və hökumətimiz qəzetin 50 illik fəaliyyətini yüksək qiymətləndiriblər.
Qəzet fəxri fərmanla təltif edilmişdir.
Qəzetinizin indiki şad günündə “Sovet kəndi”
qəzetinin əməkdaşları da elə Sizin kimi fərəh hissi keçirirlər. Sizi ürəkdən
təbrik edirik. Müvəffəqiyyətlərinizin bundan sonra daha da artacağı şəksizdir.
50 yaşlı qəzetinizin kollektivinə möhkəm
cansağlığı, uzun ömür və yeni yaradıcılıq müvəffəqiyyətləri arzulayırıq.
***
“MÜXBİR” bulletini,
Əziz “İpəkçi”! Dünya göz açandan, ilk sözünü
deyəndən bəri sənə saysız-hesabsız sətirləri yazılmış, müəssisəyə gələn
neçə-neçə gənci həyata pərvazlamış, büdrəyəndə əlindən tutmuş, burada
saç-saqqal ağardan peşə ustalarına söz qoşmuş, vətənimizin ağır günlərində
nisgillilərə təsəlli vermiş, xalqımızın yenilməzliyini odlu cümlələrlə oxuculara
çatdırmısan.
Dostum “İpəkçi”, son illərdəki əməllərindən
danışmağa gücüm çatmaz. Birdən elə sanballı işlərə əl atırsan, təəccüb məni
bürüyür. Öz-özümə deyirəm: “Əzizim, bu sənin xörəyin deyil”. Elə ki sonrakı
nömrələrini oxuyanda, görürəm o balaca boyunla lazım gəlsə Şəki dağlarını da
yerindən oynada bilərsənmiş. Səni qınamıram. Güvəndiyin yer, arxalandığın ünvan
var, ona görə də hər yerə səs salmısan. O böyük qüvvə Şəki Şəhər Partiya
Komitəsidir. Haradakı çoxtirajlı qəzetlərə belə partiya qayğısı var, orada
irəliləyiş, orada yüksəliş özünü göstərməlidir. Səhifələrində dərc olunan nəcib
təşəbbüslər, maraqlı təcrübəni yaymağın, kəsərli tənqidi yazılara vaxtında
cavab almağın da bunun sayəsindədir. Son illər səni ən çox “dilədişə” salan,
sözünüsöhbətini Şəkinin hüdudlarından çox-çox uzaqlara çatdıran, zəhmət
adamlarına başıucalığı gətirən, əməyini qiymətləndirən də odur.
“İpəkçi” hələ çox iş görəcəkdir. Bu qalsın
əllidən sonraya. İndi isə səni səmimi qəlbdən təbrik edir, sənə yeni
yaradıcılıq müvəffəqiyyətləri diləyirəm. Gün o gün olsun ki, yüzünə yığışaq.
***
AzərİNFORMun kollektivi.
Yarım əsrlik yol keçmiş “İpəkçi”nin yaradıcı
kollektivini təbrik edirik.
Şəki ipəkçilərinin fəxri və sevimlisi olan
qəzet sosializm yarışının təbliğində, keyfiyyət uğrunda mübarizədə həmişə ön
cərgədə addımlamışdır.
Yubiley günündə biz qəzetin kollektivinə
yeni yaradıcılıq müvəffəqiyyətləri arzulayırıq.
Qoy, qəzetiniz ipəkçiləri daha böyük
qələbələrə səsləsin, onların qüvvəsini on birinci beşilliyin tapşırıqlarının
yerinə yetirilməsinə səfərbər etsin.
***
Əlisahib MƏMMƏDOV,
Əli ildir ki, “İpəkçi” Şəki ipəyinin
keşiyini çəkir, gözəl insanların əlindən çıxan və respublikamızdan çox-çox
uzaqlarda məşhur olan Azərbaycan ipəyindən, onun ustalarından, sənətkarlarından
söz açır, yazıb yaradır.
Dostlar! Qəzetiniz əlli il ərzində çox iş
görmüş və görür. Siz gözəl yazılarınızla, faydalı məktublarınızla, ölkənin
çoxtirajlı qəzetləri ilə dəyişən səhifə və nömrə mübadilələri keçirməklə
“İpəkçi”nin daha maraqlı və təsirli çıxmasını təmin edirsiniz.
