Son əlavələr


Məmməd Əfəndiyev

4 Ağu 2020 15:35 tarihinde Aydin Salis tarafından yayınlandı

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigationJump to search
Məmməd Əfəndiyev
Əfəndiyev Məmməd Rəşid bəy oğlu
Məmməd Əfəndiyev
Məmməd Əfəndiyev, 1951-ci il
Doğum tarixi5 oktyabr 1887
Doğum yeriNuxaNuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi1 iyun 1977 (89 yaşında)
Vəfat yeriBakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Milliyyətiazərbaycanlı
Elmi adıprofessor (1944-cü ildən)
AtasıRəşid bəy Əfəndiyev
Mükafatları"Lenin" ordeni "Qırmızı Əmək Bayrağı" ordeni "Qırmızı Əmək Bayrağı" ordeni "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı

Məmməd Əfəndiyev (Əfəndiyev Məmməd Rəşid bəy oğlud. 15 oktyabr 1887-ci ildə, NuxaNuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö. 1 iyun 1977-ci ildə, Bakı, Azərbaycan SSR, SSRİ) − azərbaycanlı sovet riyaziyyatçı-pedaqoqu, professor, S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti nəzdində fəaliyyət göstərmiş Fizika-Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru (1944-cü ildən). Tanınmış azərbaycanlı pedaqoq və yazıçı-dramaturq Rəşid bəy Əfəndiyevin oğludur.

Haqqında məlumatlar[redaktə]

1887-ci ildə Nuxada anadan olub.

1908-ci ildə Tiflisdə gimnaziyanı bitirib.

1908 – 1913-cü illərdə Sank-Peterburq İmperator Universitetinin(ru) mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

Məmməd bəy Əfəndiyev tələbə uniformasında, 1911-ci il.

1913 – 1915-ci illərdə Qori seminariyasında müəllim,

1915 – 1920-ci illərdə isə Nuxada şəhər gimnaziyasında əvvəl müəllim, sonra isə müdir işləyib.

1920-ci ildə Bakıya – N.Nərimanovun təşəbbüsü ilə Bakıda təşkil olunmuş birillik kurslarda dərs deməyə dəvət olunur; bu kurslarda orta məktəblər üçün müəllimlər hazırlanırdı.

1921 − 1926-cı illərdə Ali Pedaqoji Kişi İnstitutunun əvvəl fizika-riyaziyyat fakültəsinin dekanı, sonra isə direktoru olub.

1930 − 1936-cı illərdə Pedaqoji İnstitutun riyaziyyat kafedrasının müdiri,

1941-ci ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin riyazi təhlil kafedrasının müdiri işləyib.

1944-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti nəzdində açılmış Fizika-Riyaziyyat Elmi-Tədqiqat İnstitutuna direktor təyin olunub.

1 iyun 1977-ci ildə Bakı şəhərində vəfat edib.

1992-ci ildə Bakıda bir küçəyə onun adı verilib.

Elmi-pedaqoji fəaliyyəti[redaktə]

1933-cü ildə dosent,

1944-cü ildə professor elmi adını alıb.

Azərbaycan dilində terminologiya tərtib etmiş, Yaxın Şərqdə o vaxtadək istifadə edilməkdə olan riyazi işarə və formulları latınlaşdırmışdır. Bir sıra riyaziyyat dərsliklərinin, o cümlədən, “Sadə diferensial tənliklər” dərsliyinin (1950) müəllifidir.

1941 – 1956-cı illərdə Azərbaycan Riyaziyyat Cəmiyyətinin sədri olub.

Mükafatları[redaktə]

  • “Azərbaycan SSR Əməkdar Elm xadimi” (1943)
  • “Lenin” ordeni;
  • “Qırmızı əmək Bayrağı” ordeni, 2 dəfə;
  • “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı, 2 dəfə;
  • “Qafqazın müdafiəsinə görə” medalı

İstifadə edilmiş mənbə[redaktə]

Aidiyyəti linklər[redaktə]

✰
Bu məqalə Şəki Ensiklopediyasının yaxşı məqalələrindən biridir.

Rəşid bəy Əfəndiyev

4 Ağu 2020 15:33 tarihinde Aydin Salis tarafından yayınlandı

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigationJump to search
Rəşid bəy Əfəndiyev
Əfəndiyev Rəşid bəy İsmayıl bəy oglu
Rəşid bəy Əfəndiyev
Rəşid bəy Əfəndiyev
Doğum tarixi24 may 1863
Doğum yeriNuxaNuxa qəzası, Bakı quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfatı31 avqust 1942 (79 yaşında)
Vəfat yeriNuxaNuxa rayonuFlag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
VətəndaşlığıFlag of the Soviet Union.svg SSRİ
Milliyyətiazərbaycanlı
TəhsiliNuxa qəza məktəbi (1873 – 1878), Qori seminariyası (1878 – 1882), Tiflis Aleksandrov Müəllimlər İnstitutu (1892 – 1895)
Əsərlərinin diliazərbaycan dili
Janrşeir, hekayə, pyes
İlk əsəri“Qan ocağı” pyesi

Rəşid bəy Əfəndiyev (Əfəndiyev Rəşid bəy İsmayıl bəy oğlu d.  24 may 1863-cü il, NuxaNuxa qəzası, Bakı quberniyası, Rusiya İmperiyası – ö.  31 avqust 1942-ci il, Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı pedaqoq və ilk etnoqraf alim. Azərbaycan məktəbləri üçün “Uşaq bağçası” adlı əlifba dərsliyinin (1889, İstanbul) və “Bəsirətül-Ətfal” adlı qiraət dərsliyinin (1901, Bakı) də müəllifidir. Şeirlər, təmsillər, hekayələr və pyeslər də qələmə almış, həmçinin, rusca bədii ədəbiyyat nümunələrini azərbaycan dilinə tərcümə etmişdir.

Haqqında məlumatlar[redaktə]

1863-cü ildə Nuxa şəhərində, ruhani məmur ailəsində anadan olub.

Təhsili[redaktə]

1870 – 1873-cü illərdə molla məktəbində,

1873 – 1878-ci illərdə Nuxa qəza məktəbində (rus dilində),

1878 – 1882-ci illərdə Qori seminariyasında,

1892 – 1895-ci illərdə isə Tiflis Aleksandrov Müəllimlər İnstitutunda təhsil alıb.

İş yerləri[redaktə]

1882 – 1888-cı illərdə Nuxa qəzasının Qutqaşen kənd məktəbində,

1890 – 1892-cı illərdə Nuxa qəzasının Xaçmaz kənd məktəbində müdir və müəllim,

1892-ci ildə Qafqaz Müsəlmanları Ruhani idarəsində katib müavini və müftinin himayəsi altında fəaliyyət göstərən “Ömər məktəbi”ndə müəllim işləyib.

1900 – 1916-cı illərdə Qori seminariyasında müəllim işləyib.

1916-cı ildə İrəvan Quberniyası xalq məktəblərinin inspektoru vəzifəsinə təyin edilib.

1918 – 1920-ci illərdə Bakı kişi seminariyasının direktoru olub.

