Son əlavələr‎ > ‎

Şəki rayonunda heyvandarlığın inkişaf tempi

22 Nis 2012 16:18 tarihinde Aydın Məmmədov tarafından yayınlandı

  
Müstəqil respublikamızın iqtisadi və sosial həyatında aparılmış islahatdan sonra 1996-cı ildən başlayan inamlı yüksəliş dihamik olaraq inkişaf edir. Bu illər ərzində ölkəmizin həm iqtisadi, həm də sosial sahələrində mühüm naliyyətlər qazanılmışdır.
  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışlarının birində bu mühüm irəliləyişləri bir daha təsdiq etmiş və demişdir:
  “Sosial iqtisadi inkişaf, regional inkişaf proqramları – bütün bu proqramların məqsədi Azərbaycanı daha da gücləndirmək, iqtisadi potensialı artırmaq və beləliklə, ölkənin qüdrətini artırmaqdır. Mən çox şadam ki, bu istiqamətə də nəticələr göz qabağındadır”.
   Respublikamızın iqtisadiyyatının bu yüksəlişində Şəki rayonunun öz payı vardır.
   Şəki rayonunun iqtisadiyyatında aparıcı yeri kənd təsərrüfatı tutur. Ümumiyyətlə, rayonda kənd təsərrüfatı məhsulları istehsalını artırmaq üçün daxili imkanlar çoxdur və bu imkandan səmərəli istifadə olunur.
   2011-ci ildə Şəki-Zaqatala iqtisadi rayonu üzrə kənd təsərrüfatı məhsulu buraxılışının fiziki həcm indeksi Şəki rayonunda 123.9 faiz olmaqla, Balakən rayonuna nisbətən 23 faiz, Zaqatala rayonuna nisbətən 22.2 faiz, Qax rayonuna nisbətən 19 faiz, Oğuz rayonuna nisbətən 6.5 faiz, Qəbələ rayonuna nisbətən isə 21.7 faiz çox olmuşdur.
   2011-ci ildə Şəki-Zaqatala iqtisadi rayonu üzrə kənd təsərrüfatı məhsulu buraxılışının fiziki həcm indeksi aşаğıdаkı diаqrаmmаdа göstərilmişdir:
   Şəki rayonunun kənd əhalisi əsasən bitkiçilik və heyvandarlıqla məşğul olur. Bitkiçilik sahəsində də yüksək uğurlar əldə edilmiş, 2010-cu ildə 141953 ton, 2011-ci ildə isə 247238 ton taxıl istehsal olunmuşdur.Yüksək yem bazasının olması heyvandarlığın inkişafında zəmin yaradır. Belə ki, 2011-ci ildə Şəki-Zaqatala iqtisadi rayonu üzrə mövcud olan 282635 baş iri buynuzlu mal-qaranın 77503 başı və ya 27.5 faizi, 835496 baş qoyun-keçinin isə 303337 başı və ya 36.3 faizi Şəki rayonuna məxsusdur. Məlum olduğu kimi heyvandarlığın yaxşı inkişafı ətin, südün bol olması və eləcə də kənd əhalisinin yaxşı dolanışığı deməkdir. Rayonda ət, süd, yun, yumurta istensalı da ilbəil dinamik olaraq artır.
   2011-ci ildə 8121 ton diri çəkidə ət, 50222 ton süd, 17700 min ədəd yumurta və 395 ton yun istehsalı olmuşdur ki, bu da əvvəlki ilə nisbətən ət 333 ton, süd 399 ton, yumurta 700 min ədəd, yun isə 12 ton çoxdur.
   Son zamanlar əhalidə olan mal-qaranın cinsləşdirilməsinə, daha məhsuldar iri buynuzlu mal-qara yetişdirilməsinə xüsusi diqqət yetirilir.
   Bütün bu uğurlar kənd əməkçilərini və fermerləri daha da ruhlandırmışdır. Onlar bundan sonra da heyvandarlığın inkişafı bə şəxsi dolanacaqlarının daha da yaxşılaşması üçün bütün səylərini artıraraq, rayonda kənd təsərrüfatı sahəsində bütün məsələlərin həllinə başda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olmaqla yеrli rəhbər оrqаnlаrın köməkliyi ilə nail olunacaqdır.







Şəki Statistika idarəsinin 
                        aparıcı məsləhətçisi İlyasova Dilşad
Comments