Qəzetiniz təkcə Azərbaycan ipəkçilərinin
deyil, elə bizim hamımızın da haqlı olaraq diqqətini cəlb edir. Böyük Mirzə
Fətəlinin, Sabit Rəhmanın, istəkli şairimiz Bəxtiyar Vahabzadənin Vətənində çap
olunan, ilk beşilliklərdən öz fədakar əməkləri ilə fərqlənən şəkililərin
“İpəkçi”si belə də olmalıdır.
Dağları, meşələri, bulaqları qədər gözəl,
təbiəti qədər şirin olan şəkili qələm dostlarımıza ictimai asayişin keşikçiləri
adından yarım əsrlik yubileyləri günündə daha böyük yaradıcılıq nailiyyətləri
arzulayırıq.
***
Bəxtiyar VAHABZADƏ.
Qəzetinizi həmişə böyük məmnuniyyətlə
oxumuşam, ləzzət almışam. Cəsarətlə demək olar ki, respublikamızda çıxan
çoxtirajlı qəzetlər arasında “İpəkçi” öz səviyyəsi etibarı ilə ən gözəl
qəzetlərdən biridir. ən başlıcası isə qəzet oxunaqlıdır, darıxdırıcı deyildir.
Qəzetin öz sifəti vardır. Əlbəttə, “İpəkçi”nin
belə yüksək səviyyədə çıxarılmasında redaksiya heyətinin, onun fəhlə
müxbirlərinin xidməti, əməyi və səyi çoxdur. Qəzet həmişə yaradıcılıq
axtarışındadır. Bu axtarışlar isə uğurlu tapıntılarla nəticələnir.
Mən, “İpəkçi” qəzetinin 50 illik yubileyini
təbrik edir, ona öz şərəfli işində uğurlar diləyirəm.
***
Mirzə MİRZƏYEV,
Şəki ipəkçiləri arasında sosialist
qanunçuluğunun təbliğində və qorunmasında “İpəkçi” qəzeti özünəməxsus böyük rol
oynayır. Qəzetimizin səhifələrində rayonun
hüquq mühafizə orqanlarının əməkdaşları da vaxtaşırı çıxış edirlər.
Onların bu qəzetdə çap olunmuş bir sıra məqalələri Azərbaycan SSR Ədliyyə
Nazirliyinin kollegiyasında bəyənilmişdir.
“İpəkçi”nin təşəbbüsü ilə ipək birliyində
müstəqil fəaliyyət göstərən milis sahə məntəqəsi yaradılmışdır. Bununla
əlaqədar olaraq qəzetin Azərbaycan SSR Daxili İşlər Nazirliyi qarşısında
qaldırdığı məsələ müsbət həll edilmişdir.
Fəhlə qəzetimizin yüksək hökumət mükafatına
layiq görülməsi, şəhərimizin hüquq mühafizə orqanları işçilərini də hədsiz
sevindirmişdir. Bu münasibətlə, “İpəkçi”nin kollektivini, onun bütün
oxucularını təbrik edirik.
***
“İpəkçi” qəzetinin yubileyi tək bir fəhlə
kollektivinin deyil, Şəki jurnalistlərinin də bayramıdır. “İpəkçi”nin obrazlı
şəkildə fəhlələrin “iti gözü, düşünən beyni” adlandırmaq olar. Xoş arzuları,
əməlləri tərənnüm edən “İpəkçi” elə bir hərarətli fəhlə ürəyidir ki, orada
çoxminli, çoxmillətli, fədakar bir kollektivin ahəngdar nəbzi vurur.
“İpəkçi” elə bir tribunadır ki, oradan
baramaaçan da, ucdüyən də, toxucu da, boyaqçı da öz işindən, nailiyyətindən
iftixarla danışır. “İpəkçi” ona doğma, əziz olan insanların yarış meydanında
qazandıqları nailiyyətləri respublikamızın sərhədlərindən çox-çox uzaqlara
yayır.
Rayonun bütün mətbuat işçiləri,
jurnalistləri adından nüfuzlu qəzetimiz olan “İpəkçi”ni təbrik edir, ona çətin,
şərəfli işində yeni uğurlar diləyirəm.