1920-ci ildən sonra pedaqoji fəaliyyətini Nuxada davam etdirib, Nuxa pedaqoji məktəbində müəllim işləmiş, eyni zamanda SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının elmi işçisi olmuşdur.

Elmi, pedaqoji və ədəbi yaradıcılığı[redaktə]

1871-ci ildə – Qori seminariyasının üçüncü kursunda oxuyarkən, müsəlman şöbəsinin müfəttişi A.O.Çernyayevskinin rəhbərliyi ilə dərs proqramlarının tərtibində və azərbaycan dili dərsliklərinin hazırlanmasında fəal iştirak edib.

Qori seminariyasında təhsil alarkən klassik Azərbaycan və rus ədəbiyyatını mütaliə etməsi, seminariyanın dram dərnəyində fəal iştirakı onda bədii yaradıcılığa güclü meyl oyadıb.

Qutqaşen məktəbində işlədiyi dövrdə səkkiz il ərzində əhalinin yaşayış tərzi, adət-ənənəsi, mənəvi-psixoloji durumu, folkloru və maddi-mənəvi abidələri ilə ciddi maraqlanmış, məktəblərdə dərs vəsaiti olmadığından öz araşdırmalarını və tapıntılarını şagirdlərə öyrətmiş, onlarda vətən sevgisi, xalqa məhəbbət, milli təəssübkeşlik hissi, elmi biliklərə sönməz həvəs oyatmağa çalışırdı. O, azərbaycanlıların təhsil aldığı məktəblərdə tədrisin dövrün tələblərinə uyğun olmasına çalışmış, bunun üçün ana dilində dərs kitabları yaradılmasına əsas şərt kimi baxmışdır.

1890 – 1892-ci illərdə Nuxa qəzasının Xaçmaz kəndində yeni “üsuli-cədid” məktəbi yaradıb və orada azərbaycan dilini və rus dilini tədris edib.

Tiflisdə Aleksandrovski Müəllimlər İnstitutunda təhsil aldıqdan sonra məktəblərdə dərs vəsaitlərinə olan ehtiyacı aradan qaldırmaq üçün azərbaycan dili dərs kitablarını yazıb nəşr etdirmək arzusunu həyata keçirmək istəyib. Artıq onun on il müəllimlik təcrübəsi və xeyli material toplanması buna imkan verirdi. Öz tərcümeyi-halında göstərirdi ki,

"Kənddə on il müəllimlik etdiyim zaman rus klassiklərindən Puşkinin, Jukovskinin, Krılovun, Lermontovun, Tolstoyun əsərlərindən müdam tərcümə edib, albomuma çox şey toplamışdım və el ədəbiyyatından bəzi yararlı şeyləri də intixab eləmişdim, həmçinin təcrübədən çıxartmışdım."

Rus pedaqoqu K.D.Uşinskinin pedaqoji görüşləri, A.O.Çernyayevskinin “Vətən dili” dərsliyi, xüsusilə rus yazıçısı Lev Tolstoyun “Əlifba”, “Yeni əlifba”, “Riyaziyyat” və “Oxu kitabı” ilə yaxından tanışlıq Rəşid bəy Əfəndiyevin azərbaycanca məktəblər üçün ana dilində dərslik yazmaq həvəsini artırmışdı. O, “uşaqların oxu və yazı prosesində qrammatik qaydalarla tanış olması prinsipi” əsasında “Uşaq bağçası” adlı yeni əlifba kitabı yaratmış, Lev Tolstoyun hekayə və məqalələrindən də doğma dilə çevirib “Uşaq bağçası” dərsliyinə daxil etmişdir.

“Uşaq bağçası” əlifba kitabını çapa hazırlayıb 1889-cu ildə İstanbulda kütləvi tirajla nəşr etdirdikdən sonra ikinci dərsliyin – “Bəsirətül-Ətfal” ədəbiyyat dərsliyinin, üzərində böyük həvəslə çalışmağa başlayıb.

“Bəsirətül-Ətfal” müəllimlər üçün metodik vəsait olsa da, bütövlükdə əhatə etdiyi həyat, məişət, dil, bədii ədəbiyyat, kənd təsərrüfatı, təbiət, coğrafiya və s. mövzular bu dərsliyi məktəb uşaqlarının ensiklopedik məlumat kitabına çevirirdi.

1901-ci ildə “Bəsirətül-Ətfal” Bakıda iki min nüsxə tirajla çap olunmuş, azərbaycan dili tədris olunan bütün Qafqaz məktəblərində mükəmməl dərslik kimi tədris vəsaiti kimi istifadə edilmişdir.

1900 – 1916-cı illərdə Qori seminariyasında müəllim işləyərkən dərsdənkənar ədəbiyyat dərnəkləri və teatr truppası təşkil edib. Ədəbiyyat dərnəyində klassik yazıçıların xatirə gecəsi keçirilmiş, tələbələrin ilk qələm təcrübələri vaxtaşırı müzakirə olunmuş, teatr truppası isə azərbaycan və rus dillərində teatr tamaşaları göstərmişdir.

Bakı və Tiflis dövri mətbuatında vaxtaşırı çap etdirdiyi məqalələrində məktəblərdə təlim-tərbiyənin vəziyyəti, qız məktəblərinə biganəlik, dil və məktəb məsələləri barədə tənqidi münasibətini bildirmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918 − 1920) Bakı kişi seminariyasının direktoru vəzifəsində işləyərkən xalq maarifi sahəsində tədbirlərin həyata keçirilməsi işlərində, o cümlədən, Maarif Nazirliyi yanında təşkil olunmuş əlifba komissiyasının tərkibində latın qrafikasına keçmək üçün təqdim olunmuş layihələrin müzakirəsində fəal iştirak edib.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Nuxa şəhərinə qayıtmış, Nuxa şəhərində oğlan və qız seminariyasını təşkil etmiş, bir müddət Nuxa pedaqoji məktəbində müəllim işləmişdir. Eyni zamanda SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının elmi işçisi kimi elmi, pedaqoji, ədəbi sahədə axtarışlarını davam etdirmiş, Azərbaycan el ədəbiyyatı nümunələrini toplamışdır.

1924-cü ildə Azərbaycanın I Ölkəşünaslıq Qurultayına nümayəndə və Etnoqrafiya Cəmiyyətinin Şəki şöbəsinin elmi katibi seçilib.

Vəfatı[redaktə]

1942-ci il avqust ayının 31-də – 79 yaşında, Nuxada vəfat etmiş, Nuxadakı Xoçik qəbirstanlığında, həyat yoldaşı ilə eyni qəbirdə dəfn edilmişdir.

Xatirəsi[redaktə]

Şəkidə ölkəşünaslıq muzeyi, məktəb, kitabxana və küçə onun adını daşıyır.

60, 70, 100 illik yubileyləri keçirilmiş, əsərləri kütləvi tirajla nəşr olunmuşdur.

Ailəsi[redaktə]

2 oğlu və 4 qızı olub;

Oğllanları:

  • Məmməd Əfəndiyev (1887 – 1977) – Azərbaycan Dövlət Universitetinin riyazi analiz kafedrasının müdiri (1935-1965) və professor olub.
  • Nadir Əfəndiyev – həkim-cərrah olub.

