Azərbaycan Respublikasının Baş Prokuroru
Zakir Qaralov cənablarına
Sabunçu r-n., Bakıxanov qəs. H.Ağayev, 18 Mən. 2, ünvanında yaşayan
Yusupov Zaur Elman oğlu
tərəfindənŞİKAYƏT
Şikayətim Nəqliyyat
Departamentinin əməkdaşlarındandır.
Yazıb Sizə bildirmək istərdim ki, 07.10.2012
tarixdə idarə etdiyim Vaz 2107 markalı 90 CA 237 dövlət nişanlı avtomobillə Bakıxanov
qəsəbəsində taksi fəaliyyəti məşğul olurdum.
Təxminən, səhər saat 05-30
radələrində Mehmandarov küçəsində dayanmışdım və həmin zaman mənim
avtomobilimin qarşısında Nəqliyyat Departamentinə məxsus olan 90 AL 863 dövlət nişanlı
avtomobil saxladı və həmin avtomobildən mülki geyimdə 5 nəfər düşərək
mənə yaxınlaşdılar, kobud formada məndən tələb etdilər ki onlara maşının sənədlərini təqdim edim. Onlardan
xahiş etdim ki, özlərini təqdim etsinlər. Onlardan rədd cavabını aldım. Həmin ekipajdan 2 nəfər mənim avtomobilimin qapılarını
açmağa cəhd etdi, qapılar bağlı oldu ucun onlardan 3-cü şəxs mənim
avtomobilimin sağ sərnişin qapısının pəncərəsindən əlini salıb qapını açdı
və beləcə avtomobilə daxil oldular.
Onlardan biri sürücü qapısı tərəfdən avtomobilimə soxularaq məni boğmağa başladı.
2-ci şəxs isə avtomobilimə məxsus olan açarları qıfıldan götürüb aradan çıxmağa
nail oldu. Eyni zamanda 3-cü şəxs avtomobilimdə axtarış edərkən sənədləri tapmadığına görə
məni yumruqları ilə vurur və məndən sənədləri onlara təhvil verməyi
tələb edirdi. 4-cü şəxs isə avtomobilimin damından taksi işarəsini yerindən qopararaq
öz avtomobillərinin baqaj hissəsinə atdı. Mən də avtomobildən çıxmağa cəhd edirdim. Çıxan zaman 5-ci şəxs bunu görüb mənə hücum etdi və ayaqları ilə mənim bel nahiyəmdən zərbə endirməyə başladı. Ona müqavimət göstərdiyimi görən 4-cü şəxs isə
Nəqliyyat Departamentinə məxsus olan avtomobilə tərəf getdi və həmin avtomobilin baqaj hissəsindən “bita”
deyilən taxta parçasını götürüb mənə hücum etdi və məni vurmaq istədiyi zaman
mən öz avtomobilimə əyləşib qapıları içəridən
bağladım. Bunu görən Nəqliyyat Departamentinin əməkdaşları başladılar
hərəsi bir tərəfdən avtomobilə zərbə endirməyə və onlardan biri əlindəki “bita”
taxta parçası ilə mənim avtomobilimin qabaq görünüş şüşəsinə bir
necə dəfə zərbə endirdi, sonra isə sol güzgünün şüşəsini sindirdı. Bu hadisəni yolun əks tərəfində
yerləşən POLİS MÜHAFİZƏ ALAYININ əməkdaşları görüb mənə kömək etməyə
gəlmişdilər. Bunu görən Nəqliyyat Departamentinin əməkdaşları tezliklə öz
avtomobillərinə əyləşib hadisə yerini tərk
etdilər. Həmin zaman mən DİN-nin 102 xidmətinə zəng etdim və hadisə barədə məlumat verdim, sonra isə Sabunçu r-nu 13-cu Polis bölməsinə gedərək hadisə
barədə ərizə ilə müraciət etdim. Baxış keçirdiyim zaman məlum olmuşdu ki, Nəqliyyat
departamentin əməkdaşlarının zərbələrdən sonra avtomobilimin sağ qabaq
qanadında təpiklərin izi - batıqlar, əmələ gəlmişdir, qabaq görmə şüşəsi, sağ qapının
güzgüsü sındırmışdır və sonda mənim avtomobilimə məxsus olan açarları oğurlamışlar
. Mənə yüngül xəsarət yetirib maddi və mənəvi ziyan vurmuşlar.
Xahiş edirəm
ki bu hadisə ilə bağlı araşdırma aparasınız.
Yuxarıda ifadə verdiklərim düzgünlüyünü və yazdıqlarımı öz imzamla təsdiq edirəm.
Əlaqə telefonları: (+994) 50 640-71-31
(+994) 55 739-96-99
İmza: Zaur Elman oğlu Yusupov
08.10.2012 |