Son əlavələr‎ > ‎

Yanvarın 30-da Şəki Ağır Cinayətlər Məhkəməsində sahibkara qarşı qurama məhkəmə prosesi davam etdiriləcəkdir

18 Oca 2013 15:59 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
  Şəkildə: Urfət İbrahimov ona məxsus olması güman edilən ticarət mərkəzinin qarşısında – deyir: Mən heç nəyi dalıma alıb aparmamışam, pul veriblər tik, mən də tikmişəm, burada 2 min nəfər üçün daimi iş yeri var. Amma imkan vermirlər ki işə başlayaq! 




 İnternet saytımızda məlumat verdiyimiz kimi 24 sentyabr 2012-ci il tarixdə “Şəki-Bazar” ASC idarə heyətinin sabiq sədri Urfət Əsabəli oğlu İbrahimov  günün günorta çağı Bakıdakı mənzilində qəflətən həbs edilərək Nərimanov rayon məhkəməsinə aparılmış və burada ona, barəsində 2 aylıq həbs qəti imkan tədbiri seçilməsi barədə hökm oxunmuşdur. 
   Urfət İbrahimovun hansı maddə illə tutulması bizə məlum deyil, yalnız bilirik ki, o, “Şəki-Bazar” ASC sədri olarkən, yuxarıdan ona göstəriş verilmişdi ki, bazarın yaxınlığında yeni bir ticarət mərkəzinin inşasına başlasın, çünki hazırkı bazar günün tələblərinə cavab vermirdi və Şəki üçün çox darısqal idi. Urfət İbrahimov qollarını çırmalayıb bu işi görməyə başlayır. Bu məqsədlə ona Şəki icra hakimiyyəti başçısının 22.05.2006-cı il 1/110 saylı sərəncamı ilə, icarə qaydasında, 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün dövlət ehtiyat fondu torpağından  2 ha boş torpaq sahəsi ayrılmışdır. Bu torpaq sahəsi Şəki İH ilə bağlanmış müqaviləyə əsasən illik məbləğ 1200 manat  olmaqla sonrakı 20 il üçün icarəyə verilmişdir.  Həmin torpaq sahəsi üzərində icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq reyesrdən çıxarışla rəsmiləşdirilmişdir. Şəki şəhər icra başçısının 01.10.2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə isə həmin torpaq sahəsində ticarət cərgəsinin tikilməsinə rəsmi icazə alınmışdır. Sahibkarlar da tikiləcək yeni ticarət mərkəzində dükan-mağazaya sahib olmaq üçün əvvəlcədən müəyyən məbləğdə pul verib tikintini maliyyələşdirmişlər. 2009-cu ildə obyektin tikintisi başa çatmış və istismara qəbul edilməsi barədə Şəki icra hakimiyyəti başçısı yanında fəaliyyət göstərən dövlət komissiyası 10.09.2009-cu il tarixli aktla onun istismara qəbuluna icazə vermiş, icra başçısının 27.01.2010-cu il tarixli 1/12 saylı sərəncamı ilə tikilmiş ticarət cərgələrinin rəsmiləşdirilməsi qərara alınmışdır. 
   Lakin 21.04. 2010-cu il tarixdə Şəkiyə yeni icra başçısı təyin olunur və o, vəzifəyə başlayandan cəmi 1 həftə sonra – 28.04.2010-ci il tarixdə, 1/99 saylı öz sərəncamı ilə əvvəlki icra başçısının 27.01.2010-cu il tarixli 1/12 saylı sərəncamını ləğv edir.  
Lakin yeni ticarət mərkəzi sahibkarları Şəki İnzibati-İqtisadi Məhkəməsinə üz tütüb həmin sərəncamın  qeyri-qanuni olduğunu sübut edə bilirlər və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 06.06.2012-ci il tarixli (İş № 2 inz (84) -743/2012)  qərarı ilə Şəki icra hakimiyyəti başçısının 28.04.2010-ci il tarixli, 1/99 saylı  sərəncamı ləğv edilir. Qarşı tərəf, yəni Şəki İH, bu qərardan apelyasiya şikayəti verməsə də, üstündən bir xeyli vaxt keçəndən sonra “yeni ticarət mərkəzinin niyə işləmir?” – deyə başqa bir bəhanə ilə şikayətçi olur. Bir soruşan olmur ki, “qoyursunuz ki işləsin?” və qeyd etdiyimiz kimi bundan sonra Rüfət İbrahimov həbs edilir.
   Yanvarın 16-da  Şəki Ağır Cinayətlər Məhkəməsində sahibkara qarşı qurama məhkəmə prosesinin hazırlıq iclası keçirilmişdir. Cəmi 10 dəqiqə davam edən iclasdan sonra məhkəmənin 30 yanvarda davam edəcəyi elan olundu.


Gündüz Məmmədov 

Ċ
img071.pdf
(4347k)
Aydın Məmmədov,
21 Oca 2013 12:52
Comments