Qızları:

  • Maral Əfəndiyeva-Nəbiyeva (1889-1967) – atası kimi bütün ömrünü xalq maarifi işinə həsr etmiş, Tərtərdə, Qarğabazarda (indiki Füzuli rayonu), Nuxada ilk Azərbaycan qız məktəblərinin yaradılmasında və pedaqoji fəaliyyəti ilə gənc nəslin təlim-tərbiyəsində mühüm rol oynamışdır.
  • Mahtaban Əfəndiyeva-Rüstəmova (1900-1972) – 1915-ci ildə Nuxada açılmış “Müqəddəs Nina” qız gimnaziyasında müəllim işləmiş, 1920-ci ildə Nuxada açılmış Darülmüəllimatın (müəllimələr institutu) ilk müdiri olmuşdur, sonralar Vartaşendə rus və fransız dillərindən dərs deyib.
  • Cəmilə Əfəndiyeva-İbrahimbəyli (1902-1978) – Nuxada və Bakıda pedaqoji fəaliyyətlə məşğul olub.

Əsərləri[redaktə]

Rəşid bəy Əfəndiyev. Seçilmiş əsərləri. Bakı-2016.

✰
Bu məqalə Şəki Ensiklopediyasının yaxşı məqalələrindən biridir.

İstifadə edilmiş mənbələr[redaktə]

Əsgər Xəlilov

4 Ağu 2020 15:32 tarihinde Aydin Salis tarafından yayınlandı

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigationJump to search
Əsgər Xəlilov
Xəlilov Əsgər Sabir oğlu
Asger Xalilov.jpg
Əsgər Xəlilov

Doğum tarixi4 may 1955 (65 yaş)
Doğum yeriNuxaFlag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
VətəndaşlıqFlag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
TəhsiliMoskva Ali Sərhədçilər Məktəbi (1972 – 1976); SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali məktəbi (1978 – 1980)
Rütbəgeneral-leytenant
VəzifəsiAzərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı (2017 – 2020 )
İstefada27 fevral 2020
TəltifləriAzərbaycan Bayrağı ordeni - lent (2009).png Vətənə xidmətə görə I, II və III dərəcəli ordeni.png Vətənə xidmətə görə I, II və III dərəcəli ordeni.png Azərbaycan Respublikasının “Rəşadət” ordeni (1-ci dərəcə) - lent.jpg "Hərbi xidmətlərə görə" medalı "Vətən uğrunda" medalı Hərbi xidmətdə fərqlənməyə görə III dərəcəli medalı - lent.png

Əsgər Xəlilov (Xəlilov Əsgər Sabir oğlud.  4 may 1955, Nuxa, Azərbaycan SSR, SSRI) – general-leytenant, 2017 – 2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini və Sərhəd Qoşunları komandanı olub.

Haqqında məlumatlar[redaktə]

1955-ci ildə Nuxa şəhərində anadan olub.

1972-ci ildə Şəki şəhər 8 saylı orta məktəbi bitirib və Moskva şəhərindəki Ali Sərhədçilər Məktəbinə daxil olub.

1976-cı ildə Ali Sərhədçilər Məktəbində təhsilini tamamlayaraq Sərhəd Zastavasında xidmətə başlayıb.

1978 – 1980-ci illərdə Moskva şəhərində SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali məktəbində təhsilini artırmış, sonra isə Sərhəd Qoşunları kəşfiyyat orqanlarında xidmətini davam etdirmişdir.

1986-cı ildə Bakı Əlahiddə Buraxılış Məntəqəsi rəisinin müavini vəzifəsinə təyin olunub və 1988 – 1992-ci illərdə həmin məntəqənin rəisi vəzifəsində çalışıb.

1992-ci ildə Azərbaycan Respublikasının Sərhəd Qoşunları yarandıqdan sonra Bakı Əlahiddə Buraxılış Məntəqəsinin rəisi kimi hərbçi fəaliyyətini davam etdirib; 2009-cu ilədək Sərhəd Qoşunlarında müxtəlif yüksək vəzifələr tutub.

2009-cu ildə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini vəzifəsinə təyin olunub və general-mayor hərbi rütbəsi alıb.

2017 – 2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmət rəisinin müavini və eyni zamanda Sərhəd Qoşunlarının komandanı olub. 2018-ci il avqustun 16-dan general-leytenant hərbi rütbəsi daşıyır.

27 fevral 2020-ci il tarixdə “Rəşadət” ordeni ilə təltif edilməklə yanaşı, hərbi geyim formasını daşımaq hüququ verilməklə, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən istefaya buraxılıb.

Mükafatları[redaktə]

  1. “Hərbi xidmətlərə” görə medalı (2002);
  2. “Vətən uğrunda” medalı;
  3. “Azərbaycan Bayrağı” ordeni;
  4. II və III dərəcəli “Vətənə xidmətə görə” ordenləri;
  5. III dərəcəli “Hərbi xidmətlərdə fərqləndiyinə görə” medal;
  6. III dərəcəli “Rəşadət" ordeni (2020)

...ümumilikdə Azərbaycan Respublikası və MDB ölkələrinin 36 orden və medalı ilə təltif edilib.

İstifadə edilmiş mənbələr[redaktə]

✰
Bu məqalə Şəki Ensiklopediyasının yaxşı məqalələrindən biridir.

Tələt Qasımov

4 Ağu 2020 15:24 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 4 Ağu 2020 15:30 güncellendi ]

Tələt Qasımov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigationJump to search
Tələt Qasımov
Qasımov Tələt Əli oğlu
Tələt Qasımov.jpg
Tələt Qasımov
bayraqAzərbaycan Respublikasının səhiyyə naziribayraq
1991 — 1992
Sələfivəzifə təsis edilib
XələfiRahim Hüseynov
bayraqAzərbaycan SSR səhiyyə naziribayraq
1979 — 1991
SələfiHənifə Abdullayev
XələfiAzərbaycan SSR ləğv olunub
bayraqAzərbaycan SSR səhiyyə nazirinin müavinibayraq
1978 — 1979
Şəxsi məlumatlar
Doğum tarixi4 avqust 1939
Doğum yeriBakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi27 fevral 1999 (60 yaşında)
Vəfat yeriBakı
AtasıƏli Qasımov
AnasıSəidə Qasımova
Həyat yoldaşıYuliya Qasımova
Təhsili

Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu (1957 – 1963);

Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun klinik ordinaturası (1965 – 1967)
Elmi dərəcəsitibb elmləri namizədi
Mükafatları"Şərəf Nişanı" ordeni

Tələt Qasımov (Qasımov Tələt Əli oğlud. 4 avqust 1939-cu ildə, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 27 fevral 1999-cu ildə, Bakı, Azərbaycan Respublikası) – Azərbaycan SSR-in sonuncu, Azərbaycan Respublikasının isə birinci səhiyyə naziri (1979 – 1992).

Mündəricat

Haqqında məlumatlar[redaktə]

1939-cu ildə Bakıda anadan olub.

1956-cı ildə Bakıda 6 №-li məktəbi bitirib.

1957 – 1963-cü illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb; eyni zamanda institutun komsomol komitəsi katibinin müavini olub və Bakı şəhər 2 №-li klinik xəstəxanada tibb qardaşı işləyib.

