Son əlavələr‎ > ‎

Ölkələrin müqayisəli təhlili modernləşmə aspektində

3 May 2012 13:34 tarihinde Aydın Məmmədov tarafından yayınlandı

(2012-ci il 27-28 aprel tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilmiş “Doktorant və Gənc Tədqiqatçıların VI Beynəlxalq Elmi Konfransı”nın materiallarından)

    

   Modernləşmə indiki vaxtda aydın olduğu kimi heç də qərbi kor-koranə təqlid deyil, əslində mədəni dəyərlərin qorunması, texnoloji və elmi səviyyənin yüksəldilməsi, elmi yeniliklərin əldə edilməsi, insanların həyat səviyyəsinin artırılması, məlumat səviyyəsinin yüksəldilməsi və daha bir çox sahələrdə cəmiyyətə, ölkəyə faydalı olan yeniliklərə deyilir. Modernləşməyə ictimai və siyasi dəyişiklər daxildir. Modernləşmənin təməl parametrləri aşağıdakılardır:

· kapitalizm 
· demokratiya 
· texnologiya 
· mütəxəssisləşmə 
· bürokratiya 
· fərqlənmə


   Modernləşmə prosesində dövlət və cəmiyyətin 4 tipi müəyyənləşdirib: 
   1. Yüksək inkişaf etmiş dövlətlər  inkişaf səviyyəsinə görə yüksək renta əldə edirlər. Bu ölkələrdə yeni texnologiyaları icad edən və həyata keçirənlər arasında ziddiyyət olmur. Bu ölkələr super sənaye erasına daxil olmuş ölkələrdir. Belə ölkələr elm vasitəsi ilə təhsilə, mədəniyyətə və bütün dünyada kreativ sayılan təbəqələrin şüuruna təsir etməklə dövlətin inkişafına, böhrandan çıxmasına kömək edirlər. 
   2. Orta səviyyədə inkişaf etmiş ölkələr  texnologiyalar və elm sahəsində yüksək inkişaf etmiş ölkələrin təcrübəsinin mənimsənilməsinə imkan yaradırlar və müəyyən səviyyədə elmi inkişafa malikdirlər.
   3. Az inkişaf etmiş ölkələrdə elmin inkişaf səviyyəsi aşağı olur. Əgər bu ölkələr neft, almaz, qızıl və s.lər  kimi  təbii ehtiyatlara malikdirlərsə və bu ehtiyatları xammal kimi dünya bazarına çıxara bilirlərsə, yalnız onların xammalına  dünya bazarında yüksək qiymət və təlabat olduğu müddət ərzində inkişaflarındakı geriliyi aradan qaldırmaq mümkün olur. Bu ölkələr liderlərinin düzgün siyasəti və elitasının məsuliyyətindən çox asılıdır.
   4. Kvazi dövlətlər diaspor və h
umanitar yardım hesabına yaşayan ölkələrdir. 
    
    Dünya ölkələrinin 4%-i I qrupa, 15%-i II qrupa, 37%-i III qrupa, 44%-i isə IV qrupa aiddir. Qruplara daxil olan ölkələrə misal olaraq aşağıdakı ölkələri göstərmək olar.
    
I Qrup: Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Norveç, Yaponiya, Kanada, ABŞ.

   Bu ölkələrdə təhsil səviyyəsi çox yüksəkdir. Əhalinin orta hesabla 99,5%-i oxuma-yazmanı bilir. Texnologiya yüksək sürətlə inkişaf edir. Elmdə yüksək nailiyyətlər əldə edilibdir. İqtisadiyyat sahəsində inkişaf etmiş ölkələrdir.

II Qrup: Cənubi Koreya, İsrail, İspaniya, Finlandiya, Danimarka, Malta, Türkiyə, Çexiya, Polşa, Çin, Rusiya, BƏƏ və s.

   Bu qrupa daxil olan ölkələrin bəzilərində təhsil səviyyəsi yüksək, bəzilərində isə ortadır. Əhalinin orta hesabla 93,3%-i oxuma-yazmanı bilir. Texnologiyanın inkişafı üçün yüksək səviyyəli işlər görülür. Elmdə nailiyyətlər əldə edilibdir. Burada iqtisadi cəhətdən inkişaf etmiş və inkişafda olan ölkələr var.

III Qrup: Azərbaycan, Pakistan, Tunis, Liviya, CAR, Qabon, Ukrayna, Misir, Özbəkistan, Anqola, Qazaxıstan, Malayziya, Türkmənistan, İndoneziya, Çili, Kolumbiya və s.

