Son əlavələr‎ > ‎

Şəkidə "Tarixdə və tariximizdə Şəkimiz" mövzusunda elmi konfrans keçirildi

3 Tem 2012 10:05 tarihinde Aydın Məmmədov tarafından yayınlandı

İyulun 2-də Azərbaycan müəllimlər İnstitutunun Şəki Filialında "Tarixdə və tariximizdə Şəkimiz" mövzusunda elmi konfrans keçirilmişdir. Elmi konfransda gündəliyə əsasən  Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun “Tarixdə və tariximizdə Şəkimiz”, tarixçi-alimlər Güntəkin Nəcəflinin “Şəki xanlığının xarici siyasəti”, Hacı Həsənovun “Şəki xanlığının Rusiya imperiyası tərəfindən işğalı”, Zərinə Cavadovanın “Şəki xanlığının Rusiya imperiyası tərəfindən işğalından sonra baş vermiş demoqrafik dəyişikliklər”, Camal Mustafayevin “Şəki Azərbaycanın sənətkarlıq və ticarət mərkəzi kimi”,  "Cəfər Qiyasinin Azərbaycan memarlıq tarixində Şəkimiz",  Aydın Məmmədovun "Şəki tarixinin bəzi məsələləri", Göhər Məmmədovanının "Şəki xanlığının tarixşünaslığı"   mövzularda məruzələri dinlənilməli idi. Bundan başqa sonda Şəki Regional Elmi Mərkəzi Zəkərriyə  Əlizadə də çıxış etmişdir.

 

Comments