***
“İpəkçi”
ilə yaxından tanışlığım 15 il bundan əvvəl başlanıb. O vaxtdan onu Bakıda
müntəzəm olaraq oxuyuram. Evimə hər gəlişi ürəyimi riqqətə gətirir: məni sanki
doğma beşiyimlə, həmyerlilərimlə görüşdürür. Təkcə mən yox, ailə üzvlərim də
“İpəkçi”nin vurğunudurlar.
Bu qəzetdən söz düşəndə həmişə bir el məsəli
yadıma düşür: “Bapbalaca boyu var, dam dolusu toyu var”. Mən bunu uşaqlar üçün
tapmaca, böyüklər üçünsə məsəl hesab edirəm. Doğrudan da, “İpəkçi” işıqlı
qəzetdir. Onun işığı həm də ürəklərə hərarət gətirir. O, çox yığcam, mənalı və
kəsərli materialları ilə ciddi problemlərə toxunur. Özü də elə problemlərə ki,
onlar ipəkçiləri daha böyük əmək nailiyyətlərinə ruhlandırır.
“İpəkçi”nin materialları həmişə öz
rəngarəngliyi və orijinallığı ilə fərqlənir. Hər məqalənin işlənməsində yüksək
professionallıq aydın hiss olunur. Qəzetin dili çox aydın, səlis,
xoşagəlimlidir. Bütün bunlar “İpəkçi”ni, heç də təsadüfi deyil, Azərbaycan
mətbuatının ən nümunəvi və tərifəlayiq övladları sırasına çıxarmışdır.
“İpəkçi”nin əlli ilik bayramı onun bütün
oxucuları, o cümlədən mənim üçün də fərəhli bir hadisədir. Hər şeydən əvvəl ona
görə ki, bu qəzet öz yubileyinə alnı açıq, üzüağ gəlir.
Ona daha böyük uğurlar arzulayıram.
Sevimli qəzetimiz “İpəkçi” indi təkcə
Şəkidə, respublikamızda deyil, qardaş respublikalarda da tanınır; onun hər
nömrəsi maraqla oxunur. “İpəkçi”nin ipək kimi, qızıl kimi sözləri
ürəyimizdəndir.
“İpəkçi”nin səhifələrində verilmiş yazılar
toplanıb kitab şəklində buraxılsa, heç şübhəsiz, çoxtirajlı mətbuatımız üçün
qiymətli bir dərslik meydana gələr.
İnanıram ki, fəhlə qəzeti “İpəkçi” öz
ənənəsinə sadiq qalacaq, həyati əhəmiyyəti olan mənalı yazıları ilə öz
oxucularını bundan sonra da sevindirəcəkdir.
Məmməd RZAYEV,
20 ildən artıqdır ki, “İpəkçi” qəzetinin
fəhlə müxbiriyəm. Çoxminli, çoxmillətli bir kollektivin gündəlik işindən,
qayğılarından yazmaq ürəyimdəndir. Hər dəfə əlimə qələm götürəndə
kommunist-müxbir kimi öhdəmə düşən vəzifənin məsuliyyətini hiss edirəm.
Yazılarımı qəzetin səhifələrində görəndə sevinirəm.
Fəhlələr “İpəkçi” qəzetini həmişə qürur
hissi ilə oxuyurlar. Qəzetin dostluq nömrələri isə müəssisədə əsl toy-bayrama
çevrilir. Səbəbi aydındır. Qəzetin hər yazısı Sov.İKP XXVI qurultayının tarixi
qərarlarını, özək ilinin vəzifələrini ləyaqətlə yerinə yetirən əmək
bahadırlarımızın işindən, sosializm yarışında qazanılan nailiyyətlərdən,
səmərəni yüksəltmək, keyfiyyəti yaxşılaşdırmaq üçün aşkara çıxarılan imkan və
ehtiyat mənbələrindən, faydalı təşəbbüslərdən xəbər verir.
“İpəkçi” qəzeti eyni zamanda işə əngəl olan
səbəbləri də vaxtında görür, nöqsanlara qarşı prinsipial mübarizə aparır.
Ə.ŞAMİL.