   Bu qrupa daxil olan ölkələrdə təhsil orta və aşağı səviyyədədir. Əhalinin orta hesabla 86,5%-i oxuma-yazmanı bilir. Texnologiyanın inkişafı üçün səy göstərən və ümumiyyətlə hazır texnologiyadan istifadə edən ölkələr var. Elm sahəsində nailiyyətləri çox aşağı səviyyədədir. İqtisadi cəhətdən inkişafda olan və keçid ölkələri var.

IV Qrup: Benin, Burkino Faso, Tanzaniya, Zimbabve, Çad, Mali, Somalı, Ermənistan, Svazilend, Monqolustan, Banqladeş və s.

   Bu qrupa daxil olan ölkələrdə isə təhsil səviyyəsi aşağıdır. Əhalinin orta hesabla 61,7%-i oxuma-yazmanı bilir. Texnologiyanın yeniliklərindən demək olar ki yalnız istifadə edirlər və ya sadəcə bu yeniliklərlə tanışdırlar. Elmi səviyyədə nailiyyətləri demək olar ki yoxdur. Bura daxil olan ölkələrin bəziləri keçid iqtisadiyyatına malik olan, bəzilərinin isə iqtisadiyyatı demək olar ki yoxdur. Bu ölkələr humanitar yardım hesabına yaşayırlar. 
      Qruplara daxil olan ölkələr elmi, iqtisadi, texnoloji cəhətdən bir-birinə  bərabər, yaxud yaxın olan ölkələrdir. Göstərdiyimiz dövlətlərin bəziləri haqqında qısa məlumat verək: 
  
I qrup
   Norveç: Norveç dünya və Avropa balıqçılıq sektorunu əlində tutması ilə tanınır. Norveçdə işsizlik səviyyəsi nisbəti ABŞ və Lüksemburq kimi ölkələrdən belə daha aşağıdır. Dünyada adam başına düşən milli gəlir sıralamasında Lüksemburqdan sonra ikinci yerdə durur. Minimum əmək haqqının dünyadakı ən yüksək olduğu ölkələr arasında ikinci sıradadır. İnflyasiya 2,7%-dir. İşsizlik 2,3%-dir. Norveçdə həyat səviyyəsi  Avropa standartlarından  yüksək olduğuna  və bu ölkə  yüksək iqtisadi inkişafa nail olduğuna görə o,  AB-nə daxil olmaq istəmir. 
    Almaniya: Ölkə ÜDM həcminə görə dünyanın üçüncü böyük iqtisadiyyatına malik olmaqla yanaşı əmtəə ixracatına görə birinci, idxalatına görə isə ikinci yeri tutur. Almaniyanın iqtisadiyyatı sosial yönümlü bazar iqtisadiyyatıdır. Almaniya külək və günəş enerjisinə aid olan məhsulların istehsalına görə dünyada birinci yerdədir. Ölkə ixracatının əsas hissəsini mühəndislik ixtisasına aid məhsullar tutur. İndiyə qədər 103 alman Nobel Mükafatına layiq görülübdür. Almaniyanın təkcə böyük şəhərlərində deyil, demək olar ki bütün şəhərlərində ali məktəblər var. Əhalinin 99,5%-i oxuma-yazmanı bilir.
    Kanada: Kanada texnoloji cəhətdən inkişaf etmiş ölkədir. Texnologiya və iqtisadiyyatının inkişafına görə ABŞ-a yaxın dövlətdir. Əhalinin 99,9%-i oxuma-yazmanı bilir. 
 
II qrup
    Cənubi Koreya: Yüksək inkişaf etmiş sənaye ölkəsidir. Dünyada ən surətli internet Cənubi Koreyadadır. Əhalinin 97,7%-i oxuma-yazmanı bilir.
    İspaniya: İspaniya dünyanın iqtisadiyyatına görə 8-ci ölkəsidir. İqtisadiyyatı sürətlə inkişaf edir. AB-nin üzvüdür. Əhalinin 97,7%-i oxuma-yazmanı bilir
   Malta: İqtisadi çətinlik çəkməyən bir ölkədir. Ölkənin gəlirlərinin 97%-i turizminin üzərinə düşür. Turizmin inkişafında dil kurslarının böyük rolu var. AB-ın üzvüdür. Əhalinin 94%-i oxuma-yazmanı bilir. 
    Finlandiya: Elektronika sənayesində dünya liderlərindən biridir. Metal və mühəndislik sənayesinə malikdir. Əhalinin 99,8%-i oxuma-yazmanı bilir.
  Türkiyə: ÜDM həcminə görə dünyada 15-ci yerdədir. İşsizlik 9,6%-ə bərabərdir. Əhalinin 95%-i oxuma-yazmanı bilir. 
 
