Son əlavələr‎ > ‎

Sabunçu rayonu Bakıxanov qəsəbəsində yeni polis rəisi fövqəladə vəziyyət elan edib?!

13 Ara 2012 11:59 tarihinde Aydın Məmmədov tarafından yayınlandı

Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki 13-cü polis bölməsinə yeni rəis təyin olunmuş İltimat adlı birisi bir-neçə gündür ki qəsəbə ərazisində əsil fövqəladə vəziyyət elan etmişdir.  Təzə rəisin göstərişi ilə12 dekabr tarixdə  gecə işləyən bəzi kommersiya  müəssisələrinin işçiləri polis bölməsinə aparılmış,  24 saat fəaliyyət göstərən mağazaların, internet-salonların və s. kommersiya müəssisələrinin sahiblərindən saat 24.00 radələrindən sonra işi dayandırmaq  barədə şifahi xəbərdarlıq edilmişdir. Ertəsi gün - 13 dekabr tarixdə isə 13-cü bölmənin adamları bu qəbil obyektlərə reyd edərək, 22.00-radələrində onların işini dayandırmışlar.

Təzə rəisin bu özbaşınalığı, onun arxasının birbaşa nazir Ramil Usubova bağlı olmasından irəli gəlir. Deyilənlərə görə təzə bölmə rəisi Ramil Usubovun yaxın qohumudur. 24 saat işləyən kommersiya müəssisələrinin fəaliyyətinin dayandırılması isə təzə bölmə rəisinin onlardan “şirinlik” ummasıdır.  Belə ki bölmədən göndərilən adamlar kommersiya obyektlərinin sahiblərinə həm də anlatmışlar ki, əgər gecə işləmək istəyirlərsə, təzə bölmə rəisini “görsünlər” və “təbrik” etsinlər. “Təbrik”in qiymətinin nə qədər olması isə hələ heç kimə dəqiq məlum deyil. Güman edildiyinə görə bu orta səviyyədə kommersiya müəssisəsi üçün 100 manat civarında ola və kommersiya obyektinin böyük-kiçikliyinə görə artıb-azala bilər.

RS. “İpəkçi” qəzeti redaksiyası təzə bölmə rəisinin Bakıxanov qəsəbəsi ərazisindəki  “Yeməkxana” adı ilə fəaliyyət göstərən çoxlu sayda faişəxənanı bağlamasını alqışlayırsa da, təzə rəisin 24 saat fəaliyyət göstərən digər kommersiya müəssisələrinin iş rejiminə müdaxiləsini özbaşınalıq və sahibkarların hüquqlarının pozulması kimi qiymətləndirir.

Aydın Məmmədov

Comments