1963 – 1965-ci illərdə hərbi xidmətdə olub – Macarıstanda hərbi həkim işləyib.

1965 – 1970-ci illərdə əvvəl Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun klinik ordinaturasına təhsilini artırıb (1965 – 1967), sonra bu institutun I hospital terapiya kafedrasında assistent vəzifəsində çalışıb, hospital terapiya kafedrasında “Bronxial asma zamanı kliniki-biokimyəvi tədqiqatlar” adlı mövzuda namizədlik dissertasiyası müdafiə edib, institutun komsomol komitəsinin katibi olub.

1970 – 1974-cü illərdə Azərbaycan LKGİ-nin sədri olub.

1974 – 1978-cu illərdə Azərbaycan KP MK-da işləyib, o cümlədən, 1976 – 1978-ci illərdə elm və təhsil müəssisələri şöbəsinin səhiyyə və sosial təminat sektorunun müdiri olub.

1978 – 1979-cu illərdə Azərbaycan SSR Səhiyyə nazirinin müavini və nazirliyin IV baş idarəsinin rəisi vəzifəsində çalışıb.

1979 – 1992-ci illərdə Azərbaycan SSRİ-nin (1991-ci ilədək) və Azərbaycan Respublikasının (1991-ci ildən) səhiyyə naziri olub.

1980 – 1984 və 1985 – 1990-cı illərdə X və XI çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilib.

1992-ci ildən sonra bir müddət işsiz qalıb, sonra Azərbaycanın Rusiyadakı səfirliyində müşavir vəzifəsində çalışıb.

1999-cu ildə Bakıda vəfat edib.

Mükafatları[redaktə]

  • Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı (1972) – respublika pioner təşkilatının işində fəal iştirak etdiklərinə, böyüməkdə olan nəslin kommunist tərbiyəsi sahəsində uzun illər səmərəli fəaliyyət göstərdiklərinə görə və V.İ.Lenin adına Ümumittifaq pioner təşkilatının 50 illiyi ilə ələqədar olaraq[1];
  • “Şərəf nişanı” ordeni.

Ailəsi[redaktə]

  • Atası: Əli Qasımov, Nuxada anadan olmuşdur, 1941-ci ilədək Bakı şəhər səhiyyə idarəsində çalışıb, Bakıda tibb məktəbinin müdiri olub, 1941-ci ildə könüllü olaraq müharibəyə gedib, 1942-ci ildə itkin düşüb;
  • Anası: Səidə Qasımova (Əbdürəhmanova), görkəmli azərbaycanlı sovet heykəltəraş-monumentalisti Fuad Əbdürəhmanovun əmisi qızı, həkim, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda çalışıb, Nuxada anadan olmuşdur.
  • Bacısı: Rəna;
  • Həyat yoldaşı: Yuliya Qasımova;
  • Övladları: Nərminə və Əli Qasımov.

Ədəbiyyat[redaktə]

  • Məmmədov N. Tələt Qasımov // Konsilium : jurnal. — 2009. — № 5 may. — Səh. 4 (3 – 15).

İstinadlar[redaktə]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il yalnız aylıq qazancı 500 manat olanlara inək verəcək; niyə?

19 Ağu 2019 17:42 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 19 Ağu 2019 21:39 güncellendi ]

Azərbaycanda əhalinin sosial durumu qonşu respublikalardan xeyli pis olmaqla yanaşı, hər gün daha da pisləşməkdədir. Sosial durumun yaxşılaşdırılması istiqamətində konkret heç bir iş görülmür – bütün layihələr ard-arda iflasa uğrayır. İlin əvvəlindən rəsmi KİV maaşların, pensiyaların artmasından danışırdı, amma heç deyən yox idi ki, Azərbaycanda əmək qabiliyyətli əhalinin ən azı yarısı işsizdir, bunlar nə maaş alırlar, nə də pensiya və işləyənlərin maaşları artanda, işləməyənlərin güzaranı daha da pisləşir. Avtobusa 20 qəpik gedişhaqqı verməyə imkanı olmayan işsizdən indi gediş üçün 30 qəpik tələb olunur; haradan versin?

Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, burada dövlət işsizlərə kömək etmək əvəzinə işsizlərin cibinə girir, işsizin ianə, yaxud borc aldığı sonuncu qəpiyini də cibindən çıxarmağa çalışır.

Ötən il elan olunmuşdu ki, 7 min nəfər özünəməşğulluq layihəsinə cəlb olunacaq və onların hər birinə 5 min manat dəyərində aktiv veriləcək. Yerlərdəki Məşğulluq Mərkəzlərinin direktorları bubaşdan 1000 manat istədilər. Aktivlər isə ən yaxşı halda 2-3 min manat dəyərində oldu. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bununla da kifayətlənmədi, əksər hallarda birtərəfli qaydada biznes-planları pozdu, yanıbalalı inək əvəzinə vətəndaşa qısır inək verdi, yanıbalalı qoyun əvəzinə qısır və dişləri tökülmüş qoyunlar verdi və tələb etdi ki bunları iki il bəsləməlidir. Heç bir iş yeri açılmadı, aztəminatlı vətəndaşlar bir qəpik belə qazanmadılar, daha da müflisləşdilər.

Məsələ mediada geniş işıqlandırılsa da, hətta Milli Məclisə də gedib çıxsa da bunu edənlərin cəzalndığını görən olmadı. Yalnız bilirik ki, 5 gün öncə – avqustun 15-də Zaqatala Məşğulluq Mərkəzinin direktoru intihar edib…  Və bir də son bir ildə Məşğulluq Mərkəzlərindən bəzilərinin direktorlarının işdən çıxarılması, hətta həbs edilməsi barədə də məlumatımız var. Məsələn, bu ilin yanvar ayında Cəlilabad rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsini icra edən Mehdi Abasov Mərkəzin baş məsləhətçisi Hafis Allahyarov şübhəli şəxs qismində tutulmuşlar. Başqa sözlə yalnız ikinci dərəcəli şəxslər qurban verilir, əsas təşkilatçılar isə əvvəlki qaydada öz işlərində davam edirlər.

Bu il üçün isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi biznes-paketləri daha da sərtləşdirib. İndi nazirlikdən iki inək alıb baxmaq istəyənlərin aylıq qazancı 500 manatdan az olmamalıdır (iki inək gündə 2 bağlama ot yeyir. Bir bağlamanın qiyməti 5 manat, 2 bağlamanın qiyməti 10 manat, ayda edir 300 manat, + 200 manat da şəxsin bir aylıq dolanışığı üçün minimum məbləğ). Sual oluna bilər, bu biznes paketi hansı sarsaq tərtib edib? Aylıq 500 manat qazancı olan vətəndaşa dövlət niyə yardım etməlidir axı? Amma yox, vəziyyət heç də göründüyü kimi sadə deyil və biznes-paketi tərtib edən şəxs də heç də sarsaq deyil, əslində çox ağıllı adamdır; bilir ki yalnız ayda 500 manat qazancı olan adam əvvəlcədən 1000 manat “ödəniş” edə bilər.

Hər il Azərbaycanda 10 minlərlə tələbə ali təhsil diplomuna yiyələnir. Bunların öz ixtisaslarına uyğun iş tapmaları üçün 3 yol var: 1) day-day; 2) azı 5 min manat rüşvət vermək. 3) dövlət qulluğuna qəbul üçün imtahan vermək və yaxşı nəticə göstərmək.