 III qrup
    Tunis: Tunis ümumiyyətlə bir əkinçilik ölkəsidir. Tunis, zeytunçuluqda dünyadakı ilk 10 ölkədən biridir. Sənaye fəaliyyətləri çox inkişaf etməmişdir. Ancaq dəri, kağız, qida, əlişi kimi yüngül sənaye qollarının əhəmiyyətli fəaliyyəti vardır. Ölkədə son illərdə inkişaf edən turizm faktı, bu sahədə sərmayələrin artmasına səbəb olmuşdur. Buna görə də, ölkəyə gələn turist sayında əhəmiyyətli artımlar olmuşdur. Əhalinin 74,7%-i oxuma-yazmanı bilir.
   Çili: Sosialist xalq iqtisadiyyatından bazar iqtisadiyyatına yönəlmiş bir ölkədir. Ölkə iqtisadiyyatının 57%-i xidmət sektorunun üzərinə düşür. Dünyanın ən böyük neft ehtiyatına malik ölkəsidir. Bunların yanında balıqçılıq və əkinçilik də ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynayır. Əhalinin 95,4%-i oxuma-yazmanı bilir.
   Anqola: Yüksək xammala malikdi
r. Afrikanın ən zəngin ölkələrindən biridir. Dünya ölkələri ilə yüksək əlaqələri var. Ən çox əlaqəsi olduğu ölkələr Rusiya və Azərbaycandır. Əhalinin 68,8%-i oxuma-yazmanı bilir. 
    Liviya: Neft istehsalına görə 17-ci, ehtiyatına görə dünyada 10-cu yeri tutur. Əhalinin 95,4%-i oxuma-yazmanı bilir.
   Qabon: Afrikanın ən zəngin ölkəsidir. Mədənçilik üstünlük təşkil edir. Əhalinin 74%-i oxuma-yazmanı bilir. 
   Azərbaycan: Sürətlə inkişaf edən iqtisadiyyata malikdir. Azərbaycan əkinçilik üçün yararlı olan  geniş ərazilərə,  zəngin neft-qaz yataqlarına, dəmir filizi mədənlərinə malikdir. Turizm potensialı yüksəkdir. Bankçılıq və sığortaçılıq sürətlə inkişaf edir. Ən əhəmiyyətli ixracatı isə xam neft və neft məhsullarıdır. Texnologiya son zamanlarda surətlə inkişaf etməkdədir. İqtisadi cəhətdən Avropanın 100 ilə getdiyi yolu Azərbaycan 20 ilə keçib. Əhalinin 98,8%-i oxuma-yazmanı bilir. Oxuma-yazma faizinə görə dünyada ilk onluqdadır. 
 
IV qrup
    Mali: Dünyanın ən kasıb ölkələrindən biridir. Humanitar yardım hesabına yaşayır. Təhsilində əsas yeri türk liseyləri tutur. Demək olar ki türk liseylərindən başqa məktəb yoxdur. Əhalinin 19%-i oxuma-yazmanı bilir.
    Burkino Faso: Dünyanın oxuma-yazma faizinə görə ən 
aşağı ölkəsidir. Humanitar yardım hesabına yaşayır. Əhalinin 12,8%-i oxuma-yazmanı bilir. 
    Banqladeş: Kənd təsərrüfatı, balıqçılıq və humanitar yardım hesabına yaşayır. Əhalinin 41%-i oxuma-yazmanı bilir.
    Zimbabve: Zimbabvenin iqtisadiyyatı müxtəlifdir. Yüngül və kimya sənayesi inkişaf etmişdir. İnflyasiya çox böyük ölçüdədir. Əhalinin 65%-i oxuma-yazmanı bilir.      
   
    İkinci qrupda yer alan ölkələr sürətlə inkişaf edir. Bu dövlətlərin bəziləri birinci qrupun texnoloji nailiyyətlərindən istifadə etməklə yanaşı artıq öz nailiyyətlərindən də istifadə edirlər. Və bunun nəticəsində iqtisadiyyatlarını inkişaf etdirirlər. 
     Üçüncü və dördüncü qrupda yer alan ölkələrin bəzilərinin yüksək xammalı olmasına baxmayaraq modernləşmə səviyyəsinin aşağı olmasının bir neçə səbəbi var. Bunlara misal olaraq bəzi dövlətlərin sosialist dövlət olmaları,  müstəmləkə əsarətində qalmaları və inkişaf etmiş ölkələrdən uzaqda olmalarıdır. 
     


Etibar Oktay oğlu Abdurahmanov,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Beynəlxalq Münasibətlər ixtisasının III kurs tələbəsi, 
Şəki rayon Çeşməli kənd orta məktəbinin 2008-ci il məzunu, 


Comments