Qələm dostumuz Məmmədiyyə Cabbarlının
(Süleymanlının) qəzetçilik fəaliyyəti Şəki mətbuatının tarixi ilə qırılmaz
surətdə bağlıdır. M. Cabbarov uzun illər
“İpəkçi” qəzetinin redaktoru olmuş, öz jurnalistlik istedadı,
təşkilatçılıq bacarığı ilə fərqlənmişdir. Məmmədiyyə müəllimin redaktor olduğu
illərdə “İpəkçi” qəzeti özünün gözəl ənənələrini yaşatmış, böyük kollektivin
qaynar həyatına həmişə dərindən nüfuz etmiş, “düzüdüz. əyrini-əyri” yazmışdır.
Şəkinin gənc jurnalistləri M.Cabbarovdan
həmişə öyrənmiş, onun faydalı məsləhətlərindən bəhrələnmişlər.
M.Cabbarov bu gün də öz peşəsinə sadiqdir.
Kəsərli, iti qələmi əlindədir. Hazırda respublika “Bilik” cəmiyyətində çalışır,
elmi biliklərin təbliğində fəal iştirak edir.
Əsabəli Ağamirzəyevin həyatında unudulmaz,
yaddaqalan hadisələr çox olmuşdur. O ilk əmək fəaliyyətinə Şəki mətbəəsində
fəhlə kimi başlamışdır. Onun əmək tərcümeyi-halına ən yaddaqalan sətirlər burada
yazılmışdır. O, pillə-pillə irəli çəkilmiş, uzun illər Şəki mətbəəsinin
direktoru olmuşdur.
“İpəkçi” qəzeti barədə söz düşəndə
Ə.Ağamirzəyev həmişə dərin hörmət və ehtiramla danışır. Qəzetin birinci
nömrəsinin çap olunması ilə bağlı, maraqlı hadisələri yada salır. Bu, təsadüfi
deyil. Axı, Ağamirzəyev “İpəkçi”nin ilk nömrələrinin tərtibçisi,
yaradıcılarından biridir.
–Məsuliyyətli, həm də şərəfli iş mənə etibar
olunanda çox həyacan keçirdim, – deyə Əsabəli dayı 1933-cü il mart ayının 13-nü
xatırlayır, – öhdəmə düşən vəzifə çətin idi. Amma bu tapşırığı layiqincə yerinə
yetirdim. “İpəkçi”nin ilk nömrəsinin tərtibi xoşa gəldi, əldən-ələ gəzdi.
–Hazırda pensiyada olmasına baxmayaraq,
Əsabəli Ağamirzəyev yenə də öz zəngin təcrübəsi, biliyi, dəyərli məsləhətləri
ilə redaksiyanın – mətbəə kollektivinin köməyinə gəlir.
Qurtuluş SÜLEYMANLI.
(Qəzetin Fəxri fərmanla təltif edilməsi
münasibətilə)
Staxanov nəğməsinə səs verib,
Baratlara, məryəmlərə söz verib,
Müxbirlərə iti qələm, göz verib,
Çatıb belə bir büsata “İpəkçi”.
Fatmaları, Əmanəti yetirib,
İpək üstə qızıl güllər bitirib,
Fəhlələrə min bir sevinc gətirib,
Ucalıbdır şanşöhrətə “İpəkçi”!
Əyriləri-əyri, düzü var yazıb,
Sabirtək nöqsanı çox həmvar yazıb.
Gördüyün, duyduğun edib car, yazıb,
Bənzər əyilməz polada “İpəkçi”!
Ramizə, Telmana gətirdin hünər,
İpəkçilər gündə çalır min zəfər.
Yaraşır şəninə yazılsın əsər,
Layiqsən ən böyük ada “İpəkçi”!
Səhifəndəki yazıların bir ipək,
Eşqin açıb parçalarda gül-çiçək.
Hünər dolu 50 yaşın mübarək,
Əməllərin gəlməz saya, “İpəkçi”!
Redaktor: M.SALİS
ÜNVANIMIZ:
374510 Azərb. SSR. Şəki şəhəri-2. K.Marks
prospekti 1. “İpəkçi” qəzetinin redaksiyası.
Qeyd: Bu səhifədə “İpəkçi” qəzetinin 50 ilik
yubiley nömrəsi dərc olunub (şəkillər və şəkilaltı mətnlər istisna olmaqla).