Məşğulluq Mərkəzinə iş üçün müraciət edən və cibində 5 mini olmayan istənilən ali təhsilli şəxsə konkret bir cavab verilir: bizdə 180 manat maaşla yol süpürmək, yer belləmək kimi işlərdən başqa heç bir iş yoxdur. İxtisasına uyğun iş istəyirsənsə Dövlət qulluğuna qəbul üçün dövlət rüsumunu ödə, imtahan ver, bəlkə işlə təmin olundun, başqa yol yoxdur. Gördüyünüz kimi Azərbaycanda dövlət işsizin cibinə girir, iş üçün müraciət edən işsizə, konkret heç nə vəd etmədən ondan 70 manat qoparmağa çalışır.

Ünvanlı yardımın və işsizliyə görə müavinətin isə şərtləri elədir ki, aztəminatlıların və işsizlərin yalnız 0.1 faizi bu imkandan yararlana bilər, ya yox. Məsələn, zibil maşının sürücüsünə ünvanlı sosial yardım verilə bilməz, çünki adına “dovernus” var. İşdən çıxsa isə yenə də ona ünvanlı sösial yardım düşmür, çünki işləmir. Başqa bir misal, müdir səni çağırıb tələb edir ki, öz ərizənlə işdən çıx. Sən də ərizə yazmırsan. Bilirsən ki öz xahişi ilə işdən çıxsan işsizliyə görə müavinət ala bilməyəcəksən. Müdir əsəbləşir, səni işdə yol verdiyin nöqsanlara görə işdən çıxarır. Bu halda yenə də işsizliyə görə müavinət ala bilməyəcəksən amma. Çünki işsizliyə görə müavinət yalnız ixtisara düşənlərə və iş yeri bağlananlara verilə bilər.

Dövlətimiz ikinci ildir ki, işləyənlərin maaşlarından işsizlərə yardım adı ilə vergi tutur. Bu vergi əsasında məşğulluq proqramları maliyələşir, işsizlik müavinətləri verilir. Amma sonda isə məlum olur ki, digər vergilər kimi, bu vergi də təyinatı üzrə istifadə edilmir, kimlərinsə cibinə gedir.

Məsələ ilə bağlı Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbliyə müraciət etdik, ümidvarıq ki bu istiqamətdə tezliklə əsaslı dəyişikliklər baş verəcək. 

Aydın Məmmədov

Qeyd: Saytımızın Ana səhifəsinin yerləşdiyi hostda müvəqqəti problemlər olduğu üçün məqaləni yardımçı səhifələrdən birində dərc etməyə məcbur olduq.

Şəki ipək kombinatının baş direktoru Nizami Qəribov Daşkənd kənd təsərrüfati texnikası zavodunda

5 Şub 2019 16:33 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 6 Şub 2019 10:38 güncellendi ]

Şəki ipək kombinatının baş direktoru Nizami Qəribov Daşkənd kənd təsərrüfati texnikası zavodunda, mərkəzdə, “O'zagrotexsanoatxolding” SC İdarə heyətinin sədri Muxtar Kərimovla söhbət edərkən.


Şəki ipək kombinatının baş direktoru Nizami Qəribov Daşkənddə, kənd təsərrüfatı texnikası zavodunda, solda.


Şəki ipək kombinatının baş direktoru Nizami Qəribov Daşkənddə, kənd təsərrüfatı texnikası zavodunda, mərkəzdə.


Şəki ipək kombinatının bas direktoru Nizami Qəribov Daşkənddə, kənd təsərrüfati texnikası zavodunda, solda.


Fevralın 4-də xəbər vermişdik ki, İqtisadiyyat naziri Şahin Mustafayevin başçılığı altında Azərbaycan nümayəndə heyəti Özbəkistana yola düşmüşdür və «Azərbaycan Sənaye Korporasiyası» ASC-nin baş direktoru, millət vəkili Kamran Nəbizadə ilə birlikdə Şəki ipək kombinatının baş direktoru Nizami Qəribov da nümayəndə heyətinin tərkibində Özbəkistana yola düşənlər arasındadır (Bax: Azərbaycan numayəndə heyəti Ozbəkistana niyə getdi? >>). 

Fevralın 5-də Özbəkistanın rəsmi KIV-ində Azərbaycan Kənd təsərrüfatı nazirliyi nümayəndələrinin “O'zagrotexsanoatxolding” səhmdar cəmiyyətinə aid müəssisədə olması ilə bağlı xəbər yayılıb. Xəbərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrindən heç kimin adı çəkilməsə də,  fotoşəkillərdən məlum olur ki, özbək rəsmi KIV-ində Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi kimi təqdim edilən şəxslərdən biri, özü də deyəsən, ən vacibi  Şəki ipək kombinatının baş direktoru Nizami Qəribov imiş.

Azərbaycanın rəsmi xəbər saytlarının xəbərləri kimi Özbəkistanın rəsmi xəbər saytlarının xəbərlərində də adətən xəbərə çox az yer verilir, xəbərdən daha çox ölkədəki iqtisadi inkişafın  vurğulanmasına yer ayrılır. Bu səbəbdən də Şəki ipək kombinatının baş direktoru Nizami Qəribovun Daşkənd traktor zavoduna niyə getməsi, traktor zavodunun rəhbəri ilə hansı sahədə əməkdaşlıq etmək niyyətində olması bizim üçün qaranlıq olaraq qalır. Bizə məlum olan budur ki, bir on beş il əvvəl Şəki ipək kombinatında traktor zavodu yaradılmışdı, amma çox az müddətdən sonra bağlandı və onun yenidən fəaliyyətə salınacağı isə ümumiyyətlə gözlənilmir.  

Xəbərin özbəkcədən tərcüməsini aşağıda oxuya bilərsiniz:   

Kənd təsərrüfatı texnikasının çatdırılması müzakirə olundu


Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri fevralın 5-də “Oʻzagrotexsanoatxolding” Səhmdar Cəmiyyətində olub, onun tərkibindəki müəssisələrdə istehsal edilən müasir kənd təsərrüfatı texnikası ilə tanıs oldu.  

“Oʻzagrotexsanoatxolding” Səhmdar Cəmiyyəti tərkibində Daşkənd və Çirçiq kənd təsərrüfatı texnikası zavodu, “Agregat zavodi”, “Texnolog”, “Urganchkormash” səhmdar cəmiyyətləri, “UzCLAASAgro”, “Lemken-Chirchiq”, “OʻzKeysmash” və “Amkodor Agrotexmash” kimi müəssisələr fəaliyyət göstərir. 2018-ci ildə bu müəssisələrdə 11 min 570 ədəd kənd təsərrüfatı texnikası istehsal edilib. 

Daskənd kənd təsərrüfatı texnikası zavodunda 7 növ traktor, 2 növ pambıqyığan maşın, yuk maşınları istehsal edilməkdədir. Zavod ötən il azı 900 milyard somluq kənd təsərrüfatı texnikası istehsal edərək kəndlilərə və fermer təsərrüfatlarına verib. Müəssisənin fəaliyyəti Almaniya, İtaliya, Türkiyə, Cənubi Koreya kimi dövlətlərdə istehsal edilən müasir texnologiyalar hesabına daha da yaxşılaşdırılıb. Hazırki gündə cəmiyyət tərkibindəki müəssisələrdəki avadanlığın 30-40 faizinin yerli istehsal olması üçün intensiv işlər aparılır. 

Tədbirdə Azərbaycan nümayəndələri  ilə “Oʻzagrotexsanoatxolding” SC arasında kənd təsərrüfatı texnikalarinın çatdırılmasına dair danışıqlar  aparıldı.  2018-ci ildə “Oʻzagrotexsanoatxolding” SC tərəfindən Azərbaycana 70 növdən cox kənd təsərrüfatı texnikası ixrac edilmişdir. Cari ildə Azərbaycanda təşkil ediləcək kənd təsərrüfatı sərgilərində Özbəkistanda istehsal edilən texnikalar da nümayiş etdiriləcəkdir. Bu eksport həcminin bir az da artmasına kömək edəcək.

“Oʻzagrotexsanoatxolding” SC İdarə heyətinin sədri  Muxtar Kərimov bildirdi ki, "görüşdə Azərbaycan mütəxəssisləri ilə əməkdaşlıq məsələlərini müzakirə etdik. Bizim əsas vəzifəmiz istehsalatda müasir beynəlxalq təcrübəni tətbiq edərək, xarici tərəfdaşlarla danışıqlar aparmaqla müəssisələrdə yerli avadanlıqların faizini artırmaqdır. Bu kimi müzakirələr biz istehsal etdiyimiz kənd təsərrüfatı maşınlarının daxili və xarici bazarlarda daha yaxşı yerə sahib olmasına zəmin yaratdı". 

Bu gün “Oʻzagrotexsanoatxolding” Səhmdar Cəmiyyətində Yaponiyanın “Bando Kiko” masınqayırma kompaniyasının idarə heyətinin sədr muavini Jay Xuang Sang ilə nəqliyyat vasitələri üçün şüşələr istehsalı üzrə birgə müəssisə yaradılmışdır. Tərəflər arasında əməkdaşlıq memorandumu imzalandı. 


Qeyd. 5 fevral, axşam saatlarında sayt.ws-nın fəaliyytində problemlər yarandığından, hal-hazırda ipekchi.info saytın bir çox səhifələri, o cümlədən ipekchi.info-nun Ana səhifəsi aktiv deyil. Problemin 1-2 gün uzana bilməsi mümkündür. Bu səbəbdən bu məqaləni ipekchi.info-nun əski səhifələrində dərc etdik və paylaşdıq. 

Şəkidə hindistanlı Rajeş Kumar Hindistanda palıd yarpağı ilə yemlənən ipəkqurdlarının bioloji müxtəlifliyi haqqında danışdı

3 Ağu 2018 11:03 tarihinde Aydin Salis tarafından yayınlandı

Bakı, 3 avqust, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzinin növbəti seminarında Hindistan İpəkçilik və Toxuculuq Nazirliyinin İpəkçilik Tədqiqat və Təlim Mərkəzinin elmi işçisi Rajeş Kumar “Hindistanda palıd yarpağı ilə yemlənən ipəkqurdlarının bioloji müxtəlifliyi” mövzusunda məruzə ilə çıxış edib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, hindistanlı alim ölkəsində palıd yarpağı ilə yemlənən 7 növ ipəkqurdunun biomüxtəlifliyi, hər bir növün yemlənmə xüsusiyyətləri, onlardan alınmış baramanın və sapın bioloji və texnoloji göstəriciləri, ipək saplardan hazırlanan məhsullar barədə məlumat verib. O, həmçinin həmin ipəkqurdu sortlarının yemlənməsində istifadə olunan palıd, gənəgərçək, payam, tapioca, aylant bitki və ağaclarının yetişdirilməsi, yemlənmədə istifadə qaydaları haqqında danışıb.

Sonra məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Sonda Rajeş Kumarın təmsil etdiyi İpəkçilik Tədqiqat və Təlim Mərkəzi ilə Şəki Regional Elmi Mərkəzi arasında elmi-texniki əməkdaşlığa dair müqavilə bağlanması haqqında razılıq əldə edilib.

Şəki ipək kombinatındakı baramaaçan istehsalatının fəaliyyəti avqust ayının sonuna qədər bərpa edilə bilər

31 Tem 2018 07:23 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 3 Ara 2018 09:23 güncellendi ]

Bu il Azərbaycanda 513,925 ton barama yetişdirilmiş və məhsulun hamısı Şəki ipək kombinatına, yəni "Azəripək" MMC-yə təhvil verilmişdir. 

Rəsmi KİV barama tədarükünü geniş işıqladırsa da, yekun nəticələr yalnız "İpəkçi" qəzetinin saytında dərc olunmuşdur. Qəzet məlumat verir ki, Zərdab rayonunda ən çox - 53 ton 881 kq, barama tədarük edilmişdir. Qurd toxumunun məhsuldarlığına görə isə Cəbrayıl rayonu birinci olub. Cəbrayıl rayonunda 1 qutu qurd toxumundan orta hesabla 54,461 kq məhsul əldə edilib. Bəslənmək üçün ən çox qurd toxumu isə Şəki rayonuna verilmişdir: 1612 qutu. 

Respublika üzrə 1 qutudan orta hesabla 39,532 kq məhsul əldə edilmişdir ki, bu da əvvəlki illərin nəticələrindən bir qədər azdır. Ən aşağı məhsuldarlıq Astara rayonunda qeydə alınıb: bir qutudan orta hesabla 14,788 kq. Asağı məhsuldarlığa görə Astaradan sonra Saatlı (17,738 kq), Cəlilabad (22,557 kq), Hacıqabul (24,666 kq), İmişli (25,858 kq) və Şəki (29,893 kq) gəlir. 

Bu il dövlət tərəfindən qurd toxumunun alınmasına 275 min manat, subsidiya olaraq kümdarlara  2 milyon 969 min 625 manat, "Azəripək" MMC-nin yaş barama satın alması üçün kredit şəklində bu MMC-yə azı 2 milyon 55 min 700 manat, cəmi 5 milyon manata yaxın vəsait ayrılıb. 

"Azəripək" MMC "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin törəmə şirkətidir. "Azəripək" MMC-yə təhvil verilmiş 513,925 ton yaş baramadan isə cəmi 53 ton ipək alınması nəzərdə tutulub ki, bu da builki baramanın keyfiyyətinin aşağı olduğunu göstərir. Belə ki  normal halda  63,4 ton ipək əldə edilməli idi (513,925:2,7:3). 

Şəki ipək kombinatının 200-300 işçisi olan baramaaçan istehsalatının avqust  ayının sonuna qədər işə başlayacağı gözlənilir. Baxmayaraq ki, "Azəripək" MMC-nin maliyyə direktoru Müzəffər Umarov bu barədə heç nə bilmədiyini və baramaaçan istehsalatının işə düşüb-düşməməsi barədə qərar vermək hüququnun "Azərbaycan Sənaye Korporasiyası" ASC-ə  aid olduğunu dedi.  Həmin istehsalat bu il yanvar ayının 15-də baramanın tükənməsi səbəbindən dayanmışdır və işçiləri heç bir kompensasiya ödənilmədən öz hesablarına məzuniyyətə göndərilmişdirlər. 

Bir neçə gün əvvəl isə kombinatın pambıq iplik istehsal edən sexinin də fəaliyyəti bərpa olunub. Sexdə işçilərin sayı 50-60 nəfərə yaxındır. Sexin fəaliyyəti mahlıcın olmaması səbəbindən ötən ilin aprelindən dondurulmuşdur. Bu ilin əvvəllərində kombinata 1209 ton mahlıc ayrıldıqdan az sonra, aprelin sonunda sexin fəaliyyəti bərpa olundu, istehsal edilən pambıq iplik dərhal respublikadan xaricə daşınsa da, heç bir ay keçməmiş həmin sexin fəaliyyəti müəmmalı şəkildə yenidən dayandırılmışdı. 

"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktoru Kamran Nəbizadənin "İpəkçi" qəzetinə yazdığı məktubdanaydın olur ki, bu il əldə olunacaq 53 ton ipəyin azı 50 tonunun  satılması, yerdə qalan hissəsindən isə 15 min ədəd kəlağayı istehsal edilməsi planlaşdırılıb. Bu isə o deməkdir ki, kombinatın toxucu istehsalatı və burucu sexi, hansılar ki bu il fevral ayının 1-dən etibarən dayanıblar, işçiləri - 200-250 nəfər isə öz hesblarına məzuniyyətə göndəriliblər, həmin istehsalat və sex bundan sonra cəmi iki ay işləyəcək, sonra isə yenidən dayanacaqdır. Belə ki 15 min kəlağayınnın istehsal edilməsi üçün həmin istehsalat və sexin cəmi iki ay işləməsi kifayət edir. 

Bu arada, dünya bazarında ipəyin qiyməti xeyli ucuzlaşıb. Hindistanın ipəkçilik üzrə ixtisaslaşmış "Mainline Enterprises" şirkətinin meneceri Məhəmməd Muzammilin bildirdiyinə görə Çin ipəyinin 1 kq-nın qiyməti 82 dollardan, 55 dollara düşüb. Azərbaycan ipəyinin  1 kq isə dünya bazarında ən yaxşı halda 45 dollara satıla bilər. Amma məsələ burasındadır ki, subsidiyanı nəzərə almasaq, Azərbaycan ipəyinin 1 kq-nın maya dəyəri 45 dollardan baha başa gəlir. 
Sadıq Fətəliyev

Şəki ipək kombinatının mövcud durumu ilə bağlı müraciətimizə "Azərbaycan Sənaye Korporasiyası" ASC-də baxıldı və bizə cavab verildi

24 Tem 2018 11:15 tarihinde Aydin Salis tarafından yayınlandı

Şəki ipək kombinatının mövcud durumu ilə bağlı Prezident İlham Əliyev cənablarına 10 iyulda ünvanladığımız müraciətimizə 20 iyul tarixində "Azərbaycan Sənaye Korporasiyası" ASC-də baxılmış və bizə aşağıdakı cavab göndərilmişdir:

"İpəkçi" və "Şəkinin səsi"  qəzetlərinin 
baş redaktoru Aydın Məmmədova


Hörmətli Aydın Məmmədov

Azərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsinə ünvanladığınız müraciətinizə aidiyyəti üzrə "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətində baxılmışdır.

Siz müraciətinizdə Şəki ipək kombinatının baramaaçan avadanlığının işləmədiyini və bunun nəticəsində 200-300 nəfər işçinin əmək haqqı almaması barədə məlumat vermisiniz.

Müraciətinizlə bağlı bildiririk ki, "Aqrarkredit"  Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətindən aldığı, problemli aktivlərin (borcların)  əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində (balansında)  olan əmlak, o cümlədən Fərmanın əlavəsində göstərilən hüquqi şəxslərə məxsus  olmuş dövlət əmlakı "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə  verilməsini nəzərdə tutan Azərbaycan Respublikası Prezidentinin 04 dekabr 2017-ci il tarixli, 1704 saylı Fərmanının icrası  "Şəki-İpək" ASC-yə münasibətdə təmin edilmiş,  "Şəki-İpək" ASC-nin əmlakları "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin balansına götürülmüşdür.

"Azərbaycan Sənaye Korporasiyası" ASC  ipəkçiliyin inkişafının sürətlənməsi və tam gücü ilə işləməsini təmin etmək məqsədi ilə ipək istehsalını Cəmiyyətin törəmə  müəssisəsi olan "Azəripək" Məhdud Məsuliyyətli Cəmiyyətinin vasitəsi ilə həyata keçirir.

Azərbaycan ipəkçiliyinin bərpası və gəlirliyinin artırılması istiqamətində hazırlanmış inkişaf planları mərhələli şəkildə həyata keçirilir.

Nəzərdə tutulmuş inkişaf planına əsasən ilkin olaraq "Azəripək" MMC tərəfindən 2018-ci ildə 520 ton yaş baramanın  tədarük olunması, istehsalat üçün yararlı 158 ton baramadan 53 ton xam ipək alınması nəzərdə tutulur. İstehsal olunan xam ipəyin həm ixrac olunması, həm də ölkə daxilində satılması nəzərdə tutulur. Həmçinin, dövlət tərəfindən turizm sektoruna göstərilən dəstək  nəzərə alınaraq, xam ipəkdən alınan 15 000 ədəd milli baş örtüyü güllü kələğayılar istehsal olunacaqdır.

Bundan əlavə bildiririk ki, ipəkçiliyin inkişaf etdirilməsi üçün ipək istehsalı müəssisələrinin müasir texnologiyalarla yenidən ququlması istiqamətində işlər görülür və bununla bağlı bir neçə xarici şirkətlərlə sazişlər bağlanılmışdır.

Qeyd edilənləri nəzərə alaraq  bildirilir ki, müraciətinizdə vurğuladığınız çatşımamazlıqların aradan qaldırılması istiqamətində işlər aparılır və yaxın gələcəkdə öz müsbət həllini tapacaqdır

Hörmətlə,  Kamran Nəbizadə, 
 "Azərbaycan Sənaye Korporasiyası" 
Açıq Səhmdar Cəmiyyətin  baş direktoru.

"Azərbaycan" qəzetində ipəkçiliklə bağlı təhriflər davam edir

14 Tem 2018 03:10 tarihinde Aydin Salis tarafından yayınlandı

Milli Məclisin orqanı olan  "Azərbaycan" qəzetində ipəkçiliklə bağlı 1 iyunda dərc olunmuş məqalədəki təhriflər, yalanlar  haqqında   yazmışdıq. İradalrımızdan nəticə çıxarmaq əvəzinə, 4 iyulda yenidən doğru olmayan məlumatlar yayıblar

Müəllif Bahadur İmanquliyevdir, yazır ki, 

"Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunmasına ayrılmış 4,5 milyon manat vəsait hesabına ildə 1,2 ton ipəkqurdu toxumu istehsal olunacaq ki, bu da daxili tələbatın yerli istehsal hesabına ödənilməsini təmin edəcək".

Bu, ötən ilin avqust ayında Qaxda keçirilmiş respublika müşavirəsində "Şəki-İpək" ASC idarə heyətinin sədri Nizami Qəribovun çıxışından götürülüb. Amma Nizami Qəribov nə barama istehsal edəndir, nə də qurd toxumu, bu məsələlər onun səlahiyyətinə aid deyil. Bahadur İmanquliyev 1 il əvvəlki müşavirədə səsləndirilmiş fikirləri təkrarən tirajlamaqdansa, yaxşı olardı ki, qurd toxumunun nə vaxt Azərbaycanda istehsal olunacağından söz açardı. Biz öz növbəmizdə ekspert qismində Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyevdən bunu soruşduq. Cavab verdi ki, "barama toxumu zavodu hələ tikilməyib...  2020-ci il üçün qurd toxumunun Azərbaycanda istehsalı planlaşdırılıb. Gələn ildən biz buna hazırlaşacağıq". Bahadur müəllim ordan-burdan kopyələr edib "Azərbaycan" qəzetinə yerləşdirməkdənsə, yaxşı olardı ki, "Azərbaycan" qəzetinin hesabına heç olmasa Əkrəm Fətəliyevə telefonla danışardı.

Bahadur İmanquliyev sonra yazır ki,

"Nəticədə, 2015-ci ildə cəmi 200 kiloqram barama istehasal edilən rayonda iki il sonra bu rəqəm 18 min tona çatdı. Bu, istehsalın 90 dəfə artması deməkdir. Sovet dönəmindən uzun illər qapıları bağlı qalan Şəki İpək Kombinatının da fəaliyyəti bərpa edildi. Artıq burada 600 nəfərdən çox işçi çalışır".

Bahadur müəllimin nəzərinə çatdırmaq istəyirik ki, 2017-ci ildə Şəki ryonunda 18  min ton yox, cəmi 17 ton 794 kq barama tədarükü baş tutub. Bu il isə həmin məqalə çap olunarkən, artıq 47 ton 943 kq barama tədarük olunmuşdur, operativlik üçün bunu da qeyd etmək lazım idi. Lakin iddianın əksinə olaraq Şəki ipək kombinatı hal-hazırda işləmir, təbii ki burada 600 nəfərdən çox işçi də çalışmır və bununla bağlı Prezidentə mürəciət ünvanlamışıq.

Yeri gəlmişkən, gəlin, Bahadur İmanquliyevin 1 iyul tarixli "Azərbaycan" qəzetində  dərc olunmuş məqaləsindəki bir hissəyə də diqqət yetirək:

"Ümumiyyətlə, aqroparkların yaradılması və fəaliyyəti nəticəsində ərzaq təhlükəsizliyi məsələləri öz həllini tapacaq, yerli istehsal inkişaf edəcək, ixrac imkanlarımız genişlənəcək. Yalnız bir baramaçılığın timsalında bunu müşahidə etmək mümkündür. 2015-ci ildə cəmi bir rayonda 725 kiloqram yaş barama istehsal edilmişdisə, 2016-cı ildə 24 rayon üzrə 70, 2017-ci ildə isə 30 rayonu əhatə etməklə 244 ton yüksək keyfiyyətli yaş barama istehsal olunmuşdur. Bu isə ölkə üzrə barama istehsalının 2015-2017-ci illər arasında 337 dəfə artması deməkdir".
 
Bahadur müəllim deyəsən demək istəyir ki aqropark olmasaydı, barama da olmazdı? Amma başa düşə bilmirik, aqropark hara, barama hara? Və müəllif burada "2015-ci ildə cəmi bir rayonda 725 kiloqram yaş barama istehsal edil"diyini yazdığı halda, 3 gün sonra -  4 iyulda, 2015-ci ildə Şəki rayonunda cəmi 200 kiloqram barama istehsal edildiyini göstərir. İndi bunlardan hansına inanaq? Ya 2015-ci ildə müəllifin dediyinin əksinə olaraq bir yox, bir neçə rayonda barama yetişdirilib,  ya da...

Yenə qayıdaq, 4 iyul tarixli məqaləyə. Bahadur İmanquliyev daha sonra yazır ki,

"Bu ilin göstəriciləri də ürəkacandır. Artıq ölkə üzrə 230 ton yaş barama tədarük olunmuşdur. Amma bu, son hədd deyildir. Barama tədarükü əksər rayonlarda davam edir. Cari il Zərdab rayonu digərlərindən xeyli irəlidədir. Rayonun kümçüləri indiyədək 49 ton 665 kiloqram yaş barama təhvil veriblər".

Diqqət yetirin! 4 iyulda barama tədarükü demək olar ki, artıq başa çatıb, "Azəripək"  MMC tərəfindən 509 tondan çox barama qəbul edilib, amma "Azərbaycan" qəzeti - Milli Məclisin orqanı, yatıb qalıb, hələ yuxudadır, 230 tondan danışır, 2 iyula qədər Zərdab rayonu 53 ton 881 kq barama təhvil verib, amma  "Azərbaycan" qəzeti 4 iyulda yazır ki bu rayonda 49 ton 665 kq barama tədarük olunub?!

5 iyulda isə "Azərbaycan" qəzetində ipəkçiliklə bağlı Əli Səlimovun məqaləsi dərc olunmuşdur. Müəllif 5 iyulda yazır ki Ağsu rayonu "Şəki-İpək" ASC-yə 5 min 492 kiloqram  barama təhvil verib. Əslində isə 2 iyul tarixinə qədər Ağsu  rayonundan "Azəripək" MMC-yə 10 min 936 kiloqram barama təhvil verilmişdir. Ağsu rayonuna  bu il 260 qutu qurd toxumu paylandığı halda, Əli Səlimov bunu 260 qram olaraq göstərir. Əslində isə 260 qutunun çəkisi 4 kiloqram 940 qramdır...

Digər rəsmi qəzetlərin heç birində vəziyyət "Azərbaycan" qəzetində olduğu kimi olmasa da bəzilərində də "erməni-budaq cümlələrinə" təsadüf etmək mümkündür. Məsələn 9 iyun tarixli "Xalq qəzeti"ndə dərc olunmuş "Azərbaycanda qeyri-neft sektorunun inkişaf istiqamətləri" başlıqlı məqalənin bir cümləsinə diqqət yetirək:

"Aparılmış uğurlu tədbirlər nəticəsində 2015-ci ildə 35 min ton pambıq yığılmışdısa, 2017-ci ildə səkkiz dəfə çox–207 min ton “ağ qızıl”, barama tədarükü 75 ton artırılaraq 275 tona çatdırılmışdır və s".

Müəllif balaca adam deyil, o, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
dövlət idarəetməsi və menecment kafedrasının dosenti, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru İbrahimxəlil İbrahimovdur. Amma fəlsəfə doktorunun barama ilə bağlı nə demək istədiyini başa düşdünüzmü? Mən də başa düşə bilmədim. Belə ki fəlsəfə doktorunun yazdığından belə çıxır ki, 2015-ci ildə Azərbaycanda 70 ton yox, 200 ton yaş barama tədarük edilibmiş və növbəti il isə istehsal 75 ton artırılaraq 275 tona çatdırılmışdır?! 
Aydın Məmmədov


1-10 of 237